Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
21 Mart 2017 Salı
Zəki Mürən (Türkiyə). Şeirlər
Alın yazım
Allah atanın
yaşılı, ağı
qələmimi sınmışdı,
mürəkkəbimi qurumuşdu
alın yazımı yazarkən?
Yoxsa sənin adın
belə asan gəldi ona?
Bəlkə beş hərfli imiş əlifba?
bəlkə elə beş hərf bilirmiş elə, Allah ata?
Beşi də qapqara?
Yox idimi
yaşılı, ağı, masmavisi?
***
Ovcumdakı dua
Ovcumdakı dua
barmaqlarımın
arasından süzüldü,
Sənə şam düzəltdim
ürəyimin yağından.
Yenə gözlərində dəfn olundum -
məzarsız ölülər,
ölüsüz məzarlar...
Səni dəfnə yarpağında
gicitkəndə,
günəbaxan çiçəyində aradım.
Səhərə yaxın doğan
solğun Ay kimi
üşütdün içimi...
Gəl, dağların başı, gəl,
Gəl, dəli könlümün dəli yoldaşı, gəl,
Gəl, ayaqqabıların başı açılmış, gəl,
Gəl, saçların islaq gəl,
Mənim əllərimdə dua...
Sən də əllərində dua, gəl...
Hazırlamışdır: Dilsuz
Ədəbiyyat qəzeti, 04.02.2017
Xuraman Hüseynzadə. Dekabr ayı
Yeni
fəsil gəlib
Yeni ay
Və
yepyeni gün...
Təkcə
günəş köhnədir.
Bizim
evdə saat yatır
Təqvim
dünəni göstərir
Divar
kağızımız köhnə...
Günəşin
istisi keçmiş şüalarını
Silirəm
pəncərədən
Hava boz
üzünü göstərir...
Divar
kağızlarının solğun bənizinə
Baxaraq
anlayıram:
Bu dünyada
Köhnə
tarixli təqvim
Və
yatmış saat qədər
Kədərli
heç nə yoxdu...
3 Mart 2017 Cuma
Könül Arifdən bir şeir. PENCƏK
Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.
Demə,
müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı.
Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə hey
Üzüyuxarı baxırdı.
Ağlayırdı qarğalar qadına,
Qarğa dilində ağlayırdı...
Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-üzük buğdaları...
Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:
"Bu tikəni də ye, balam,
Ye ki, rahat yatasan.
Ağlayır, bax, qarğalar -
hamısı da acdı ha,
Ye! Qalmasın onlara...".
Kaydol:
Kayıtlar (Atom)