12 Kasım 2011 Cumartesi

Görkəmli boksçu Məhəmməd Əliyə məxsus fikirlərdən 20-si ilə tanış olaq.




1. Xəyal qurmayan insanın qanadları olmaz.
2. Yalnız ləyaqətli cavab verə bilməyəndə, susmaq qızıldır.
3. Əgər 50 yaşlı insan həyata 20 yaşında olduğu kimi baxırsa, həyatının 30 ilini boşuna keçirib.
4. Məşqlərin hər dəqiqəsinə nifrət edirdim, amma özümə demişdim: “Getmə, indi əziyyət çək, qalan həyatını çempion kimi yaşa”.
5. Mümkün deyil sözü xırda adamların sözüdür. Belə adamlara vərdiş etdikləri həyatı yaşamaq daha asandır, nəinki nəyisə dəyişmək. Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür.
6. Yuxularını gerçəkləşdirmək üçün ən yaxşı vasitə - oyanmaqdır.
7. Xoruz ancaq işıq görəndə banlayır. Xoruzu qaranlıq hində saxlayın, o heç vaxt banlamaz. Mən işığı görmüşəm, ona görə də banlayıram!
8. İstəyirəm ki, insanlar məni sevdikləri qədər də digər insanları sevsinlər. Həyat o zaman daha yaxşı olardı.
9. Sən haqlı olanda, bunu heç kim xatırlamır. Səhv edərsənsə - unutmazlar.
10. Olimpiya oyunlarından sonra qızıl medalımla Luisvilə qayıtdım. “Yalnız ağlar üçün” yazılmış kafeyə getdim. Fikirləşirdim ki, indi bu ağların payını verərəm. Masa arxasına əyləşib nəsə sifariş vermək istədim. Olimpiya çempionuyam axı! Qızıl medalım var! Mənə dedilər: “Neqrlərə yemək vermirik”. Dedim: ”Pulum var, kasıb deyiləm”. Amma məni qovdular. Mən Oqayo çayı sahilinə gedib qızıl medalımı suya atdım.
11. Sənə mane olan qarşındakı dağlar deyil. Mane olan – çəkmələrindəki xırda bir daşdır.
12. Çayların, göllərin, bulaqların hərəsinin öz adı var. Amma hamısında su var. Dinlərdə də belədir. Fərqli adlansalar da, həqiqət hər birindədir.
13. Allah, insanın qaldıra bilməyəcəyi yükü ona vermir.
14. Kəpənək kimi uçmaq, arı kimi sancmaq.
15. Zarafat edərkən, həqiqəti söyləyirəm. Həqiqət - həyatda ən gülməli şeydir.
16. İdman zalında çempion olmurlar. İçinin dərinliyində arzu, istək varsa, çempion olurlar.
17. İnamsızlıq insanları tale zərbələrinə qarşı çıxmağa qoymur. Mən isə özümə inanıram.
18. Bilirəm hara gedirəm, mən həqiqəti bilirəm. Siz məni necə görmək istəyirsinizsə, mən elə olmayacam. Mən özümün necə olmaq istəyimdə azadam.
19. Uşaqlarınızı, onlar özlərini pis aparanda da, sevin.
20. Başqalarına nə qədər çox yardım ediriksə, özümüzə bir o qədər yardım etmiş oluruq.

Çevirdi: Sima Ənnağı
http://www.aphorism.ru/

Hiç yorum yok:

Yorum Gönder