Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
6 Eylül 2018 Perşembe
"Mətbəx yazıları" silsiləsindən
Şkafları, rəfləri, əlyazmaları, bloknot-dəftəri səliqəyə salarkən (hə, hərdən pedant damarım tutur və hər yerdə (başım daxil olmaqla) səliqə-sahman, nizam, sıra yaratmaq coşqusu yaranır içimdə) bir əlaməti kəşf etdim.
Şeirlərimi adətən qalın cildli, xətləri yaxşı görünən bloknotlarda - qeydiyyat kitabçalarında yazıram. Və bütün bloknotları qarşıma töküb, araşdıranda kəşf etdim ki, bloknotların görünüşünə görə maddi və ruhi durumumu təyin etmək olar. Məsələn, ilk şeir bloknotlarım çox ucuzdu, bəzilərini böyük bloknotdan kəsib əl boyda etmişəm ki, yazmaq rahat olsun, nadüz kənarlar qayçı tutan əlimin nə qədər qeyri-sərraf olduğunu göstərir.
Bloknotlar arasında bahalı kitabların cildi kimi qalın, parıltılı və üstündə meyvə (qara fonda armud) olan bloknot da var. Onu bir neçə il əvvəl almışdım və xəyal edirdim ki, tezliklə onu şeirlərlə, fikirlərlə dolduracam. Amma... Bloknotu uzun müddət əlimə almadım... Mənə yad görünürdü o. Sanki dükandakı yüzlərlə bloknotun içindən sevə-sevə seçdiyim, əzizlədiyim bloknot deyildi... Bəli, şeirləri yazdığım bloknotlar mənə əzizdir, doğmadır, onları balam kimi sevirəm, hər dəfə onları vərəqləyəndə, həmin şeiri yazan andakı halətə yenidən düşürəm, qəribədir... Bu "balaların" nə günahı var ki, "anaları" etibarsızdır... unutqandır... və əhli-kefdir... J
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder