Ərimlə kafedə, ayaqüstə dayanıb, qəhvə içirdik.
Ərim gənc və yaraşıqlı idi, onu sevirdim.
Əynimdə həyatımı korlayan nimdaş palto vardı. Özümü dəyərsiz sanırdım, bu paltoya nifrət edirdim, o, məni isitmirdi, eybəcərləşdirirdi ancaq.
Kafe ucuz kafelərdəndi, qəhvə də dadsızdı.
Xəyal edirdim ki, bir gün gözəl restoranda yaxşı qəhvə içəcəyik, mən də dəblə geyinmiş olacam. Ərim parlayan gözlərilə mənə baxırdı, o, məni sevirdi və nədən kədərli olduğumu bilmirdi.
... O, gənc yaşında vəfat etdi. Mən isə qaldım.
Sonralar həyatımda xeyli kafelər, qəhvələr oldu, xeyli dəbli paltolar geyindim.
O isə yox idi.
Tez-tez ucuz kafedəki epizodu xatırlayıram - o zamanlar hər şeyim vardı, mənsə bundan xəbərsizdim...
Çevirdi: Sima
Hiç yorum yok:
Yorum Gönder