mətbəx yazıları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
mətbəx yazıları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Eylül 2018 Perşembe

"Mətbəx yazıları" silsiləsindən

Картинки по запросу абстракт
Şkafları, rəfləri, əlyazmaları, bloknot-dəftəri səliqəyə salarkən (hə, hərdən pedant damarım tutur və hər yerdə (başım daxil olmaqla) səliqə-sahman, nizam, sıra yaratmaq coşqusu yaranır içimdə) bir əlaməti kəşf etdim.
Şeirlərimi adətən qalın cildli, xətləri yaxşı görünən bloknotlarda - qeydiyyat kitabçalarında yazıram. Və bütün bloknotları qarşıma töküb, araşdıranda kəşf etdim ki, bloknotların görünüşünə görə maddi və ruhi durumumu təyin etmək olar. Məsələn, ilk şeir bloknotlarım çox ucuzdu, bəzilərini böyük bloknotdan kəsib əl boyda etmişəm ki, yazmaq rahat olsun, nadüz kənarlar qayçı tutan əlimin nə qədər qeyri-sərraf olduğunu göstərir.
Bloknotlar arasında bahalı kitabların cildi kimi qalın, parıltılı və üstündə meyvə (qara fonda armud) olan bloknot da var. Onu bir neçə il əvvəl almışdım və xəyal edirdim ki, tezliklə onu şeirlərlə, fikirlərlə dolduracam. Amma... Bloknotu uzun müddət əlimə almadım... Mənə yad görünürdü o. Sanki  dükandakı yüzlərlə bloknotun içindən sevə-sevə seçdiyim, əzizlədiyim bloknot deyildi... Bəli, şeirləri yazdığım bloknotlar mənə əzizdir, doğmadır, onları balam kimi sevirəm, hər dəfə onları vərəqləyəndə, həmin şeiri yazan andakı halətə yenidən düşürəm, qəribədir... Bu "balaların" nə günahı var ki, "anaları" etibarsızdır... unutqandır... və əhli-kefdir...  J

23 Ağustos 2018 Perşembe

"Mətbəx yazıları" silsiləsindən

Похожее изображение
Nə vaxtdan bəri müşahidəçi olmuşam. Sanki həyat məndən kənarda gurlayır, axır, qaçır, keçir. Kənarlaşmanın səbəbini öz ruhsal durumumda görürəm, amma hələlik bu komfort müşahidəçi zonasından çıxmaq üçün bir təkana, təpiyə, dümsüklənməyə, diksinib ayılmağa ehtiyac görmürəm. Psixoloqlar bunu nevrotik vəziyyətlə izah edirlər, amma mən bunu sadəcə"yığım" adlandırıram - hadisələri, hissləri, qarşılaşdığım insanları, oxuduğum yazıları beynimin gizli bir guşəsinə "yığıram", zamanı çatanda yaddaş sandığından onları çıxarıb, yazılarıma hopduracam.
Mənim daxili və zahiri (kənar) zaman duyumum bir-birindən fərqlənir - bunu təzə kəşf etmişəm özümdə. Daxili zamanım sürətlidir, qaçaraqdır, zahirdə isə çox ləng, tələskən olmayandır, sanki bir dəqiqəmə 10 dəqiqə sığmışdır. Bəlkə də zamanların ziddiyəti ucbatından elə bir yerdə daban döyürəm  - nə irəli gedirəm, nə geri, ona görə ancaq "yığmaqla" məşğulam :)