Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
23 Ağustos 2018 Perşembe
"Mətbəx yazıları" silsiləsindən
Nə vaxtdan bəri müşahidəçi olmuşam. Sanki həyat məndən kənarda gurlayır, axır, qaçır, keçir. Kənarlaşmanın səbəbini öz ruhsal durumumda görürəm, amma hələlik bu komfort müşahidəçi zonasından çıxmaq üçün bir təkana, təpiyə, dümsüklənməyə, diksinib ayılmağa ehtiyac görmürəm. Psixoloqlar bunu nevrotik vəziyyətlə izah edirlər, amma mən bunu sadəcə"yığım" adlandırıram - hadisələri, hissləri, qarşılaşdığım insanları, oxuduğum yazıları beynimin gizli bir guşəsinə "yığıram", zamanı çatanda yaddaş sandığından onları çıxarıb, yazılarıma hopduracam.
Mənim daxili və zahiri (kənar) zaman duyumum bir-birindən fərqlənir - bunu təzə kəşf etmişəm özümdə. Daxili zamanım sürətlidir, qaçaraqdır, zahirdə isə çox ləng, tələskən olmayandır, sanki bir dəqiqəmə 10 dəqiqə sığmışdır. Bəlkə də zamanların ziddiyəti ucbatından elə bir yerdə daban döyürəm - nə irəli gedirəm, nə geri, ona görə ancaq "yığmaqla" məşğulam :)
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder