24 Kasım 2011 Perşembe

Rafiq Tağının vəfatına (esse)



Noyabr ayının 23-ü adi günlərdən biri idi mənim üçün. Səhər yuxudan gec oyanmışdım, tələsik işə hazırlaşıb qaça-qaça avtobus dayanacağına yollandım. Hava az küləkli, günəşli idi, inanmaq olmurdu ki, dünən axşam leysan yağışın altında evə qayıtmalı olmuşdum, özü də qaça-qaça. Son zamanlar nədənsə qaçaraq yaşayıram. Qaça-qaça işə, qaça-qaça evə... Beləcə, bu qaçışlarda bəzən özümü bir insan kimi deyil, hissiyatsız, duyğuları paslanmış, robotlaşmış statistik vahid - milyonlardan biri kimi qavrayıram. Hər şey mənasını itirmiş kimi görünür çox zaman.
İşdə də adi gün idi. Cari məsələlər, həmişəki kimi, qız-qıza söhbətlər, zarafatlar, incikliklər... Gün ərzində internetə girmək imkanım da olmamışdı, hərçənd başqa günlər heç olmasa 20-30 dəqiqəlik də olsa, virtual dünyaya baş vura bilirdim.
Axşam evə gələn kimi e-mail poçtuma baxdım və Rafiq Tağının vəfatı haqqında linki gördüm.
Sonra saytlara baxdım, oxudum, sarsıldım...
Rafiq Tağı ilə cəmi 1-2 dəfə “Sənət” qəzetinin o zamanlar Sahil metrosu yaxınlığındakı redaksiyasında görüşmüşdüm. Redaksiyanın balaca otağında, balaca masa arxasında balaca stəkanlardan çay içib, söhbət etmişdik. Səmimi sözləri və gülüşü, nurlu baxışları ilə məni valeh etmişdi. Danışanda, bəzi sözləri uzadırdı... Güləndə, gülüşü sanki hardasa ürəyinin başında yaranıb dodaqlarında davam edirdi...
Bayramlarda ona sms yazanda mənə sms-lə cavab verməzdi, zəng edib minnətdarlığını bildirərdi. Və nədənsə məni hansısa musiqi müəllimi ilə səhv salırdı, soruşurdu ki, musiqi məktəbində işlərin necədir? Deyirdim ki, mən musiqi məktəbində işləmirəm, duruxurdu, amma növbəti zəngində yenə də musiqi məktəbini soruşurdu.
Hansısa müsahibəsində demişdi ki, 90 yaşa qədər yaşayacağı fikrinə özünü indidən alışdırır. Və bir həkim kimi, uzunömürlü olmaq asan görünürdü ona, çünki, alimlərin fikrincə, insan orqanizmi üçün 120 illik ömür normadır, fəqət biz qeyri-sağlam həyat tərzi, qeyri-sağlam qidalanma və qeyri-sağlam fikirlərlə (emosiyalarla) ömrümüzü baltalayırıq.
Amma nə biləydi ki, arxadan tuşlanan bıçağa rast gələcək... Nə biləydi ki, həkimlərin “Yaşayacaqsan!” vədi yalan olacaq...
Getdi...
Bizim üçün sevə-sevə yazdığı kənd nağıllarını indi mələklərə danışacaq...

Sima Ənnağı

24. 11. 2011

23 Kasım 2011 Çarşamba

Rafiq Tağı vəfat etdi



Noyabr ayının 19-da bıçaqlanan yazar Rafiq Tağı, noyabrın 23-də vəfat etdi. Təəssüflər... Nə yazsam da, hansı sözlərlə bu insana ehtiramımı bildirməyə çalışsam da, sanki qeyri-səmimi olacaq... nəsə içimdə belə hiss var... Yazarın xatirəsini yad etmək üçün susaq, fikirlərimiz və hislərimizlə baş-başa qalaq...

ALLAH RƏHMƏT ELƏSİN.


P.S. Rafiq Tağı haqqında məlumatı buradan oxuyun: http://www.azadliq.org/content/transcript/24399688.html

22 Kasım 2011 Salı

Сима Эннаги. Цветы жизни

Субботние заметки




20 ноября – Всемирный день детей. Все знают, что Международный день защиты детей ежегодно отмечается 1 июня. Но у детей есть еще один праздник, идея которого заложена в 1954 году.
В 1954 году Генеральная Ассамблея ООН рекомендовала всем странам отмечать праздник – Всемирный день детей, как день мирового братства и взаимопонимания. Именно для того, чтобы обеспечить и защитить права ребенка, в 1959 году ООН приняла Декларацию прав ребенка, а в 1989 году – Конвенцию о правах ребенка.
Для того, чтобы вырастить хорошего человека и гражданина, взрослые должны обеспечить благополучие детей. Ведь в современном мире не у каждого ребенка есть крыша над головой и кусок хлеба, много сирот, беспризорников. Деяния взрослых – войны и террор, глубокие социальные проблемы в обществе - разрушают не только города и государства, но и народы в целом, и семьи в частности.
Ежегодно несколько миллионов детей умирают физически или умственно больными, не имея возможности для взросления, жизни и развития. Многие из этих смертей - следствие нищеты, невежества, дискриминации и насилия.
Есть фраза: «Дети – цветы жизни». С этим утверждением родителям трудно не согласиться. Наши дети дарят нам и заботы, и радости. Изо дня в день родители следят за развитием своих детей, радуются успехам, огорчаются неудачам. И каждая мама порой переживает неудачу своего ребенка, как свою личную.
В Индии ребенка считают званым гостем на много лет в семье, его нужно и любить, и кормить, и одевать, но никто не имеет безграничной власти над ним - никто из взрослых.
Дети – будущее общества. И это будущее зависит от того, какого человека мы растим из нынешних малышей. Человека с добрым сердцем или прагматичного хладнокровного делягу? Настоящего художника, мастера своего дела или беспринципного торгаша?
Замечено, что дети, которые получили теплоту и ласку в детстве, вырастают более уверенными в себе людьми и добиваются многого в жизни. Нет нужды в ужинах в Макдональдсе, или в дорогих навороченных игрушках. Для развития и становления детской личности более важны доверие в семье, внимание и любовь родителей. Согласитесь, формирования нравственного стержня личности будущего взрослого, который как опытный путеводитель ведет человека через тернии к звездам, более важная миссия, чем удовлетворение сиюминутных материальных потребностей.
Вспомнила анекдот. Одному ребенку загадали загадку: «Зимой и летом одним цветом…». Ребенок думал, думал, и наконец, с серьезным видом спросил:
- Будущее?
Каким будет будущее – одноцветным, «зеленым» и скучным, или разноцветным, как радуга, полным благоденствия, радости и любви, зависит от каждого из нас, живущего здесь и сейчас.

Üzüntülü xəbər



İndicə Azadliq radiosunun saytindan (http://www.azadliq.org/content/article/24396130.html?page=2#relatedInfoContainer) oxudum ki,çağdaş ədəbiyyatımızın ən səmimi yazarı, gözəlürəkli insan olan Rafiq Tağıya 2 nəfər hücum edib. Canilər yazara 6 bıçaq yarası vurub qaçıblar. Hadisə iki gün əvvəl, noyabrın 19-da baş verib.
1 saylı Bakı Klinik xəstəxanadında Rafiq Tağının cərrahiyyə əməliyyatı saat 6 radələrində başa çatıb. Əməliyyatda iştirak edən cərrahlardan biri, Abbas Abbasov Azadlıq Radiosuna bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub.
Gənc yazar Əli Əkbər qeyd edir ki,"Rafiq Tağıya vurulan bıçaq zərbələri, hər birimizin ürəyinə saplanmışdır. Rafiq Tağını susdurmaq cəhdi, hər birimizi susdurmaq cəhdidir. Bu sui-qəsdin arxasında kim dayanırsa dayansın məqsədi bizləri qorxutmaqdır – bu aydındır" (http://www.azadliq.org/content/article/24396745.html)

P.S. Ürək ağrısı ilə bu xəbərləri oxudum... Həmişə mədəniyyətin qaymaqları sayılmış sənətkarlarımızı nədən qoruya bilmirik? Səhər evdən salamat çıxan yazarlarımızın (ümumən, ziyalılarımızın) axşam evə salamat qayıdacaqlarına nədən ümid yox? Bu güvənsizliyi yaradan nədir... Öz sözü ilə yatmış beyinləri silkələyən, əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən insanlarımız kiminsə qanlı bıçağı qarşısında acizdir... Söz bıçaq qarşısında acızdır...

Xəstəxanadan çəkilmiş fotolar çox üzücü...Məncə, o fotolar saytdan yığışdırılmalıdır, çünki ictimai insanın ağır xəstə vəziyyətdəki görüntülərini geniş kütləyə göstərmək qeyri-etikdir. Hər halda, mənim fikrim belədir.

21 Kasım 2011 Pazartesi

Salamlaşma günü



Noyabr ayının 21-i Ümumdünya salamlaşma günüdür. Həmin gün 1973-ci ildən qeyd olunur. İki amerikalı-qardaş Maykl və Brayen Makkomak soyuq müharibə dövründə beynəlxalq münasibətlərdə gərginliyin artmasına etiraz kimi salamlaşma gününü təklif etdilər. O zamandan noyabr ayının 21-i Ümumdünya salamlaşma günü, yaxşı emosiya və gözəl əhval-ruhiyyə günü kimi qeyd edilir.
Həqiqətən, bir salam nədir ki, bəzən onu ürəyimizdən dilimizə gətirməyə cürət etmirik? Olur ki, hansısa qızı gizlicə sevən oğlan sevgilisinin yanindan dəfələrlə keçsə də, ağzını açıb "salam" deməyə ehtiyat edir. Bəlkə başqa dillərdəki "salam" zavallı aşiqə kömək ola )))))))
*
azərbaycanca - salam, salam-əleyküm, xoş gördük
albanca - Tungjatjeta
ingiliscə - Hello
ərəbcə (Mİsir) - Ahlan wa sahlan
belorusca - Прывитанне
benqalca - Nomoskaar
bolqarca - Zdraveite
bosnicəç serbcə, xorvatca - Zdravo
buryatca - сайн байнаа
macarca - Jo napot
havayca - Aloha
qaqauzca - Gun aydin
yunanca - Geia sou
gürcücə - gamarcoba
islandca - Godan daginn
ispanca - Buenos dias
italyanca - ciao
kalmiqca - Mendvt
qaraqalpakca - Assalomu alaikum
karelcə - Terveh
qırğızca - Salaam matszbe
latınca - Ave
latışca - Sveiki
litovca - Sveikas
moldavca - здаро, норок
almanca - Guten Tag
norveçcə - Goddag
polyakca - Dzien dobry
portuqalca - Ola
rumınca - Buna
rusca - Здравствуйте, Привет
slovakca - Dobry, Ahoj
tayca - Sawatdi
tatarca - Isenmesez, Сэлам
tibetcə - Kam sangbo dugay
türkcə - Merhaba, Selam
udmurtca - Ziech bures
özbəkcə - Salaam aleikhem
ukraincə - Прывит
fincə - Paivaa
fransızca - Bonjour, Salut
hindi - Namaste
çeçencə - Marsha voghiila
çincə - Pihao
çexcə - Dobry den, Ahoj
isveçcə - God dag
şotlandca - Guid mornin
estonca - Tervist
yaponca - Konnichi wa, Ohayo
esperanto - Saluton

12 Kasım 2011 Cumartesi

Görkəmli boksçu Məhəmməd Əliyə məxsus fikirlərdən 20-si ilə tanış olaq.




1. Xəyal qurmayan insanın qanadları olmaz.
2. Yalnız ləyaqətli cavab verə bilməyəndə, susmaq qızıldır.
3. Əgər 50 yaşlı insan həyata 20 yaşında olduğu kimi baxırsa, həyatının 30 ilini boşuna keçirib.
4. Məşqlərin hər dəqiqəsinə nifrət edirdim, amma özümə demişdim: “Getmə, indi əziyyət çək, qalan həyatını çempion kimi yaşa”.
5. Mümkün deyil sözü xırda adamların sözüdür. Belə adamlara vərdiş etdikləri həyatı yaşamaq daha asandır, nəinki nəyisə dəyişmək. Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür.
6. Yuxularını gerçəkləşdirmək üçün ən yaxşı vasitə - oyanmaqdır.
7. Xoruz ancaq işıq görəndə banlayır. Xoruzu qaranlıq hində saxlayın, o heç vaxt banlamaz. Mən işığı görmüşəm, ona görə də banlayıram!
8. İstəyirəm ki, insanlar məni sevdikləri qədər də digər insanları sevsinlər. Həyat o zaman daha yaxşı olardı.
9. Sən haqlı olanda, bunu heç kim xatırlamır. Səhv edərsənsə - unutmazlar.
10. Olimpiya oyunlarından sonra qızıl medalımla Luisvilə qayıtdım. “Yalnız ağlar üçün” yazılmış kafeyə getdim. Fikirləşirdim ki, indi bu ağların payını verərəm. Masa arxasına əyləşib nəsə sifariş vermək istədim. Olimpiya çempionuyam axı! Qızıl medalım var! Mənə dedilər: “Neqrlərə yemək vermirik”. Dedim: ”Pulum var, kasıb deyiləm”. Amma məni qovdular. Mən Oqayo çayı sahilinə gedib qızıl medalımı suya atdım.
11. Sənə mane olan qarşındakı dağlar deyil. Mane olan – çəkmələrindəki xırda bir daşdır.
12. Çayların, göllərin, bulaqların hərəsinin öz adı var. Amma hamısında su var. Dinlərdə də belədir. Fərqli adlansalar da, həqiqət hər birindədir.
13. Allah, insanın qaldıra bilməyəcəyi yükü ona vermir.
14. Kəpənək kimi uçmaq, arı kimi sancmaq.
15. Zarafat edərkən, həqiqəti söyləyirəm. Həqiqət - həyatda ən gülməli şeydir.
16. İdman zalında çempion olmurlar. İçinin dərinliyində arzu, istək varsa, çempion olurlar.
17. İnamsızlıq insanları tale zərbələrinə qarşı çıxmağa qoymur. Mən isə özümə inanıram.
18. Bilirəm hara gedirəm, mən həqiqəti bilirəm. Siz məni necə görmək istəyirsinizsə, mən elə olmayacam. Mən özümün necə olmaq istəyimdə azadam.
19. Uşaqlarınızı, onlar özlərini pis aparanda da, sevin.
20. Başqalarına nə qədər çox yardım ediriksə, özümüzə bir o qədər yardım etmiş oluruq.

Çevirdi: Sima Ənnağı
http://www.aphorism.ru/

9 Kasım 2011 Çarşamba

Emili Dikinsondan bir şeir


Еmili Dikinson (Dickinson, Emily) - (1830-1886) - Amerika şairəsidir. Sağlığında cəmi 7 şeirini çap etdirmişdir. Qapalı həyata üstünlük verdiyindən, ailə qurmamış, bacısı və qardaşının ailəsi ilə birgə yaşamışdır. Bütün ömrünü doğulduğu Amherstdə keçirmişdir. Mədəniyyət mərkəzlərindən uzaqda olduğuna görə, zəmanəsinin fəal ədəbiyyatçıları ilə tanış deyildi. Ölümündən sonra Emilinin masa siyirməsində mindən artıq şeirləri aşkar edildi. Kitabı 1955-ci ildə çap olunub.

*
Emily Dickinson

The Heart asks Pleasure -- first --
And then -- Excuse from Pain --
And then -- those little Anodyness
That deaden suffering --

And then -- to go to sleep --
And then -- if it should be
The will of its Inquisitor
The privilege to die –

*

Emili Dikinson

Öncə ürək əyləncə istər,
Sonra ağrıdan imdad diləyər.
Sonra da xırda Anodyness həblərini
Ki, iztirabları susdursun.

Sonra da – yuxuya gedər,
Varlığına inanmadığı Tanrıdan
Ölüm imtiyazı istəyər...

Çevirdi: Sima Ənnağı

Kənd görüntüləri, 2011

Hara getdimsə, yanımda olan sadə rəqəmsal fotoaparatla foto çəkməyi sevirəm. Sanki yaşadığım anı, hissi və emosiyanı tutub saxlamaq istəyirəm. Kefim pis olan zamanlarda həmin fotolara baxıb, yenidən o ana qayıdaraq, sanki ruhlanıram, bədbinliyim haralarasa müvəqqəti uçub gedir. Bəlkə də özüm-özümü aldadıram... Bilməm ki...













(Fotolar mənə, Sima Ənnağıya məxsusdur - bunu da qeyd etməyə məcburam) :)))

8 Kasım 2011 Salı

Müasir rus hərbi poeziyası

(Əfqanistan veteranlarının yaradıcılığından)


Mixail Koşkoş (1964 təvəllüdlü)
*
Əgər qayıtsam
Əgər qayıtsam...
Heç inanmıram ki, qayıda biləm,
Əgər qayıtsam...
Sevincdən ölərəm,
Əgər qayıtsam...
Allaha şükür edərəm
Əgər qayıtsam
Yad eldən doğma qapıma.
Fərəhlə
Qapını açıb
Inanaram qayıtdığıma...
Göy səmalı pəncərəyə söykənərəm,
Göz yaşlarımı kobud ovuclarımda gizlədərəm
Əgər qayıtsam...
*
Hekayət
Evə qayıdarkən, dəstəmiz tələyə düşdü.
Maşın partladı. Məni zirehdən kənara atdı
Böyük üzüm kolluğuna.
Məni görmədi düşmənlər...
Yadımdadı – üç nəfərdi –
Belibükük üç nəfər.
Boğuq səslərini eşidirdim mən.
Və gördüm ki,
Öldürdülər dostlarımı,
Düz gözlərinə baxaraq...

Tozlu günəşli tikili,
Xəstə sarı çöhrələr.
Pəncərədə pərdələr – hərbi rahatlığın rəmzi.
Yalnız bunu arzulardım: yatib hər şeyi unudum.
Bir şeyi xatırlayım – məni hələ sevən var,
Məni gözləyənlər var...
Bahram altındakı sanbat əsgər üçün bir cənnətdir.
Mənsə yuxularımda da döyüşürəm hər gecə,
Quru yemək payım hər gün boğazımda tıxanır,
Öz dəstəmi axtarıram
Hər gün yuxularımda.

İndi deyirlər ki, guya o müharibə səhv imiş.
Bizə o müharibə xədimə sik kimi lazımmış.
Belə deyən zamanlar mən
Protez ayağımı taxan tək
Boş təbəssümü üzümə yapışdırıram.

Yuri Beridze (1956 təvəllüdlü)
*
Piyada alayı
Kirli gölməçələrdən,
Bataqlıqdan,
Yaz çaylarından su içmişəm.
Dözməyərək, dözmüşəm
Ki, alt paltarım batmasın -
Dağlardan güllələr açılanda,
Avtomatlar düz üzümə tuşlananda,
Dekabr şaxtasında ayaqlarımda yaralar donanda.
Hə, çovğun, başla,
Yağış, islat məni,
Günəş – sən də yandır...
Onsuz da piyadanın günü qaradır –
Onun bəxti qandır, tərdir, yaralardır.
Nədir, xoşun gəlmir?
Pah, neçə də zərifsiz...
Əlbət, biz kimə lazım...
Ancaq sizə borcluyuq,
Borcluyuq
Və borcluyuq...
Soyuqda və istidə
Marş,
Marş,
Marş!
Alnımızda güllə izi,
Bədənimizdə deşiklər.
Torpağa yatııb,
Səngərlər qazıb,
Sizin götünüzü qorumaq üçün
Həlak olmaqdır borcumuz!
Siz nə bilirsiz
Piyadanın nələr çəkdiyini...
*
Müharibə aldadar
Müharibə
Bütün gözləntiləri
Aldadacaq.
Kimsə əclaf olacaq,
Kimsə burda heç olmayacaq,
Kimsə döyüş meydanında qalacaq,
Sülhə çatmayacaq...
Müharibə bir seçimdir:
Ya sən onu,
Ya o səni.
Sağ qalanlar da burda
Ruhunu qoyub gedər
Uduzduğunu görmədən.
Dualar səslənər
Döyüşdən əvvəl
Və sonra:
Allahım, qoy ürəyim ağrısın,
Ağrıyırsa, demək, sağam...
*
Hər şey qaydasındadır
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
Əlimin altında qara avtomat,
Arxamda – dağların keçilməz layı.
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
Bərk döyünən ürəyim də
Yəqin, gecə sakitləşər.
Düzdür, nəfəs almaq çətin,
Hava şüşə kimidir,
Düşmənlərdən xətər yoxdur -
Hamısını öldürmüşəm –
Əcəb eləmişəm.
Nəsə ürəyim dayanır
Yavaş-yavaş.
Bəlkə sanitarlar məni taparlar.
Cibimə məktubu qoydum –
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
*
Yuxular
Yaxşı yuxularım olur –
Müharibə yoxdur daha.
Tər içində oyanıram –
Patronum avtomatda ilişib qalıb...
Ay işığında
Gecə nəmliyi pambıq tək şişir.
Lənət şeytana,
Yenə müharibə
Yuxuma girir.

İqor Nekrasov (1966 təvəllüdlü)
*
Şəfqət bacısına
Geyimli insanlar sağ olanlardır.
Lütlər – soyumuş meyidlərdir.
Ağ geyimli bacılar
Cərrahiyyə əsgəridir
Sağ qalmışlarla ölənlər arasında.
Ağrilarla doludur məkan.
Lütlər o dünyaya inanmır artıq – onlar heç yerdə yoxdu...
Ruhları da sürətlə buludlara uçubdur.
Geyimi olanları
Kəsir, mişarlayırlar –
Cəhənnəmə vasil olur talelər.
Yenidəndoğulma? Yox, cərrahiyyə -
Xilas üçün cəhənnəm əzabları.
Çılpaqlar sağ qalanlara həsəd aparmır.
Sağ qalanlar ölənlərə həsəd aparır.
Xalatlı insanlar allaha həsəd aparır –
Istərlər palçıqdan yaradalar kimisə...
Bu həsəddə şəfqət bacısının günahı yoxdur.
İnsanlar vuruşur, yaralanırlar,
Ağrıdan, qəzəbdən bağırırlar...
Bağırtılar zərif çiyinlərə çökür...
Allah var olsaydı, insanları dərddən qurtarardı -
Lütlərə əbədilik lazım deyil,
Əgər insanlıq soyumuşsa...
İnsan həyatına zaman çatmayır.
Dünyanı fillər deyil,
Zərif çiyinlər saxlayır...

Çevirdi: Sima Ənnağı, 2011

7 Kasım 2011 Pazartesi

Bu mövsümün ilk qarı


Bu gün, noyabrın 7-də yuxudan oyanan kimi gözlərimi pəncərəyə dikdim – eyvanın şüşələri ağ dumana bürünmüşdü; mətbəxdə çay dəmləyən bacım, “xəbərin var, qar yağır...” – dedi. Pəncərədən xeyli baxdım... Əcəb işdir. Deyəsən, qışla payızın mübarizəsində qış müvəqqəti qələbə çalıb. Dünən gecə nağıllarda deyilən kimi, ucundan tutub, göyə çıxılmalı leysan yağışı yağdı, nə yağdı... Səhər isə ağır sulu gölməçələr əvəzinə, yerdə ağ qar və seyrək insan ləpirləri göründü.
Deyirlər, ilk qarı görəndə, gərək bir arzu tutasan və o, hökmən yerinə yetəcək. Amma bu payız qarı məni tamam bədbinləşdirdiyindən, nə arzu tutdum, nə də ilk qara sevindim. Qəribədir... Qış qarı daha xoş gəlir – ürəyim sevinclə dolur soyuq qar dənəciklərindən... Hətta nifrət etdiyim qış küləklərinin soyuqluğuna da asanlıqla dözürəm. Amma noyabr qarı tamam kefimi pozdu. Bilmirəm niyə... Bəlkə kefimi pozan qurğuşun kimi ağır səma, havanın yadlığı, küçənin özgəliyi idi?
Hardasa oxudum ki, bu yaxınlarda, səhv etmirəmsə, Türkmənistanda, yanlış hava proqnozuna görə ölkənin hidrometeorologiya xidmətinin rəhbəri işdən çıxarılıb. Bəs noyabr ayının əvvəllərində, günəşi öz qanadları altında gizlədərək, bizə vaxtsız qar yağdıran hansı mələyi “işdən çıxaraq”? :))))

Sima Ənnağı, 2011

Yaşamaqdan qorxan adam


Tanınmış İran yazıçısı Mustafa Məsturun "Azadlıq"a müsahibəsində maraqlı fikirlər var. Müsahibənin tam mətnini buradan oxuyun: http://www.azadliq.org/content/article/24383113.html
Mən isə müsahibədə diqqətimi çəkən, düşünməyə vadar edən fikirləri qeyd edirəm.
*
- Roman yazarı Mustafa Məsturun ən önəmli özəlliyi nədir?

- Yaşamaqdan qorxan adam. Həyatın mürəkkəb və gələcəyin bəlirsiz, qaranlıq olmasından qorxan bir şəxs. Var gücü ilə həyatdan anladıqlarını ən səmimi şəkildə yazmağa çalışan, eyni zamanda həyatı heç zaman anlamaq olmaz deyə düşünən birisi.
*
Yaş ötdükcə günlərimin daha yeyin keçdiyini hiss edirəm. Uşaqlıq günlərinin sanki hər günü min ilə bərabər idi, ancaq yetkinlik zamanında illərim bir göz qırpımında keçir.
*
Din və həyatın anlamlılığı mənim üçün böyük bir əhəmiyyət daşıyır. Din deyərkən yalnız islamı deyil, bu sözcüyün əsas anlamını nəzərdə tuturam. Hesab edirəm ki, dinlər dünyaya anlam bəxş etmək üçün çox çabalamışlar və din müasir insanın həyatında güclü komponentlərdəndir.
*
Mənim üçün əxlaq ədəbiyyatdan önəmlidir, ancaq bu o anlama gəlməsin ki, əsərlərimdə əxlaq dərsi keçirəm. Ədəbiyyat öyüd vermək üçün deyildir. Daha çox sevərəm ki, əxlaqın incə məqamlarını hökm vermədən dastanda anladam. Həyatın çətin durumlarını nümayiş etdirmək ədəbiyyatın bacara bildiyi bir işdir, ancaq öyüd, əxlaq dərsi ədəbiyyatın işi deyil.
*
İnandığım və anladığım tək fəlsəfə yaxşı olmaq və yaxşı eləməkdir. Belə baxanda qınanılası adamların az olduğunu görürsən. Başqalarına zorakılıq işlətmək... Təəssüflə toplumumuzda birisinin əxlaqsız davranışını zorakılıqdan daha çox qabardırlar. Mən belə bir baxışla razı deyiləm. Fahişəliklə məşğul olan biri mənə görə, şiddət tətbiq edən birindən daha təmiz və daha insandır.

6 Kasım 2011 Pazar

A.Uğur Olgar. YAĞIŞLAR DİNƏ BİLMƏZ

Türk ədəbiyyatının bir şairi - A.Uğur Olgar Qurban bayramı münasibətilə e-mail poçtuma təbrik göndərmiş və bir şeirini ərməğan etmişdir. Gəlin, YAĞIŞLAR DİNƏ BİLMƏZ şeirini birgə oxuyaq :)
Bayramınız mübarək!

*
Rubabe dedi ki
“oyan şair, bir mahnım var sənin üçün
Azərbaycanlı quşlarla birge civildeyecem
teqce azan oxunanda susacaq
günəş doğulana - batana qədər gözleyeceyim
gözyaşlarının dayanmasını
ucalmadan göy üzüne”

oyandım, soruşdum Rubabeyə:
“niyə məni üreyimden vurar daim
axı bu sənin maxnıların
ay dənəmin işığıylamı bəstələdin
o yaxıcı sözləri, məni öldürmeqmi
notaların bu zelim niyyəti”

səhər asta asta üzünü sürüyərdi günə
Baqili bir qız röyasının son pərdəsində
səssizcə xesretlenirdi uzaq bir dənizin
sehil ilə öpüştüyü qumsaldaki
ayaq izlərinə

baxdım ki o ceyranın dodağının yanında bir xal var
yavaşca öpdüm düşməsindən qorxaraq, zaman dayandı sonra
dodaqlarının sehilinde, açıx dənizində üreyinin
nə sevdalı gəmilər batdı fırtınadan,
nə eşq deqiqaları alabora oldu

Mensum dedi ki
"dinə bilmədim", bes mən dinə bildimmi
özümə soruşuram gələn hər sənsiz anımda
yağmurlar necə dinə bilməzsə
gözyaşlarım necə dinə bilməzsə
mən də dinə bilmeyecem
sənə qavuşana qeder

Mensuma soruşdum:
“Rubabe ilə niyyətiniz məni öldürmeqmi
nurdanamı görə bilmədən.”

Azərbaycanlı quşlar hələ ki
səhəri gətirərdilər gecədən qaçıraraq

oyandım, üzümdə necə bir təbəssüm, bextiyar..

5 Kasım 2011 Cumartesi

Mini-şeirlər



*
Biz sevmirdik.
Yorğun ürəklərimizlə sevişirdik.

Həyat
Cavabsız suallarla dolu,
Duyğular - qarşılıqsız.
Boşluq qalib gəlir.

Ağlama.

Gözəllərin
göz yaşına kimsə inanmaz.
*
Saçlarına günəş qonub.
Əllərində
yay ətri var.
Gözlərindəki sükutu
darmadağın etmək,
dilində gizlənmiş
sözləri
eşitmək üçün
neyləyim...
*
Səni
düşünməmək üçün
kağızları masaya töküb
yazıram.
Amma
hər sözdə
sən görünürsən...
*
Ürəyimi riqqətə gətirən
sözlər,
səslər,
hislər,
günümün hörüldüyü daha nələr...
Xoşbəxtəm, deyə bilərəm.

Zaman
gülür...
*
Neynirsiz başdaşılarında
adları, fotoları...
O dünyaya giriş üçün
ruhlara ad gərək deyil...
*
Gözlərini oxuduqca,
yadlaşırsan...
*
Adın şeirə bənzər,
xəfif külək kimi
dodaqlarıma toxunar,
hər dəfə
səni xatırlayarkən...

Sima, 2011

Какое красивое слово - "Мужчина"!

Субботние заметки (05 ноября)



В первую субботу ноября отмечается Всемирный день мужчин, который учрежден с легкой руки бывшего президента СССР М.Горбачева и поддержан ООН.
Было бы не справедливо, если бы в календаре красовался только праздник, посвященный женскому полу, ведь внимание, теплые слова хотят слышать и мужчины, вот, наверное, поэтому появился праздник, когда виновниками торжества являются представители именно сильного пола.
На сегодняшний день, ежегодно, во многих странах отмечают этот «мужественный» праздник. В 2011 году праздник выпадает на 5 ноября.
В этот день мужчин принято поздравлять, дарить им подарки, и самое главное, оказывать внимание, ведь мужчинам важно не что Вы подарите, а как! Лучшим подарком для мужчин будет теплота и ласка, проявленные со стороны их любимых женщин. Не нужно считать, что международный женский день важнее и главнее, пусть мужчина почувствует равноправие во взаимоотношениях.
Думаете, легко быть мужчиной в наше время? Он и деньги должен зарабатывать, и опорой быть, и защищать, и созидать… И чуть что, ему сразу: «Ты же мужчина! Ты должен это уметь, знать, делать, понимать…»
А если он не умеет, не знает, не понимает? То в таком случае, беднягу просто уничтожат ядовитым сарказмом, презрением и убийственной критикой.
В умах людей существует определенный стереотип, касающийся мужчин: мужчина должен быть сильным, смелым, целеустремленным, волевым, умным… А если он еще и хорош собой, и может похвалиться высоким станом и аппетитными мышцами – то это, вообще, идеал!
До последнего времени не нужно было прикладывать много усилий, чтобы быть и считаться мужчиной. Массовая культура предлагала очевидные примеры мужественности. Такой мужчина и горы свернет, и моря перейдет, но в трудную минуту вы не увидите на его глазах слезинку. Настоящие мужчины не плачут! Так утверждает стереотип. А это значит – мужчине отказано в добром и мягком сердце, в подлинных чувствах. Согласитесь, многие мужчины прячут свое чувствительное и ранимое сердце под броней наглости и грубости. Ведь надо соответствовать стереотипу!
Но современный мужчина хочет не только зарабатывать деньги на жизнь, но и жить! Настоящий мужчина - это не значить быть пошлым мачо. Настоящий мужчина – сложная личность своими слабыми и сильными сторонами характера. Так сложилось, что мужчины постоянно должны доказывать свою мужественность: они должны быть защитниками, соперничать, искать и находить свое место под солнцем. Получается, что настоящий мужчина – лидер по жизни и агрессивный тип. А если он не агрессивен, не может хвалиться списком побед над женскими сердцами? Если у него нет огромного счета в банке, крутой машины и накачанных мускулов… Значит, он не мужчина?
Думаю, нельзя людей мерить одним аршином. Каждый мужчина, независимо от социального статуса и внешнего облика, интересен как личность и достоин любви и уважения. Как бы на наше сознание не давили масс-медиа, в обществе есть люди, которые оценивают мужчин не по марке авто, а по его сердцу и поступкам.
Люди - как глина: живой материал, который в руках друг друга превращается в нечто большее. Если бы мы, женщины, попытались понять мужчину, нам бы действительно пришлось "вернуться в детство": в место, где мы были еще равны. Ведь на самом деле, мы растем вместе. Чуть -чуть - в одну сторону, чуть-чуть - в другую. Но это - "чуть-чуть" и составляет загадку наших отношений.
Так просто.
Любить, заботиться, сопереживать, расти.
С праздником!