7 Eylül 2018 Cuma

Avqust


Похожее изображение

Avqustu
Kəmşirin şərab kimi
Gərək qurtum-qurtum içəsən,
Içinə günəşin istisi yayılsın.
Gözlərini qıyıb,
Küncdə mırıldayan pişiyə,
ilk dəfə görürmüş kimi,
baxasan.
Avqust gecələrinin ətrini
Oxuduğun kitabların sətirlərində duyasan,
Bir azdan payız gəlir, anlayasan,
Bürünəsən avqust küləyinə,
Qaçasan üfüqə sarı –
Günbəgün uzaqlaşan
Yayın arxasınca...

Sima, 2018

Виктор Цой. Звезда по имени Солнце/Viktor Tsoy. Günəş adlanan ulduz


Картинки по запросу Звезда по имени солнце

https://www.youtube.com/watch?v=GNpy6PQJpXE


Белый снег, серый лед, 
На растрескавшейся земле.
Одеялом лоскутным на ней –
Город в дорожной петле.
А над городом плывут облака,
Закрывая небесный свет.
А над городом - желтый дым,
Городу две тысячи лет,
Прожитых под светом Звезды По имени Солнце...
И две тысячи лет - война,
Война без особых причин.
Война - дело молодых,
Лекарство против морщин.
Красная, красная кровь –
Через час уже просто земля,
Через два на ней цветы и трава,
Через три она снова жива
И согрета лучами Звезды По имени Солнце...
И мы знаем, что так было всегда,
Что Судьбою больше любим,
Кто живет по законам другим
И кому умирать молодым.
Он не помнит слово "да" и слово "нет",
Он не помнит ни чинов, ни имен.
И способен дотянуться до звезд,
Не считая, что это сон,
И упасть, опаленным Звездой По имени Солнце...  

***

Bəyaz qar, bozumtul buz,
Çatlamış torpaq üstündə
Yamaqlı yorğanla örtülmüş
Şəhərim yollarla dolu.
Şəhərin üstü buludlu,
Göy işığı görünmür,
Şəhər üzərində sarı toz,
Şəhərin iki min yaşı var  -
Günəş adlanan ulduzun nuruyla yaşanmış onlar.
Iki min ildir ki, hərbdir,
Səbəbsiz bir savaşdır.
Hərbçilik gənclər üçündür,
Qırışlara dərmandır.
Qırmızı, qıpqırmızı qan
Bir saatdan sonra yenə torpaq,
Iki saatdan sonra ot və çiçəklər,
Üç saatdan sonra torpaq canlanır
Və günəş adlanan ulduzun şüasıyla qidalanır.
Bilirik, həmişə belədir,
Fərqli qanunla yaşayanlar
Talenin sevilmlisi olur
Və gənc yaşında ölür.
“Hə” və “yox” sözünü xatırlamır,
Nə rütbə yadındadır, nə adlar.
Yuxunu gerçək bilərək
Ulduzlara can atır
Və Günəş adlanan ulduzdan yanıb yerə yuvarlanır...

Çevirdi: Sima

6 Eylül 2018 Perşembe

Şəms Eldən 3 şeir

Картинки по запросу абстракт

Biz
sözlәrdәn imtina etdik
gözlәrin sehrinә düşdük
qazandıq bir-birimizi..
Vә yenә biz
gözlәrimizi yumduq
sözlәrin arxasında gizlәndik
itirdik bir-birimizi...

Bilmәdik gün gәlәcәk
gözlәrә hәsrәt qalacaq
sözlәrә
nifrәtlә qulaq asacağıq
gәlәcәkdәn ümidsiz
keçmişdә ilişib qalacağıq.


**

Bir ürək ki..

Bir ürək ki,
içinə heç kimin
nə qəlbinə, nə ağlına
nə də həyatına sığmayan
sən sığmısan..
Bir ürək ki,
nə sənin
nə də başqa kimsənin
ürəyinə, həyatına
sığmayacaq.
Bu məndəki
daşıması günü gündən
daha çətin, daha ağır
elə dəli bir ürək ki!

**
Həyatdır da,
birdən ölüb eləsəm
bütün ağrı-acılardan
ətrafdakı yalanlardan
dünyanın ən rahat yeri
anamın diz ucundan
və qızımdan
qaçıb getsəm,

hamıdan çox sevinən
saatlar olacaq

qaçdı-tutdu oynamayacam onlarla
dayanacaqlar
nəfəs alacaqlar
yaşayacaqlar...

http://gunesvadisi.blogspot.com/

"Mətbəx yazıları" silsiləsindən

Картинки по запросу абстракт
Şkafları, rəfləri, əlyazmaları, bloknot-dəftəri səliqəyə salarkən (hə, hərdən pedant damarım tutur və hər yerdə (başım daxil olmaqla) səliqə-sahman, nizam, sıra yaratmaq coşqusu yaranır içimdə) bir əlaməti kəşf etdim.
Şeirlərimi adətən qalın cildli, xətləri yaxşı görünən bloknotlarda - qeydiyyat kitabçalarında yazıram. Və bütün bloknotları qarşıma töküb, araşdıranda kəşf etdim ki, bloknotların görünüşünə görə maddi və ruhi durumumu təyin etmək olar. Məsələn, ilk şeir bloknotlarım çox ucuzdu, bəzilərini böyük bloknotdan kəsib əl boyda etmişəm ki, yazmaq rahat olsun, nadüz kənarlar qayçı tutan əlimin nə qədər qeyri-sərraf olduğunu göstərir.
Bloknotlar arasında bahalı kitabların cildi kimi qalın, parıltılı və üstündə meyvə (qara fonda armud) olan bloknot da var. Onu bir neçə il əvvəl almışdım və xəyal edirdim ki, tezliklə onu şeirlərlə, fikirlərlə dolduracam. Amma... Bloknotu uzun müddət əlimə almadım... Mənə yad görünürdü o. Sanki  dükandakı yüzlərlə bloknotun içindən sevə-sevə seçdiyim, əzizlədiyim bloknot deyildi... Bəli, şeirləri yazdığım bloknotlar mənə əzizdir, doğmadır, onları balam kimi sevirəm, hər dəfə onları vərəqləyəndə, həmin şeiri yazan andakı halətə yenidən düşürəm, qəribədir... Bu "balaların" nə günahı var ki, "anaları" etibarsızdır... unutqandır... və əhli-kefdir...  J

Nimdaş xatirələr


Картинки по запросу воспоминания
Bir gün cürətlənib
Nimdaş xatirələrimi sıraladım,
Və yaddaşımı kiflədən  
Olmuşları
Zibilə atdım.
Özüm-özümü gəmirirdim əvvəllər
Bu olmuşlara görə,
gərək onlar   olmayaydı.
Amma oldu
Və məni incitməkdən həzz aldı.
Anladım ki,
“Yox” deməyi öyrənmək lazım.
Bəzən oyunçular
Başqasının  hisslərini
Qumara qoyurlar,
Amma unudurlar ki,
Hər oyunda tuzlar udmur...

Sima


1 Eylül 2018 Cumartesi

Neqativ mantra


Картинки по запросу neqativ мантра

Söylənməmiş sözlər
Dodaqlara çöküb qaldı,
Baxılmamış baxışlar
Hədəfsiz səpildi ətrafa.
Təlatüm ürəkdən yan keçdi,
Içindəki günəş dOğmadı.
Gülmədin,
Sevilmədin,
Əllərin təmassız qaldı.
Bir gün də belə keçdi –
Özün-özünlə savaşda.

Sima, 2018

Seçmə aforizmlər

Картинки по запросу abstrakt

Gi de Mopassan - İnsanlar kitab kimidir, hərflər eynidir, məzmun fərqli.

Ceremi Hammond - Ağıl proqramlaşdırılır. Bunu özünüz etməsəniz, kimsə əvəzinizə edəcəkdir.

Bobbi Sommer - Özü haqqında aşağı fikirdə olmaq təvazökarlıq deyil, özünüdağıtmadır.

Şarl Peqi - Eyni söz müxtəlif yazarlarda fərqli səslənir. Birisinin sözünün arxasında içi sürünür, o birisi sözü paltonun cibindən çıxarır.

Con Qrin - Azadlıq şəraitində əksər insanlar günahı seçir.

Jozef Juber - Yalnız bəyəndiyimizi oxumaqla, təhsilli sayılmaq olmaz.

Klarisi Lispektor - Elə yazıram, sanki kiminsə həyatını qurtarmaq istəyirəm, bəlkə də öz həyatımı.

Terens Makkena - Mədəniyyət - sizin əməliyyat sisteminizdir.

Federiko Fellini - Bütün incəsənət avtobioqrafikdir. Mirvari - dəniz ilbizinin  avtobioqrafiyasıdır.


Çevirdi: Sima

Yelena Roq. Mənim hər şeyim olan zamanlar...

57570655pw2
Ərimlə kafedə, ayaqüstə dayanıb, qəhvə içirdik.
Ərim gənc və yaraşıqlı idi, onu sevirdim.
Əynimdə həyatımı korlayan nimdaş palto vardı. Özümü dəyərsiz sanırdım, bu paltoya nifrət edirdim, o, məni isitmirdi,  eybəcərləşdirirdi ancaq.
Kafe ucuz kafelərdəndi, qəhvə də dadsızdı.
Xəyal edirdim ki, bir gün gözəl restoranda  yaxşı qəhvə içəcəyik, mən də dəblə geyinmiş olacam. Ərim parlayan gözlərilə mənə baxırdı, o, məni sevirdi və nədən kədərli olduğumu bilmirdi.
... O, gənc yaşında vəfat etdi. Mən isə qaldım.
Sonralar həyatımda xeyli kafelər, qəhvələr oldu, xeyli dəbli paltolar geyindim.
O isə yox idi.
Tez-tez ucuz kafedəki epizodu xatırlayıram - o zamanlar hər şeyim vardı, mənsə bundan xəbərsizdim...

Çevirdi: Sima