Onun 19 yaşı vardı,
Davakardı – dünya ilə,
Təbiətiylə,
Özü-özüylə savaşdaydı,
İti dırnaqlarını bədəninə batırıb
Qadınlığını boğmaq hissi ilə alışırdı
Ki,
Bir də heç vaxt
Arxasınca nırçildayan
“Səni dovşan yesin!” sözlü
Kəkilli erkəklərin nəfəsini belə duymasın!
Deyəsən, nəsildən gəlirdi bu inad:
Nənəsi də beləydi, anası da.
Daim savaşardılar
Görünməz nəsnələrlə...
Nə vaxtsa kimsə kimisə zorlamışdı –
Pıçıltı ilə söylənərdi bu ailə mifi.
Mif deyildi amma –
Masa arxasında boş yerlərin sayı
Artırdı
Zaman-zaman.
Hər şeyə rəğmən
Göyərçin qanadlarında qar
Hələ də əkslənir...
2015
Sima
Hiç yorum yok:
Yorum Gönder