26 Aralık 2016 Pazartesi

"Mətbəx yazıları" silsiləsindən

Nə vaxtdan bəri mətbəxdə oturub  yazılarımla, noutbuk və internetlə təkbətək qalmağı sevmişəm. Yəqin bu, kiçik, yığcam məkanları sevməkdən irəli gəlir, düşünürəm. Nəhəng zalları, gepgeniş otaqları, ucu-bucağı bilinməyən dar dəhlizləri sevmədim heç  vaxt. Elə yerlərdə özümü narahat, yolunu azmış bir qarışqa kimi hiss edirəm nədənsə...

Mətbəx – adi, standart ölçülü və standart avadanlıqlı bir yerdir. Bişirilən yeməklərin, danışılan söhbətlərin, sınan qab-qacağın izləri hopub divarlara sanki. İldə bir neçə dəfə tavandan döşəməyə qədər sürtülüb təmizlənər, dezinfeksiya edilər,  hər həftə də əsaslı yuyular.

Əvvəllər mətbəxin tavanından sanki süd hopmuş şüşə plafon asılmışdı, plafonun altında gizlənən lampa mətbəxə utanırmış kimi zəif işıq saçırdı. “Bu nədi axı, bu nə işıqdı, heç nə görmürəm...” – deyinərdim bəzən, amma lampa və plafon illərlə dəyişməz şəkildə yuxarıdan sallanırdı. Onlar sallanmaqda, mən deyinməkdə zaman-zaman...

21 Kasım 2016 Pazartesi

Adsız şeirlərimdən (2)


Onun 19 yaşı vardı,
Davakardı – dünya ilə,
Təbiətiylə,
Özü-özüylə savaşdaydı,
İti dırnaqlarını bədəninə batırıb
Qadınlığını boğmaq  hissi ilə alışırdı
Ki,
Bir də heç vaxt
Arxasınca nırçildayan
“Səni dovşan yesin!” sözlü
Kəkilli erkəklərin nəfəsini belə duymasın!

Deyəsən, nəsildən gəlirdi bu inad:
Nənəsi də beləydi, anası da.
Daim savaşardılar
Görünməz nəsnələrlə...

Nə vaxtsa kimsə kimisə zorlamışdı –
Pıçıltı ilə söylənərdi bu ailə mifi.
Mif deyildi amma –
Masa arxasında boş yerlərin sayı
Artırdı
Zaman-zaman.

Hər şeyə rəğmən
Göyərçin qanadlarında qar 
Hələ də əkslənir...


2015
Sima

Adsız şeirlərimdən (1)


Acı sözləri şirin qəlibə salıb
Qulaqlarımı doldurdun,
Fikirlərini rənglərlə malalayıb
Gözümdə böyümək istədin.
Böyüdün.
Cılızların böyüməsi komik olurmuş.

Bəsdi.

Gülməkdən öləcəm.

2016
Sima

6 Ekim 2016 Perşembe

Mərhum şairdən bir şeir

Fərhad Mete

fərhad mete ile ilgili görsel sonucu

***
And versəm əgər
əsdikcə əsən yellərə
səndən xəbər gətirərmi
yağış yüklü buludlara?
dərya olmuş göz yaşını
alıb sənə yetirərmi,
bölüşdürən mələklərə
bizə verə bilmədiyin
arzuları bitirərmi
su üstündə gəmilərə
bəxş etdiyin iztirabı
dənizlərdə itirərmi
coşan-daşan dənizlərə
yosunlara ötürərmi
cüt olana, tək olana
qanadlı mələk olana
günəş ucaldan gündüzə
işığı yayılmış düzə
örtük bürüyən gecəyə
kölgə düşmüş gələcəyə?
durulan səhər vaxtına
toz qoparan atlılara
səni and verirəm, ya Rəbb
nəyə inanırsan ona
son ver artıq bu oyuna
yetər artıq, yetər, yetər...

13.03.2008

5 Ekim 2016 Çarşamba

Sadəcə payız


Ehtiyatlı
Addımlarımla
Yerə tökülmüş yarpaqları
Xışıldadıram,
Nəfəsim təng,
Ağlım dəngdir,
Fikirlərimi cəngələyib,
Cərgələyib
Hara gedirəm – unutmuşam...

Soyuq səslər,
Dərin təlaş,
Şüşələrdə damcılar,
Bikef  insanlar,
Azdıran küçələr,
Qaranlıq künclərdən sızan
Qəhvə ətrinə qarışmış
Tüstülər.

Darıxma,
Bu sadəcə payızdır.

2015


  

22 Eylül 2016 Perşembe

"Qadın yazarlar" silsiləsindən. Aytən Nəsibbəyli.

"Mən sahili olmayan dəniz,
gecəsi olmayan gündüz istəyirdim".      
                          Anamın arzusu



"Qadın yazarlar" silsiləsindən. Cahan Gülsündən 2 şeir.

***


 Nədir bu susqunluğun?
Niyə danışmırsan, ruhum?!
Mənim bitməyən yorğunluğum
Sənin bitməyən qorxun...
Elə istəyirəm ki, günəşi aparsınlar gecələrdən
Yolları yığışdırsınlar küçələrdən
Yığışdırsınlar ki, kiminsə gəlməyinə
Ümidimiz qalmasın
Ümidsiz olanda daha güclü olur insan...

3 Temmuz 2016 Pazar

Overtonun “pəncərə” nəzəriyyəsi. Məhvetmə texnologiyası.



İctimai şüur necə idarə olunur?

Siz bilirsiz ki, ictimai qurumların, ictimai şüurun darmadağın edilməsi, qeyri-mənəvi ideyaların insanlara “yedirdilməsi” üçün dağıdıcı texnologiya vardır? Və məqsədə çatmaq üçün 5 addımlıq fəaliyyət kifayətdir. Cəmi 5 addıma insanların mənəvi dəyərlərini, mənəvi daxili dayaqlarını məhv edib, əvəzində ağlasığmaz, kirli, mənəviyyatsız ideyaları təsdiq etmək, “yedirtmək” olar. Bu, p.xu gözəl, bəzəkli-saçaqlı konfet kağızına bükərək, təbəssümlə kiməsə hədiyyə etmək kimi bir şeydir.