18 Aralık 2018 Salı

18 dekabr - Yumrulanmaq günüdür :)

Картинки по запросу человек спит свернувшись в клубочек

Sən demə, yumrulanmaq günü vardır. Və dekabr ayının 18-də bütün pozitiv və bəzən tənbəlliyin tələsinə düşən insanlar onu qeyd edir. Yumrulanıb yatmaq istəyəndə,  kəkotulu məxməri çay, isti yorğan, yun corablar, evdəki sakitlik və maraqlı bir sevgi filmi ani olaraq fikrindən keçir. Belə rahatlıq, qayğılardan uzaq mikro-dünya nəyə desən dəyər... Dekabr yağışı da bu arada sürətlə pəncərələri döyəcləyir, qonaq olmaq istəyir...
Pişik necə yumrulanıb yatırsa, bəzi insanlar da yumrulanıb yatmağı sevir. Bəlkə də bu, dölün ana bətnindəki vəziyyətindən irəli gəlir. Hələ dünyaya göz açmayan uşaq ana bətninin qaranlıq və isti dünyasında yumrulanaraq yaşayır, böyüyür, doğulmağa hazırlaşır. Və həyatının mürəkkəb dövrlərində insan yumrulanıb yatmaqla, sanki ana bətnindəki müdafiəni, sıx bədən təmasını və qırılmaz əlaqəni, təhlükəsizliyi, mənəvi dəstəyi yenidən duymağa çalışır.

17 Aralık 2018 Pazartesi

Cek London. Yazıçılığın həyat fəlsəfəsi haqqında (1899)



Картинки по запросу Cek London. “Yazıçılıq həyat fəlsəfəsi

https://philologist.livejournal.com/8119076.html

*

Ədəbiyyat sənətbazı, ömrünün sonuna qədər yararsız mətnlərlə məşğul olmaq istəyən adam qoy bu məqaləni oxumasın, o, boşuna vaxtını itirəcək və əhvalını pozacaqdır. Məqalədə əlyazmanı necə soxuşdurmaq, materialı necə işləmək haqqında məsləhətlər,  redaktor qələminin ərköyünlüyünün təhlilinə və nitq hissələrinin əbədi məkrinə dair qeydlər də yoxdur. İslahedilməz  qrafomanlar, məqalə sizlik deyil! Bu məqalə hələ də orta məhsul yaradan, lakin idealları olan yazara ünvanlanmışdır, elə bir yazara ki, əsil sənətə can atır və gələcəkdə kənd təsərrüfatı qəzettlərinin və ya “ailəvi” jurnalların kəndarına bir daha ayaq basmayacağı zamanları  xəyal edir.   

Günün əksi - 3

Картинки по запросу шары девочка

Axşamçağı evə gedirdim. Yorğun adamlar qarşımca irəliləyirdilər. Kimisi yolboyu düzülmüş dükanlara daxil olur, kimisi avtobus dayanacağına tələsirdi.  Qara geyinmişdi əksəri - qara paltolar, gödəkçələr, papaqlar adamın ovqatına bədbinlik qatırdı. Adamlar sırası seyrələndə, qarşımda, məndən  irəlidə yeriyən bir gənc qız gördüm, əlində 5-10 qırmızı şar tutmuşdu. Şarların əlindən qopub uçmaması üçün onların bağını biləyinə bərk-bərk dolamışdı. Qız sürətlə irəli yeridikcə, şarlar havada rəqs edir, qızın saçları astaca dalğalanırdı. Hardansa peyda olmuş  10-12 yaşlı qara dilənçi qız şarlı qızın dalınca düşərək, "pul ver də, mənə pul ver!" tələb etdi. Şarlı qız dilənçiyə məhəl qoymadan sürətlə yoluna davam edirdi. Amma dilənçı qız da az aşın duzu deyildi ha, şarlı qızdan əl çəkmirdi, qara adamlar arasında qırmızı şarlı, sevincli addımlarla irəliləyən qızı, yəqin, sədəqəçi sayaraq, onu təqib edirdi.
Qarşıdan gələn bir gənc oğlan qızların sezilməyən mübarizəsini duyub, dilənçi qızın yolunu kəsərək, "mane olma, bəsdi diləndin" - dedi, qollarını geniş açaraq, dilənçinin yolunu əngəllədi. Şarlı qız: "Çox sağ ol" - deyib gülümsündü və sürətini azaltmadan yoluna davam etdi, dilənçi qız isə məyus halda geri dönərək, qara adamların arasında gözdən itdi...

16 Aralık 2018 Pazar

Yolka (hekayə)

Картинки по запросу ветка `елка

Fatimə yenə də gözünü qapıya zilləmişdi, atasını gözləyirdi. Atası söz vermişdi ki, gələndə ona yolka gətirəcək. Əvvəllər evdə sintetik yolka bəzədilərdi, Fatimə anası ilə birgə parıltılı plastik oyuncaqları həmin yolkadan asar, atası da kənarda əyləşib yolka bəzəmə prosesini müşahidə edərdi. Bir gün ana dedi ki, dekabrın axırına az qalıb, bəlkə yolkanı quraq?
Yolka söhbəti şam yeməyindən sonra açılmışdı. Ata Fatiməyə tərəf dönüb soruşdu:
- Hə, qızım, nə deyirsən, yolkanı quraq?
- Əlbəttə! - Fatimə sevincək əl çaldı. Yolka! Yolka qurulacaq, otağa xüsusi gözəllik verəcəkdi! Gecə isə Şaxta Baba yolkanın altında hədiyyə gizlədəcəkdi!
Ata gülümsədi. Özünün uşaqlıq xatirələrindən danışdı, o zamanlar hər evdə yolka qurmazdılar. Yolkalar baha idi, az satılırdı.  Amma atanın atası həmişə əsil yolka alıb gətirərdi. Sonra uşaqlar yolkadan konfet, qoz, peçenye, kağız qarcıqlar asardılar. Yolkanın ətri evə dolardı...
Ata elə maraqla danışırdı ki, Fatimə də əsil yolka istədi.
- O yolka üçün oyuncaqlarımız yoxdu, - ana dedi.
- Eybi yox, oyuncaqsız olsun, atacan, yolka alarsan?
Ata vəd etdi. Həmin gündən Fatimə hər gün yolkanı gözlədi, amma ata evə yolkasız gəlirdi. Gileylənirdi ki, yaxşı yolkalar yoxdu, ya da hamısını alırlar, ataya yolka qalmır.

Kilkələr

Картинки по запросу килька

90-cı illərdə Mehmanın 12 yaşı olardı. 
Ata-anası məktəbdə müəllim işləyirdi. Sosializm quruluşu dağılırdı, xeyli insanın taleyində möhtəşəm mənfi dəyişikliklər baş verirdi. Mehmanın ziyalı valideynləri çörək pulu qazanmaq, ailəni aclıqdan qorumaq üçün gecələr də işləyirdilər. Ana hansısa sex üçün bazar zənbilləri, yataq ağları tikirdi, ata köhnə "Moskviçi" ilə taksi sürücüsü işləyirdi, xəcalətdən (amandı, şagirdlər görməsin) maşını şəhərin elə yerində saxlayırdı ki, kimsə onun sürücülük etdiyini bilməsin.
Mehman ata-anasının nə qədər əziyyət çəkdiyini görürdü. Yuxusuzluqdan və yorğunluqdan atanın gözlərinin altı qaralmış, üzünün qırışları artmışdı. Anası da sanki 10 il qocalmışdı. Amma Mehman ata-anasının dilindən şikayət, giley eşitmirdi. Bəlkə də öz aralarında nəsə danışıb bölüşürdülər, amma Mehmanın yanında heç vaxt heç nəyi müzakirə etməzdilər.
Mehmanın 12 yaşı vardı, özünü böyük oğlan sayırdı. Kasıbçılığın nə olduğunu yaxşı bilirdi. Bəzən şam yeməyi bir tikə boz çörəkdən və soğançadan ibarət olurdu. Bir qaşıq günəbaxan yağında qovrulmuş sarı-qızılı soğanla dolu tavanı ana süfrəyə verəndə, hamı əlindəki çörəyi tavaya batırıb yeyərdi, şam yeməyinin sonuna qədər heç kim başını qaldırıb baxmaz, hamı susardı...
Mehman dostu Əli ilə səhər tezdən limana gedərdi, balaca gəmiləri gözləyərdi. Hər səhər limanda dənizçilər kilkə balığı satardılar. Balıq az, alıcı çox olardı, bəzən alverçilər adi adamlara kilkə almağa imkan vermirdilər - eləcə  kilkəni tonla alıb aparır, məyus və ac alıcıları veclərinə də almırdılar. Amma bəzən bir neçə adam alverçiləri qabaqlaya bilirdi,  cibindəki pul 3-5 kilo kilkə almağa çatardı.  Mehman aldığı boz, sürüşkən kilkələri neylon torbaya doldurub, sevincək halda evə qayıdırdı, bəlkə də mamontu ovlamış ibtidai insanın sevinci bu qədər olmazdı...
Barmaq boyda kilkə balığı böyük bir sərvətə çevrilmişdi. Kim kilkə ala bilsəydi, evində  bir neçə gün bayram olurdu - kilkədən kotlet, şorba bişirirdilər, kilkəni qızardırdılar, kilkəni ocaqda şişə çəkirdilər və bu çəlimsiz, 5-10 qramlıq əti olan balıq dünyanın ən ləziz neməti idi ac adamlar üçün...

Mətbəx yazıları. 90-cı illər...

90-cı illərdə sosializmin sabit görünən və əlverişli kimi anlanan iqtisadiyyatı birdən-birə çökəndə, əhali səfalətlə üz-üzə qaldı. Zirək tərpənmiş işbazlar iqtisadi xaosdan yararlanaraq, xeyli əmlakı ələ keçirə bilmiş, ucuz alıb baha sataraq, sürətlə milyonçu olmuşdular. 
Yadımdadır, gənc qız idim, sadə ailənin qızıydım, səfalətin nəfəsi bizim ailəmizə də arabir toxunurdu. O zamanlar hər addımda göbələk kimi peyda olmuş bakaliyyə mağazalarındakı görünməmiş mallara heyranlıqla baxardım, hər şey gözəldi, dəbli idi, qiyməti astronomikdi, çeşidi coxdu, amma boş ciblə yalnız tamaşa edə bilərdim bunlara... Qıcıqlandıran o idi ki, mən bu malların heç birini ala bilməzdim, amma dükanlardakı alıcı sıxlığı,  ovuc-ovuc piştaxtaya atılan pulların xışıltısı, neylon torbalara yığılan xarici mallar mənim bu kastaya aid olmadığıma və olmayacağıma aydın işarə edirdi. Dəbpərəst, əşyapərəst deyildim, amma hansı qız, qadın gözəl görünmək istəməz ki... Özü də gənc yaşlarında... 
Amma evə çörək və ya un almaq daha zəruri idi, aclıq hər an qapımızı döyə bilərdi. Mən o yaşıma qədər aclıq görməmişdim, aclığın nə olduğunu bilmirdim, təsəvvürüm yox idi,  məhsulların talonla alındığı dövr, uzun növbələr yaxşı yadımdadı, qıtlıq vardı, amma aclıq yoxdu, ən azından bazara gedib göyərti-tərəvəz alıb adi şorba bişirmək mümkündü. Amma 90-cılarda bəsit olduğu qədər də zəruri olan pul, əskinaslar adi bir kağız parçasına çevrilmişdi, aylıq maaşın cörəyə də çatmırdı, çünki sən maaşı alana qədər iqtisadiyyat daha da dərin uçuruma yuvarlanır, dağılırdı...
Qonşu ilə müştərək divardan gecələr qadın qışqırığı gələrdi: "Cəhənnəmə pulun yoxdur! Kişisən, get qazan! Evə pul gətir!!" Və səhər qonşu kişinin başını aşağı salaraq sürətlə pilləkəndən düşməsi... Sanki gecə qışqırıqlarından yaranan xəcaləti ört-basdır etmək istəyirdi... 

Günün əksi - 2.

Nə zamandır ki, bloqumda aktiv yazmaq fikrindəyəm, di gəl ki, bu qərarımı gerçəkləşdirməyə motivasiyam çatmır ☺. Günlərim elə də rəngarəng, hadisələrlə dolu deyil, amma bura nəsə yazmağa da ərinirəm. FB-nin də fəal istifadəçisi deyiləm, hərçənd internetdəki maraqlı forumları izləyirəm.
Hə, yadıma düşdü ki, yazarlara məsləhət verən kitablarda hər gün yazmaq təklif edilir, özü də səhər tezdən, yuxudan oyanan kimi. Bəlkə burjuazlara (ah,  sovet ideologiyasından qalmış bu söz də yaddaşımın hansı dərin guşəsindən bu an peyda oldu ☺)  bu təklifə əməl etmək asandır, amma mənim kimi çörək pulu qazanmaq üçün hər gün evdən çıxan insanlara əlverişli deyil. Səhər bilmirsən necə edəsən ki, evdən vaxtında çıxasan, işə gecikməyəsən ki, müdiriyyətin tənbehinə tuş gəlməyəsən. Səhər-səhər hansı yazıdan söhbət gedə bilər ki?
Amma gecələr... başqa məsələ))) Hamı yatandan sonra musiqinin zümzüməsi, və ya divarlar üçün kino göstərən TV səsi altında gün ərzində beynimdə dolaşan, dalaşan, bir-birinə sarılan, qırılan, bir-birini qovan, yaxalayan fikirləri nizamlamağa cəhd etmək olar ☺.
Bu dəfəki cəhdim beyin hüceyrələrini fəallaşdırmağa yönələn tapşırıqdır. Bəzən onu yerinə yetirirəm, bloknotuma, ya əlimin altında olan hansısa kağız parçasına yazıb, qısa müddətə sözlər dünyasına qərq oluram. Və bəzən çox poetik cümlələr yaranır.
Tapşırığın məğzi odur ki, eyni hərflə başlanan sözlərdən ibarət cümlə qurursan. Barmağımı istənilən kitabın istənilən səhifəsinə basıb, hərfi seçirəm və... söz oyunu başlayır))).

Y - Yaz yağışı yasəmənin yaşıl yarpaqlarını yudu.

B - Baba bostanda balqabaq becərərkən, balaca Binyamin bağdakı bayrama baxırdı.

S - Saat səkkizdə Saatlıdakı "Sərin" sarayında salatlar soyuqda saxlanırdı.

Ə - Əli əlindəki əlcəklə əncir əkirdi.

H - Həsən hündür hasarı hörərkən, Həlimə hirsindən hönkürürdü.

Q - Qayadakı qalaya qaçan Qəhrəmanın  qılıncı qırıldı. Qara qarışqa qozayla qaçdı.

Картинки по запросу smaylik

Günün əksi - 1.

Dekabr ayının soyuq və sakit, küləksiz bir günündə səhər işə getməyə hazırlaşırdım. Bir stəkan təzə dəmlənmiş tünd çay içib, yun şərfimi boğazıma dolayıb evdən çıxdım. Pillələri sürətlə düşdüm, düşündüm ki, nə yaxşı dikdaban ayaqqabı geyinmədim, yoxsa taqqıltıdan qonşular oyanacaqdı. Blokun qapısından çıxarkən qarşıdan gələn bir qadını gördüm, kimdi, nəçidi, harda yaşayır - bilmirəm, onu ilk dəfəydi görürdüm. Qadın qara paltosunun üstündən güllü yun şal salmışdı, çiynindən asdığı əl çantası, qadın yeridikcə, böyrünə dəyirdi. Qadının qucağına basdığı sarımtıl kağız torbasından təndir çörəyinin kənarı görünürdü. Bu soyuq sakit havada isti təndir çörəyinin xırçıldayan kənarlarından qoparıb yeyə-yeyə gedən bu qadında ifadə edilməyən bir poeziya vardı...

7 Eylül 2018 Cuma

Avqust


Похожее изображение

Avqustu
Kəmşirin şərab kimi
Gərək qurtum-qurtum içəsən,
Içinə günəşin istisi yayılsın.
Gözlərini qıyıb,
Küncdə mırıldayan pişiyə,
ilk dəfə görürmüş kimi,
baxasan.
Avqust gecələrinin ətrini
Oxuduğun kitabların sətirlərində duyasan,
Bir azdan payız gəlir, anlayasan,
Bürünəsən avqust küləyinə,
Qaçasan üfüqə sarı –
Günbəgün uzaqlaşan
Yayın arxasınca...

Sima, 2018

Виктор Цой. Звезда по имени Солнце/Viktor Tsoy. Günəş adlanan ulduz


Картинки по запросу Звезда по имени солнце

https://www.youtube.com/watch?v=GNpy6PQJpXE


Белый снег, серый лед, 
На растрескавшейся земле.
Одеялом лоскутным на ней –
Город в дорожной петле.
А над городом плывут облака,
Закрывая небесный свет.
А над городом - желтый дым,
Городу две тысячи лет,
Прожитых под светом Звезды По имени Солнце...
И две тысячи лет - война,
Война без особых причин.
Война - дело молодых,
Лекарство против морщин.
Красная, красная кровь –
Через час уже просто земля,
Через два на ней цветы и трава,
Через три она снова жива
И согрета лучами Звезды По имени Солнце...
И мы знаем, что так было всегда,
Что Судьбою больше любим,
Кто живет по законам другим
И кому умирать молодым.
Он не помнит слово "да" и слово "нет",
Он не помнит ни чинов, ни имен.
И способен дотянуться до звезд,
Не считая, что это сон,
И упасть, опаленным Звездой По имени Солнце...  

***

Bəyaz qar, bozumtul buz,
Çatlamış torpaq üstündə
Yamaqlı yorğanla örtülmüş
Şəhərim yollarla dolu.
Şəhərin üstü buludlu,
Göy işığı görünmür,
Şəhər üzərində sarı toz,
Şəhərin iki min yaşı var  -
Günəş adlanan ulduzun nuruyla yaşanmış onlar.
Iki min ildir ki, hərbdir,
Səbəbsiz bir savaşdır.
Hərbçilik gənclər üçündür,
Qırışlara dərmandır.
Qırmızı, qıpqırmızı qan
Bir saatdan sonra yenə torpaq,
Iki saatdan sonra ot və çiçəklər,
Üç saatdan sonra torpaq canlanır
Və günəş adlanan ulduzun şüasıyla qidalanır.
Bilirik, həmişə belədir,
Fərqli qanunla yaşayanlar
Talenin sevilmlisi olur
Və gənc yaşında ölür.
“Hə” və “yox” sözünü xatırlamır,
Nə rütbə yadındadır, nə adlar.
Yuxunu gerçək bilərək
Ulduzlara can atır
Və Günəş adlanan ulduzdan yanıb yerə yuvarlanır...

Çevirdi: Sima

6 Eylül 2018 Perşembe

Şəms Eldən 3 şeir

Картинки по запросу абстракт

Biz
sözlәrdәn imtina etdik
gözlәrin sehrinә düşdük
qazandıq bir-birimizi..
Vә yenә biz
gözlәrimizi yumduq
sözlәrin arxasında gizlәndik
itirdik bir-birimizi...

Bilmәdik gün gәlәcәk
gözlәrә hәsrәt qalacaq
sözlәrә
nifrәtlә qulaq asacağıq
gәlәcәkdәn ümidsiz
keçmişdә ilişib qalacağıq.


**

Bir ürək ki..

Bir ürək ki,
içinə heç kimin
nə qəlbinə, nə ağlına
nə də həyatına sığmayan
sən sığmısan..
Bir ürək ki,
nə sənin
nə də başqa kimsənin
ürəyinə, həyatına
sığmayacaq.
Bu məndəki
daşıması günü gündən
daha çətin, daha ağır
elə dəli bir ürək ki!

**
Həyatdır da,
birdən ölüb eləsəm
bütün ağrı-acılardan
ətrafdakı yalanlardan
dünyanın ən rahat yeri
anamın diz ucundan
və qızımdan
qaçıb getsəm,

hamıdan çox sevinən
saatlar olacaq

qaçdı-tutdu oynamayacam onlarla
dayanacaqlar
nəfəs alacaqlar
yaşayacaqlar...

http://gunesvadisi.blogspot.com/

"Mətbəx yazıları" silsiləsindən

Картинки по запросу абстракт
Şkafları, rəfləri, əlyazmaları, bloknot-dəftəri səliqəyə salarkən (hə, hərdən pedant damarım tutur və hər yerdə (başım daxil olmaqla) səliqə-sahman, nizam, sıra yaratmaq coşqusu yaranır içimdə) bir əlaməti kəşf etdim.
Şeirlərimi adətən qalın cildli, xətləri yaxşı görünən bloknotlarda - qeydiyyat kitabçalarında yazıram. Və bütün bloknotları qarşıma töküb, araşdıranda kəşf etdim ki, bloknotların görünüşünə görə maddi və ruhi durumumu təyin etmək olar. Məsələn, ilk şeir bloknotlarım çox ucuzdu, bəzilərini böyük bloknotdan kəsib əl boyda etmişəm ki, yazmaq rahat olsun, nadüz kənarlar qayçı tutan əlimin nə qədər qeyri-sərraf olduğunu göstərir.
Bloknotlar arasında bahalı kitabların cildi kimi qalın, parıltılı və üstündə meyvə (qara fonda armud) olan bloknot da var. Onu bir neçə il əvvəl almışdım və xəyal edirdim ki, tezliklə onu şeirlərlə, fikirlərlə dolduracam. Amma... Bloknotu uzun müddət əlimə almadım... Mənə yad görünürdü o. Sanki  dükandakı yüzlərlə bloknotun içindən sevə-sevə seçdiyim, əzizlədiyim bloknot deyildi... Bəli, şeirləri yazdığım bloknotlar mənə əzizdir, doğmadır, onları balam kimi sevirəm, hər dəfə onları vərəqləyəndə, həmin şeiri yazan andakı halətə yenidən düşürəm, qəribədir... Bu "balaların" nə günahı var ki, "anaları" etibarsızdır... unutqandır... və əhli-kefdir...  J

Nimdaş xatirələr


Картинки по запросу воспоминания
Bir gün cürətlənib
Nimdaş xatirələrimi sıraladım,
Və yaddaşımı kiflədən  
Olmuşları
Zibilə atdım.
Özüm-özümü gəmirirdim əvvəllər
Bu olmuşlara görə,
gərək onlar   olmayaydı.
Amma oldu
Və məni incitməkdən həzz aldı.
Anladım ki,
“Yox” deməyi öyrənmək lazım.
Bəzən oyunçular
Başqasının  hisslərini
Qumara qoyurlar,
Amma unudurlar ki,
Hər oyunda tuzlar udmur...

Sima


1 Eylül 2018 Cumartesi

Neqativ mantra


Картинки по запросу neqativ мантра

Söylənməmiş sözlər
Dodaqlara çöküb qaldı,
Baxılmamış baxışlar
Hədəfsiz səpildi ətrafa.
Təlatüm ürəkdən yan keçdi,
Içindəki günəş dOğmadı.
Gülmədin,
Sevilmədin,
Əllərin təmassız qaldı.
Bir gün də belə keçdi –
Özün-özünlə savaşda.

Sima, 2018

Seçmə aforizmlər

Картинки по запросу abstrakt

Gi de Mopassan - İnsanlar kitab kimidir, hərflər eynidir, məzmun fərqli.

Ceremi Hammond - Ağıl proqramlaşdırılır. Bunu özünüz etməsəniz, kimsə əvəzinizə edəcəkdir.

Bobbi Sommer - Özü haqqında aşağı fikirdə olmaq təvazökarlıq deyil, özünüdağıtmadır.

Şarl Peqi - Eyni söz müxtəlif yazarlarda fərqli səslənir. Birisinin sözünün arxasında içi sürünür, o birisi sözü paltonun cibindən çıxarır.

Con Qrin - Azadlıq şəraitində əksər insanlar günahı seçir.

Jozef Juber - Yalnız bəyəndiyimizi oxumaqla, təhsilli sayılmaq olmaz.

Klarisi Lispektor - Elə yazıram, sanki kiminsə həyatını qurtarmaq istəyirəm, bəlkə də öz həyatımı.

Terens Makkena - Mədəniyyət - sizin əməliyyat sisteminizdir.

Federiko Fellini - Bütün incəsənət avtobioqrafikdir. Mirvari - dəniz ilbizinin  avtobioqrafiyasıdır.


Çevirdi: Sima

Yelena Roq. Mənim hər şeyim olan zamanlar...

57570655pw2
Ərimlə kafedə, ayaqüstə dayanıb, qəhvə içirdik.
Ərim gənc və yaraşıqlı idi, onu sevirdim.
Əynimdə həyatımı korlayan nimdaş palto vardı. Özümü dəyərsiz sanırdım, bu paltoya nifrət edirdim, o, məni isitmirdi,  eybəcərləşdirirdi ancaq.
Kafe ucuz kafelərdəndi, qəhvə də dadsızdı.
Xəyal edirdim ki, bir gün gözəl restoranda  yaxşı qəhvə içəcəyik, mən də dəblə geyinmiş olacam. Ərim parlayan gözlərilə mənə baxırdı, o, məni sevirdi və nədən kədərli olduğumu bilmirdi.
... O, gənc yaşında vəfat etdi. Mən isə qaldım.
Sonralar həyatımda xeyli kafelər, qəhvələr oldu, xeyli dəbli paltolar geyindim.
O isə yox idi.
Tez-tez ucuz kafedəki epizodu xatırlayıram - o zamanlar hər şeyim vardı, mənsə bundan xəbərsizdim...

Çevirdi: Sima

31 Ağustos 2018 Cuma

Limanlar. Pianoda gözəl ifa. Ruhu dincəldən musiqi

Картинки по запросу  Limanlar


https://www.youtube.com/watch?v=NdSWQ8t0In0

***

Похожее изображение


Ногти, губы
И роза в руках – красное.
Волосы на ветру,
Платье воздушное
С парусным подолом – желтое.
Глаза с поволокой,
Слова с размытым смыслом – черное.
А сердце
С растоптанными чувствами – бесцветное,
Как мир вокруг. Без тебя.


Sima, 2018

P.S. (bəzən rusca da şeir gəlir...)

Эльчин. Мини-эссе

Похожее изображение

Толстой и Достоевский
Даже в тех случаях, когда Достоевский переходит в литературные сферы, превосходящие «Белые ночи» и «Неточку Незванову» («Братья Карамазовы»), мир его мысли, не вмещающийся в рамки высших сфер, подавляет чувства (а значит, и художественность).
Толстой, переходя в сферы («Анна Каренина», «Война и мир», «Отец Сергий»…) более высокие, чем «Севастопольские рассказы», создаёт полное гармоничное единство, целостность, нераздельность мира чувств и мысли высшей сферы.

Наполеон и Гёте
В монографии Тарле о Наполеоне сильное впечатление на меня произвела отнюдь не битва при Ватерлоо и даже не ссылка на остров Святой Елены.
На меня неожиданно сильно подействовал эпизод встречи двух великих людей: принимая в своем кабинете Гёте, Наполеон не предложил ему сесть – сам он сидел в кресле, а Гёте стоял перед ним.
Вот таким образом они и познакомились, так и побеседовали.
И это при том что лейтенант Бонапарт, читая «Страдания молодого Вертера», настолько проникся духом произведения, что вслед за Вертером собирался покончить с собой.
Но не покончил.
Неужели для того, чтобы продержать Гёте на ногах?

Rasim Qaracadan bir yazı. Azərbaycan yazıçısının bəxtsizliyi



http://alatoran.com/2018/07/26/az%C9%99rbaycan-yazicisinin-b%C9%99xtsizliyi/

Hal-hazırda ölkəmizdə ədəbi yaradıcılıqla məşğul olan, çeşidli janrlarda əsərlər yaradan insanların sayı yüzlərlə və minlərlədir. Şeir, hekayə, roman yazmaq, əlbəttə, hər kəsin haqqıdır, lakin qələmə sarılan, ilk fürsətdə kitabını çap etdirən, imza günləri keçirən bu çoxminli kütlənin yalnız kiçik bir faizini “ciddi ədəbiyyat” kateqoriyasına aid etmək olar, hətta çox daha tələbkar yanaşsaq bu məsələyə, ölkəmizdə ciddi ədəbviyyatla məşğul olanların sayı əl və ayaq barmaqlarının sayından artıq olmaz. Ciddi ədəbiyyat nədir, daha doğrusu, mənim başa düşdüyüm mənada o nədir? – əsas mövzuya keçmədən öncə bunu açıqlamanın daha sonra söyləyəcəklərimi anlamaq baxımından faydası var. İzahı sadədir. Ciddi ədiblər o kəslərdir ki, dünyada gedən ədəbiyyat proseslərini izləyir, özünü bu nəhəng mədəniyyət hərəkatının bir parçası kimi görür, roman yazırsa roman, hekayə yazırsa hekayə janrının dünyadakı gəlişmələrinin fərqindədir, nəzəri cəhətdən nələrin köhnəlmiş olduğunu bilir və bu bilik bazasıyla əsərlər yaradaraq həmin bəşəri prosesə qoşulmaq istəyir. Yaradıcılığa bu cür yüksək məsuliyyətlə yanaşan yazıçını şərti olaraq ciddi yazıçı adlandıraq.

Sayman Aruzdan bir hekayə. Bir payız günündə

18157789_1709455655736394_5302158098919721851_n

http://senet.az/bir-payiz-gunund%C9%99-sayman-aruz/


Payızın qərib bağrı çatladan günlərinin biri idi. Adəti üzrə payız fəslinə məxsus darıxdırıcı yağış yağırdı. Yağış elə həvəssiz və sərgərdan səpələnirdi ki, adamın göydəki vətənsiz buludlara yazığı gəlirdi. Gör o yazıq buludlar da mənim kimi həyatlarından necə beziblər ki, Allahın yağışını da düz-əməlli bəndələrinin başına səpmirlər. Həmin gün mənim də ruh halım o sərgərdan yağışlar kimi idi. Nə dərimdə, nə də evimdə özümə yer tapa bilmirdim. Kompüteri yandırdım ki, bəlkə bir hekayədən-şeirdən yazıb rahatlaşdım. Nəsə yazandan sonra doqquz ay qarnında xələf və ya naxələfliyi bilinməyən uşağı daşıyan qadınlar kimi içimdəki yükümü yerə qoymuş hiss edirəm özümü. “Doğub”, sonra da, yalan olmasın, saatlarla oturub üzünə baxıram ki, görüm bu “uşaq” hansı sevdiyim qadına, hansı ürəyimi tinlərinə məhkum elədiyim küçələrə oxşayır. Mən həmişə beləyəm, yəni, mənə elə gəlir ki, çoxumuz beləyik. Daxilimizdəki uşaq ölənə qədər böyümür, hətta bizimlə məzara tapşırılır. Sadəcə, bu cismimizdir ki, qarıyır, qoturlaşır, sonra da bu boyda kainatın içində bir-iki metrlik torpağa basdırırlar ki, haçansa xortlayıb sərgərdan yaşadığın həyatında görmədiyin xoş günlərin, çəkdiyin əzab-əziyyətlərin, sürgünlərin, yoxsulluqların, arada vaxt tapıb bəzən də üzünün hüceyrələrinə təbəssüm bəxş elədiyin saniyələrin cəzasını görəcəksən.

Niyazi Mehdi. Dil necə “ağıllanır”?

Без названия


http://senet.az/dil-nec%C9%99-agillanir-niyazi-mehdi/


Təpərli sözlər
O gizli deyil ki, bəzi intellektuallar, özəlliklə, rusca, ingiliscə yaxşı bilənlər dilimizin elmi imkanlarına şübhə ilə yanaşırlar. Bəlkə onlarda dilimizin yoxsulluğu duyğusunu qrammatika törədir? Ancaq baxanda görürsən ki, qrammatikamız pis deyil. Bəs onda dilimizin yoxsulluq duyğusu nədən gəlir?
Bu sorunun cavablarından birinə baxaq. Həmin intellektuallar, tutalım, “бытие” sözünü eşidəndə nəsə energetik, ağıllı söz duyurlar, “varlıq”, “olum”, “olqu” (сущее) sözləri isə onlara nəsilsiz-nəcabətsiz, soysuz kəlmə təsiri bağışlayır.
Dildə materialın müqaviməti
Ancaq adamlar var ki, rusca yazmaqdan böyük həzz almaq mərhələsini keçib qəfildən azəricə elmi yazılar yazmaqdan həzz alrlar. “Niyə belə oldu?” məsələsini ünlü heykəltəraş Ernest Neizvestninin bir yazısını oxuyanda anlamaq olur. O göstərmişdi ki, heykəltəraş üçün hansı materialla işləmək elə-belə şey deyil. Material sənətçiyə müqavimət göstərməklə həm də hansı formanı, hansı estetikanı seçməyi diktə edir.
Bundan bizim üçün çıxan sonuc: düşüncə ilə asanca şütümək üçün rus elmi dili çevik və rahat formalar verir. Buna manyerizm demək olar. Rusca elmi məqalə yazmaq yaxşı yağlanmış velosiped sürmək kimi bir şeydir. Azərbaycanca çağdaş elm səviyyəsində düşüncə yazmağa isə dil öz müqavimətini göstərir, ona görə də bu müqavimətlə əlləşə-əlləşə yazmaq daha kimlərəsə çox ləzzət verər, nəinki ruscada süzə-süzə sürüşmək.

30 Ağustos 2018 Perşembe

Mənzərə Sadıqova. Hisslərimiz... Bizdən kənardamı??



İnsanı idarə edən iki mühüm komponent – ağıl və hiss... Əgər AĞLIN MƏKANI BEYİN – BİLİKLƏRİMİZ VƏ YADDAŞDIRSA (gen yaddaşımız və həyat təcrübəsində qazandıqlarımız), bəs HİSSİN MƏKANI HARDADIR: BİZİM İÇİMİZDƏMİ, BİZDƏN KƏNARDAMI? İnsan vücudunun daxilindəmi, əhatəsindəmi? HİSSLƏRİMİZ ŞÜURUN İRADƏSİNƏ TABEDİRMİ? Emosiyaların yaranmasında, yaşamasında və yox olmasında şüurun rolu nə qədərdir?

Hərçənd ŞÜUR özü də LAMƏKANDIR və bioloji terminlərlə izah olunmayan bir şeydir. Bu abstrakt məfhumun konkret olaraq harada yerləşdiyi, hansı formada olduğu, necə çalışdığı hələ də elmin tədqiqat obyektidir. Minlərlə insanın beynində əməliyyat aparmış neyrocərrahlar, həmçinin bir sıra neyrofizioloqlar, filosof, sosioloq və psixiatrlar təsdiqləyirlər ki, ŞÜUR beyinlə əlaqəsi olmayan, kənardan idarə edən, müstəqil mövcud olan, dərk edilmiş “MƏN”dir.

Şüuru fövqəl qüvvə kimi qəbul edənlər, dini motivlərlə bağlayanlar da var. Bu halda insan şüurlu surətdə, yəni istəməklə özündə sevinc, ya kədər hissi, həyəcan... yarada bilərmi? Məsələn, sevmək istədiyi üçün sevə bilərmi? Hər hansı fərdə və ya hadisəyə münasibəti idarə etmək zahirən mümkündür, bəs daxilən necə? Bu da mümkündürmü? İnsan özünə əmr verərək kimə və nəyəsə qarşı duyduqlarını bir anda yox edə və ya dəyişdirə bilərmi? Məntiqinə uyğun gələn, amma ürəyinə yatmayan münasibəti zorla özündə yarada bilərmi?

Məlumdur ki, həzz və ləzzət kimi duyğular insan beyninin məhsulu olaraq, onu şərtləndirən amillər mövcud olduqda meydana gəlir (məsələn, sevdiyin musiqini dinləyəndə, ürəyincə olan işi görəndə həzz alırsan; dadlı bir yemək sənə ləzzət verir və s.). Özünü tanıyan hər insan həzzin mənbəyini bilir. Bildiyi üçün də o hissi özündə yaratmaq, yaşatmaq və o hissin ömrünü uzatmaq imkanına malikdir.

Amma SEVİNC VƏ KƏDƏR, HƏYƏCAN SANKİ KƏNARDAN TRANSFER OLUNUR. El arasında çox işlənən bəzi deyimlərə diqqət edək: “Hər bayram bizə bir dünya sevinc gətirir”, “qəm qəm gətirər, dəm dəm”, “içimə kədər doldu”, “dərd-qəm qəddini əydi”, “qəm-kədər gətirdi yenə də payız”və s. İnsan təfəkküründən dilə süzülən bu tip misallardan belə qənaət hasil olur ki, sevinc və kədər hissləri kənardan gəlir, ətraf mühitin (maddi və qeyri-maddi mühitin) vasitəçiliyi ilə bizə aşılanır. 

Ədəbiyyat üzrə alternativ Nobel mükafatı

Картинки по запросу альтернативная Нобелевская премия

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının verilməyəcəyi haqqında  qərar İsveç mədəniyyət xadimlərini alternativ təklif irəli sürməyə təhrik etmişdir. "İnsani dəyərlərə şübhəli yanaşma dövründə ədəbiyyat susqunluq və sıxışdırma "mədəniyyətinə" daha əhəmiyyətli əks-təsir kimi çıxış edir. Yeni akademiya məxsusi hesab edir ki, 2018-ci ildə dünyanın ən nüfuzlu ədəbiyyat mükafatı  verilməlidir".

Yaradılan Yeni akademiya İsveç mədəniyyətinin yüzlərlə nümayəndəsini birləşdirir. Alternativ mükafat "insanlar haqqında ən yaxşə əsərə" veriləcəkdir, halbuki rəsmi Nobel mükafatı "ədəbiyyat sahəsində ən görkəmli nailiyyət" ifadəsi ilə təqdim olunurdu.

Mükafata namizədlər hər ölkədən ola bilər, əsas şərt - namizədin ən azı iki kitab müəllifi olması, və kitablardan birinin 2008-ci ildən sonra çap edilməsidir.

Qalibin adı oktyabr ayında açıqlanacaq, dekabrın 11-də isə mükafatın özü təqdim ediləcəkdir. Və bundan sonra Yeni akademiya ləğv olunacaqdır.

Hal-hazırda alternativ Nobel mükafatına müxtəlif ölkələrdən 46 yazıçının namizədliyi irəli sürülmüşdür. Onların sırasında Xaruki Murakami (Yaponiya), İen Makyuen, Nil Geyman, Coan Roulinq (Böyük Britaniya), Marqaret Etvud (Kanada), Amos Oz (İsrail) və digərləridir.

"Литературная газета",  № 31-32,  стр.6