31 Mart 2012 Cumartesi

«Железная леди» Парижа

Сима Эннаги. Субботние заметки


31 марта 1889 года состоялось официальное открытие Эйфелевой башни. Конструктор Гюстав Эйфель водрузил на вершине башни французский флаг, тем самым «назначив» её символом Парижа.
Но, оказывается, многие французы были против будущего символа столицы. Французы не хотели обезобразить свой город непонятным сооружением. Ги де Мопассан назвал строящуюся башню «скелетом». Но строительство шло своими темпами. Готовая башня удивила всех - она была ажурной, загадочной и непохожей ни на одно строение того времени, потому что состояла из металла, стекла и диагональных решеток. В течение 20 лет Эйфелева башня была собственностью самого Эйфеля, и принесла ему огромные доходы. Каждый парижанин и гость города считал делом чести посмотреть на Париж с высоты птичьего полета (300 метров). А это желание стоило денег.
Через 20 лет башня перешла в собственность Парижа. Сейчас на башне работает два ресторана, несколько кафе, магазинчики, сувенирные лавки. Башня также обеспечивает вещание ряда французских каналов.
Чтобы спасти «железную леди» от разрушения, ее красят через каждые 7 лет. Башня неоднократно меняла свой цвет: была красно-коричневой, желтой, цвета охры. В последнее время ей придают оттенок бронзы.
За годы существования Эйфелева башня пережила много событий: две мировые войны, пожары, попытки самоубийства, один мошенник пытался даже продать башню на металлолом.
- Холмс, в чем сходство Эйфелевой башни с женской ногой?
- Элементарно, Ватсон! Чем выше, тем больше дух захватывает!
Действительно, подняться по 1710 ступеням на высоту 300 метров – дело хоть и увлекательное, но не простое. Сейчас современные лифты доставляют людей на смотровые площадки с подзорными трубами, а в 19-м веке смельчаки поднимались «к облакам» пешком. В ясный солнечный день с платформы открывается вид на округу до 140 км.
Башня выступала в разных ролях: она и вещательная башня, и место прыжков с парашютом романтических натур. В 1925-1934 годах она служила световой рекламой концерна Цитроэн. В разное время башня была беспроволочным телеграфом, в ней была даже обсерватория. А в 1964 году 10 альпинистов поднялись по железным конструкциям башни до самой вершины, покорив пик «железной горы».
В 2000 году стальная красавица украсилась ожерельем из 20 тысяч лампочек, что повысило интерес туристов и придало особый шарм ночному Парижу. С наступлением темноты в течение 10 минут в начале каждого часа ажурный символ Парижа блистает в лучах электрического света.
В Париже новый русский тормошит гида возле Эйфелевой башни:
- Я приезжаю сюда уже восьмой раз, а ничего не меняется!
- А что должно меняться?
- Нашли здесь, в конце концов, нефть, или не нашли?
Нашли. Только не нефть, а новый символ Парижа.

Cəlil Cavanşir. Ayrılığın il dönümü



bir şüşə ucuz şərab
bir-iki qutu siqaret
və bir az da dul qadın təbəssümü götürüb çıxaram marketdən

evin soyuq divarları qəh-qəhə çəkdikcə
ciyərlərimə çəkərəm
acı siqaret tüstüsünü
göz yaşına qarışmış şərabı
hüznlə çəkərəm başıma.
güzgüdə çuxura düşmüş gözlərimə
divarda saralmış rəsminə baxaram
illər təkcə məni dəyişdirib deyəsən,
nə yaxşı ki sən
saralmış rəsmlərdə dəyişmirsən.

səssizcə axıb keçər zaman
gecənin necə düşdüyünü
hiss eləmədən
sabahın necə açılacağını
düşünmədən
başımı ataram yastığa

Bir az göz yaşları və ümid
Beləcə bitirərəm gərgin bir günü
(əslində insan beləcə qısaldır ömrünü)

hər il beləcə qeyd edərəm
ayrılığın ildönümünü.

http://www.dayaq.org

20 Mart 2012 Salı

14 Mart 2012 Çarşamba

Цитата дня

«…Ибо люди могут закрыть глаза и не видеть величия, ужаса, красоты и заткнуть уши и не слышать людей или слов. Но они не могут не поддаться аромату. Ибо аромат — это брат дыхания. С ароматом он войдет в людей, и они не смогут от него защититься, если затотят жить. А аромат проникает в самую глубину, прямо в сердце, и там выносит категорическое суждение о симпатии и презрении, об отвращении и влечении, о любви и ненависти».

«Кто владеет запахом, тот владеет сердцами людей…»

П. Зюскинд «Парфюмер»

13 Mart 2012 Salı

Seymur Baycan. Yaradıcı şəxsin qadını necə olmalıdır?




70-ci illər. Respublika rəhbərinin köməkçisi böyük bəstəkar Qara Qarayevin evinə zəng vurur. Dəstəyi böyük bəstəkarın həyat yoldaşı qaldırır. Respublika rəhbərinin köməkçisi ərklə Qara Qarayevi telefona çağırtdırır. O, adamlarla ərklə davranmağa adət edibdir. Kimi çağırıbsa, qaça-qaça gəlib. Çünki respublika rəhbərinin köməkçisidir. Qara Qarayevin həyat yoldaşı respublika rəhbərinin köməkçisinə qısa və konkret cavab verir: "O işləyir".


Yalnız ərinin qiymətini bilən, onu anlayan, onun yaradıcılığına heyran olan, yaradıcı əsərlərə dəyər verməyi bacaran qadın belə qısa və konkret, cəsarətli cavab verə bilərdi.

Qara Qarayevin həyat yoldaşı başqa millətin nümayəndəsi idi. Necə ki, Üzeyir Hacıbəyovun, Zərdabinin həyat yoldaşı başqa millətin nümayəndələri olublar. Gəlin, bir anlıq təsəvvür edək ki, Qara Qarayevin həyat yoldaşı Azərbaycan qadınıdır. Onun vecinə deyil bəstəkar balet yazır, kino musiqisi yazır... Əgər respublika rəhbərinin köməkçisi evə zəng edirsə, deməli, üfüqdə bəxşiş görünür. O, qışqıraraq işləyən, yaradıcılıqla məşğul olan bəstəkarın üstünə qaçacaq. Onu, istəməsə belə zorla, sürüyə-sürüyə telefonun yanına gətirəcək. "Qara, ev verirlər, maşın verirlər, bağ verirlər, "putovka" verirlər, "Şöhrət" ordeni verirlər, uşağa rütbə verirlər, uşağı gömrüyə işə götürəcəklər, Respublika Sarayında yubileyini keçirəcəklər, Prezident təqaüdü verirlər", - deyəcək.

Yayda yun corab geyinən qadın

Bu əhvalatı bizim yaşlı professorlarımızdan birinin dilindən eşitmişəm. Ədəbi mühitdə olan şəxslər bu əhvalatı yaxşı bilirlər. Professorun adını çəkmirəm. Qəzet səhifəsidir. Maraqlananlar onun kim olduğunu asanlıqla müəyyən edə bilərlər. Bəli, professor gedir bir dostunun evinə. Fəsil yay. Dostunun həyat yoldaşı ermənidir. Görür ki, qadın yun corab geyinib.

Professor soruşur ki, səhhətində problem var?

Qadın cavab verir ki, səhhətində problem yoxdur. Sadəcə, "tapıçka" geyinib evdə gəzəndə, səs çıxır. İşləyən əri narahat olmasın deyə yun corab geyinib.

Əlbəttə, söhbət ondan getmir ki, arvada yun corab geyindirib evdə səssiz gəzməyə məcbur etsən və özün də masa arxasında otursan, mütləq yaxşı bir əsər yazacaqsan. Xeyr. Söhbət yay fəslində yun corab geyinib səs salmadan hərəkət etməkdən getmir, söhbət "vinimatelni" olmaqdan gedir. Bu cür jestlər insanın içindən gəlməlidir. İnsan özü başa düşməlidir ki, jest etmək lazımdır. Sən dəyər ver, anla, başa düş, şərait yarat, o masa arxasında oturub cızma-qara edən yaxşı əsər yazacaq, pis əsər yazacaq, bu, sonrakı işdir. Özü bilər. Burda bəstəkar Elmir Mirzoyevdən bir sitat gətirməli olacam: "Erməni qadının biri olanda, başqasına ehtiyac olmur".

Dəqiq ifadədir. Sağ ol, Elmir müəllim! Bizimkilərin isə gərək birinin küftə bişirmək istedadını sevəsən. Başqasının yaşıl işıqda yol keçmək bacarığını. Bir başqasının ona qədər saya bilməsini. Bir başqasının ağzının danışığını bilməsini. Bir başqasının kitab oxumasını. Bir başqasının adam kimi geyinməyi bacarmasını... Əlbəttə, yuxarıda sadaladığım minimum keyfiyyətləri özündə birləşdirmiş qadını Azərbaycanda tapmaq çətin məsələdir. İki kitab oxuyan mətbəxə nifrət etməyi vacib sayır. Mətbəxdə öz bacarığını göstərməyi vacib sayanlar isə kitabın nə olduğunu anlamırlar.

İllər öncə bir yaşlı yazıçımız mənə qadın məsələsində ehtiyatlı olmağı məsləhət gördü. Onun həyat təcrübəsinə inanıram. Çox şəhərlər görüb. Hədsiz təmasda olub. Çox gəzib. O, mənə dedi: "Azərbaycan qadını çox istedadın başını yeyib".

On iki ildir ədəbi mühitdəyəm. Bəli, tanıdığım bir çox istedadlı insanları Azərbaycan qadını gözümün qarşısında məhv etdi. Hələ əvvəl məhv olanları demirəm. Onlar haqqında əhvalatlar eşitmişəm. Həssas mövzudur. Heyf ki, adlar sadalaya bilmirəm. Azərbaycanın ən istedadlı şairini arvadı adamların arasında dəfələrlə təhqir edib. Kafedə dostlarla araq içdiyi yerdə girib içəri, söyüb, təhqir edib, başına çanta çırpıb, adamların arasında əlini cibinə salıb pulunu sayıb...

Çünki Azərbaycan qadını ərinin yaradıcılığına ironik yanaşır. O, ərinin yaradıcılığında öz qadın əllərinin izini görmək istəmir. O bilmir ki, bir az ehtiyatla davranmaq lazımdır. O bilmir ki, bir az karnaval əhval-ruhiyyəsi, karnaval ab-havası yaratmaq lazımdır. Yaradıcılığın mistikasından, istedadın kövrəkliyindən onun xəbəri yoxdur. O, istedadın qayğısına qalmağın, istedada qiymət verməyin nə olduğunu anlamır. Tam tərsinə, istedadı məhv etməyi, istedadı təhqir etməyi, istedadı öz axmaq şıltaqlığına tabe etməyi vacib əməl sayır və buna nail olduqda özünü qalib hesab edir. Azərbaycan qadınının istəkləri çox ibtidaidir. O, yaradıcılığa üzük, kürk, maşın, bağ evi, villa, "putovka" mənbəyi kimi baxır. Gözləntiləri alınmayanda, yəni yaradıcılığı kürkə, üzüyə, villaya, bağ evinə çevirə bilməyəndə onun sifəti dəyişir. İfritəyə çevrilir. Vampir kimi ərinin qanını içir. Üstəlik, özünün məzlum, istismar olunmuş, vədlərlə aldadılmış obrazını yaratmağa asanlıqla müvəffəq olur. Hamı onun halına acıyır.

Azərbaycan qadını ərinin yaradıcılığını, zehni əməyini qızıla, bağ evinə, "putovkaya" çevirə bilməyəndə, qonşu qadının ərini öz ərinə nümunə göstərir. Bəs, qonşu qadının əri kimdir? Rüşvətxor polis zabiti, işgəncə verən prokuror, xəstəyə lazımsız dərmanlarla zəngin reseptlər yazmaqla pul qazanan həkim. O kəslər ki, Ramiz Rövşənin təbirincə desəm, vicdanlarını abort etməklə öz ailəsini təmin etməyi, maşın almağı, şuba almağı, qızıl üzük almağı, "Bu şəhərdə"nin şit proqramlarına bilet əldə etməyi bacarırlar. Azərbaycan qadını istedadı, yaradıcılığı haram yollarla haram pul qazananların ayağına verməyi, nə yolla olur-olsun, ailəsini təmin edənləri istedada nümunə göstərməyi bacarır. Çünki onu ibtidai hislər idarə edir. Onun istəkləri ibtidaidir. O, üzükdən, "putovka"dan, kürkdən, maşından savayı, heç nəyi görmür. Bunları əldə etməyincə əl çəkməz. Azərbaycan qadını istedadı məmura çevirməyincə dinclik tapmaz. Qonşuda var, bizdə də olmalıdır. Vəssalam. Necə əldə olunmalıdır, hansı vasitələrlə əldə olunmalıdır, bu onu maraqlandırmır.

Ötən yay bir neçə rus yazıçısının memuarını oxudum. Bir neçə rus yazıçısının, maarifçisinin, həyatı haqda kitablar oxudum. Hər birinin yaradıcılığının arxasında qadın qayğısı, nəvazişi, dözümü gördüm. Onlar da borclu qalmayıblar. Şeir, roman, hekayə həsr ediblər. O qadınlara ki, onlar öz kişisinə qayğı göstərməyin, istedadı anlamağın, istedadı qorumağın həzzini yaşayıblar. Yaradıcılığa arxa durmağı, ağır şərtlərə dözməyi, uğurun qazanılması yolunda istedadla yanaşı addımlamağı özlərinin həyat fəlsəfəsinə çevirməyi bacarıblar. Yazılan əsərlərdə öz izlərini görüblər. Həzz alıblar. Rus qadınları bu mənada əvəzedilməzdir.

Appolon Qriqoryev adlı bir maarifçini borclular həbsxanasına salırlar. Onu həbsxanadan naməlum bir qadın azad edir. Heç kimliyi də bilinmir. Pulu ödəyir və adamı azad edirlər.

İki rus maarifçisinin söhbətini oxudum. Biri o birisinə deyir: "Rus qadınları ona görə tez qocalırlar ki, onlar fədakar olurlar". Elə bu günü götürək. Rusiyanı, rus xalqını ayaqda saxlayan rus qadınlarıdır. Uşaq doğurlar, işləyirlər, uşağı məktəbə göndərirlər... Kişidən sadəcə, bir azca adam balası kimi içmək tələb olunur. Əgər rus qadınları olmasa, Rusiya qısa müddətdə batar. Üçüncü, dördüncü, beşinci növ xalqlardan uşaq doğub adam yetişdirirlər.

Somerset Moem yazır: "Yalnız bir qadın başqa bir qadının nəyə qadir olduğunu anlaya bilər". Həm yaxşı, həm də pis mənada. Kişilərdə belə bir qabiliyyət yoxdu. Biz bir qadının niyə bir başqa qadına nifrət etdiyini anlaya bilmərik. Biz görmürük. Onlar isə görürlər. Bu, onlara təbiətin verdiyi bir istedaddır. Bu, onların təbiətidir. Bu mənada bizim qadınların, eləcə də bizə oxşar digər xalqların qadınlarının rus qadınlarına hədsiz nifrətinin, yeri gəldi-gəlmədi rus qadınlarına şər, iftira atmalarının səbəbini böyük Somerset Moemin "Yalnız bir qadın başqa bir qadının nəyə qadir olduğunu anlaya bilər",- sözlərində axtarmaq lazımdır.

Dovlatov ən məşhur əsərini arvadına ithaf etmişdi. Bizimkilərin böyük əksəriyyəti Dovlatovun kim olduğunu bilməsələr də, rus qadınının nəyə qadir olduğunu qəşəng bilirlər... Şəxsən mən Rusiyada balaca bir çiçək dəstəsinin bir qadını necə sevindirdiyinin həzzini yaşamışam. O, balaca çiçək dəstəsini elə əzizlədi ki, axırda özüm şübhələndim. Düşündüm, bəlkə çiçək əvəzinə başqa şey almışam. Bizim ölkədə çiçəyin mahiyyətini anlayan qadını tapmaq müşkül məsələdir. Bunlara gül-çiçək yox, qan lazımdır. Damardan fincana süzüb içsinlər.

Təbiətdən mətbəxə. Bunları çiçəklə, ağacla, şeirlə, təbiətlə, üfüqlə, dənizlə, meşəylə aldada bilməzsən. Bunlar öz haqq-hesablarını yaxşı bilirlər. Üstəlik, Azərbaycan qadını ərinin istedadını qısqanır. Sən şair, yazıçı adı arxasında gizlənə bilməzsən. O, səninlə bərabərhüquqlu şəxs kimi danışmaq üçün mütləq tələm-tələsik şeir, hekayə yazacaq. Müsahibə verəcək. Verilişə çıxıb həyat dərsi keçəcək. Öz mənbəsiz kədəriylə ərinin həyatını söndürəcək. Romantikəm deyib, romantikaya nifrət edəcək. Qərəz, vəziyyət ağırdır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

http://kultura.az

İLAXIR ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!



Diqqətinizə isə bəzi "axır çərşənbə" inanclarını çatdırmaq istərdim:

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
***
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
***
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
***
Axır çərşənbədə tonqal yandırarlar.
***
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
***
Axır çərşənbədə qorxanların başından su töküb qorxunu alarlar.
***
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə çimərlər.
***
Axır çərşənbədə evdən pul verməzlər.
***
Axır çərşənbədə qonşuya ələk verməzlər.
***
Axır çərşənbə günü borc un verməzlər.
***
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
***
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
***
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
***
Axır çərşənbə günü evdən ağartı verməzlər.
***
Axır çərşənbə günü zahı üstünə getməzlər.
***
Axır çərşənbə günü evdən çörək verməzlər.
***
Axır çərşənbə gecəsi tez yatmazlar.
***
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
***
Axır çərşənbə günü ertədən lampa yandırarlar

http://www.joy.az

11 Mart 2012 Pazar

11 mart - Romeo və Culyetta günüdür



Şekspirin yazdığına görə, Romeo və Culyetta 1302 ilin mart ayının 11-də nişanlanmışdılar. Nə qədərki dünyada insanları bir-birinə düşmən edən müharibələr, cəhalət, fanatizm var, bu əfsanəvi sevgililər diqqət mərkəzində olacaq, gənclərin xəyallarında yer tutacaqlar. Romeo və Culyettanın sevgisi hər dəfə bizə xatırladır ki, insan düşmənçiliyə və qəddarlığa deyil,sevgiyə, qayğıya və hörmətə önəm verməlidir.

Сима Эннаги. Мы не рабы, рабы не мы…

Субботние заметки


10 марта 1910 года в Китае было запрещено рабство.
Рабство является древнейшим правовым институтом, представляющим собой реализацию права собственности на человека. Это первая и наиболее грубая форма эксплуатации, при которой раб, наряду с орудиями производства, являлся собственностью своего хозяина-рабовладельца.
После первой мировой войны человеческому обществу становится страшно оттого, что в мире так много людей, которые зависят от своих хозяев. И в случае войны или революции они не смогут выступать ни за одну сторону, потому что в крови у них вирус безропотного подчинения своему хозяину. Люди начинают понимать, что главная ценность человеческого общества – человек, его права и свободы.
Основной причиной того, что рабство в нашем цивилизованном мире процветает, является то, что это один из самых быстрых и выгодных видов заработка. И, как это ни печально, но сегодня когда речь идет о деньгах, люди меньше всего думают о морали. И рабство принимает в современном обществе скрытые формы. Появляются и новые формы рабства: долговое, физическое, сексуальное и домашнее сексуальное, трудовое (офисное) рабство и пр.
Когда мы занимаем деньги у друзей или знакомых, это считается нормальной взаимовыручкой людей. Но есть организации, которые помощь нуждающимся превращают в источник своих доходов. В их сети попадают малоимущие семьи, пенсионеры, и все те, которые не имеют больших доходов и надеются на помощь «доброго дяденьки». Вот такой благородной дяденька – представитель сообщества, дав в долг деньги на определенный срок, вдруг является немного раньше срока и требует свои деньги. Так должник попадает в долговое рабство, когда он вынужден выполнять требования своего «хозяина». Должник превращается в раба, выполняя самую тяжелую работу за хлеб и воду, только для того, чтобы расплатиться.
В рабство физическое (принуждение слабого и беззащитного человека к безвозмездному труду) попадают физически неполноценные люди. Во многих крупных городах существует сеть нищенствующих людей, где инвалидов заставляют работать на хозяина – на того самого доброго дяденьку, который дает этим увечным и голодающим кусок хлеба. А этот кусок хлеба надо заработать своим инвалидным трудом, нищенствуя на улицах, или в общественном транспорте.
В наше время молодые девушки и женщины попадают в сексуальное рабство. Обычно этих девушек обманным путем вывозят из страны, обещают прекрасную работу гувернанткой, или сиделкой в состоятельной семье, а в результате доверчивые девушки попадают в рабство и вынуждены заниматься проституцией в притонах.
Другая форма сексуального рабства – домашнее сексуальное рабство, или насилие в семье. Многие женщины сталкиваются в своей семейной жизни с этим жестоким явлением, но сор не выносится из избы, и неведомо другим людям, какие трагедии происходят за стенами в обычных квартирах. Постоянное унижение в семье и оскорбление своего достоинства, запрет на встречу с родственниками, избиения или физические угрозы при ссорах, занятие сексом против воли человека, избиение детей, внушение чувства вины перед и детьми – все это относится к домашнему рабству. Считается, что таким образом муж воспитывает жену, учит ее уму-разуму. Но невдомек домашнему тирану, что унижая мать перед детьми, он наносит тяжелую душевную травму жене и детям.
Есть и трудовое (офисное) рабство, которое развито на Западе, и быстро распространяется во всех странах, где индустриальное общество. В чем заключается трудовое рабство? Вроде человек имеет хорошую работу, хорошую зарплату, но у него нет возможностей расти в карьере - ни вертикально, ни горизонтально. То есть, однажды вступив на Ν-позицию (должность), человек вынужден годами трудиться именно на этом месте, и нет у него никаких перспектив. Он превращается в офисный планктон.
Серьезной проблемой современного общества является другой вид трудового рабства, когда тысячи иностранных рабочих из бедных стран вынуждены трудиться за гроши, жить в бараках, терпеть унижения работодателя.
Сегодня все государства мира поддерживают борьбу против рабства. Однако количество рабов с каждым годом только увеличивается, несмотря на то, что документы о вреде рабства носят обязательный характер. Неужели человечество до того развилось, что вновь возвращается к истокам? Видимо, история на самом деле движется по спирали…

Güntay Gəncalp. Tez qərar verməyəlim



Yaşlı bir kişi 25 yaşında oğlu ilə avtobusada oturmuşdular. Başqa müsafirlərdə ətrafda oturmuşdular. Avtobus hərəkət etdi. 25 yaşlı gənc adam avtobusun şişəsini açmış sevinclə əlini havada oynadırdı. Birdən dönüb atasına dedi: Ata, bax, ağaclar hərəkət edir. Yaşlı kişi oğluna baxıb gülümsəməyə başladı. Ata-oğulun yan tərəfində, önündə və arxasında müsafirlər oturmuşdular. Yan tərəfdə oturan gənc ər-arvad 25 yaşında gənc adamın çocuqca davranışına baxıb şaşırmışdılar. Bu an 25 yaşındakı gənc adam yenə də yüksək səslə və sevinclə atasına “Ata, bax, dəniz, heyvanlar, buludlar, hamısı hərəkət edir” dedi. Gənc qarı-qoca kədərli-kədərli 25 yaşlı gənc adama baxırdılar. Yağmur yağmağa başladı. Bir neçə yağmur damlası 25 yaşlı gənc adamən əlinə toxundu. Gənc adam gözlərini qapatıb və sevinclə “Ata, bax, gör necə yağmur yağır” söylədi.

Gənc qarı-qoca dözə bilməyib yaşlı kişiyə dedilər: Nədən oğlunuzu müalicə üçün xəstəxanaya aparmırsınız?

Yaşlı kişi dedi: Xəstəxanadan gəlirik gözləri sağalmış, ilk gündür görməyə başlamış.

8 Mart 2012 Perşembe

Bütün qadınların 8 mart - Beynəlxalq qadınlar günü mübarək olsun!



8 mart bayramı (1908-ci il) Klara Setkinin adı ilə bağlıdır,o, bütün əməkçi qadınları kişilərlə bərabər hüquq əldə etmək uğrunda mübarizəyə çağırırdı. Hal-hazırda 8 mart bayramı siyasi mənasını itirmişdir, indi 8 mart - qadına diqqət bayramıdır, həm də bahar bayramıdır. Qadına diqqət və sevgi günü Qədim Romada bir ənənə idi. Nigahı olan azad doğulmuş qadınlar həmin gün həyat yoldaşlarından hədiyyələr alar, diqqət və sevgi dolu gün keçirərdilər.
Hədiyyənin böyüyü kiçiyi olmaz, deyirlər. Həqiqətən, sevdiyin bir kişinin sənin üçün seve-sevə seçib aldığı kiçik (rəmzi) hədiyyəsi əvəzsiz-qiymətsizdir...

6 Mart 2012 Salı

Rus poeziyasından tərcümə. Bella Ahmadulina. "Mənə vaxtını ayırma"

Бэлла Ахмадулина. "Не уделяй мне много времени..."


Не уделяй мне много времени,
Вопросов мне не задавай.
Глазами добрыми и верными
Руки моей не задевай.

Не проходи весной по лужицам,
По следу следа моего.
Я знаю – снова не получится
Из этой встречи ничего.

Ты думаешь, что я из гордости
Хожу, с тобою не дружу?
Я не из гордости – из горести
Так прямо голову держу.
*

“Mənə vaxtını ayırma...”

Mənə vaxtını ayırma,
Vermə sən suallarını.
Mehriban, şirin gözlərlə
Oxşama sən qollarımı.

Yazda gölməçələrdən keçmə,
Izbəiz izləmə məni.
Bilirəm, heç lazım deyil
Səndən nəsə gözləməyi.

Elə bilirsən, qürurumdan
Səndən kənar mən gəzirəm?
Qürur deyil – mən dərdimdən
Başımı dik gəzdirirəm.

Çevirdi: Sima, 2012

Günün şüarı

Sezen Aksu: “Həyata dözmək üçün ümidli olmalısan”

İngiltərə rəssamı Nicholas Hely Hutchinson (1955)

Bu rəssamın əsərlərindəki günəş, bahar ətri, gözəllik, təravət, hava ilə dolu məkan, gözoxşayan sakit rənglər insanın ruhunu dincəldir...






http://art.mirtesen.ru

YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!


Yel (külək) Tanrının gözlə görünməyən, lakin duyulan nəfəsidir

5 Mart 2012 Pazartesi

Rus poeziyasından tərcümə. Bella Ahmadulina. “Elə bilirdim, düşmənimsən...”

Бэлла Ахмадулина


«Я думала, что ты мой враг...»
Я думала, что ты мой враг,
что ты беда моя тяжёлая,
а вышло так: ты просто враль,
и вся игра твоя – дешёвая.

На площади Манежная
бросал монету в снег.
Загадывал монетой,
люблю я или нет.

И шарфом ноги мне обматывал
там, в Александровском саду,
и руки грел, а всё обманывал,
всё думал, что и я солгу.

Кружилось надо мной враньё,
похожее на вороньё.

Но вот в последний раз прощаешься.
В глазах ни сине, ни черно.
О, проживёшь, не опечалишься,
а мне и вовсе ничего.

Но как же всё напрасно,
но как же всё нелепо!
Тебе идти направо.
Мне идти налево.

*
Bella Ahmadulina
“Elə bilirdim, düşmənimsən...”
Elə bilirdim, düşmənimsən,
sən mənim ağır dərdimsən,
sonra gördüm – yalançısan,
sən – ucuz bir oyunçusan.

Manej meydanında sən
Qara qəpik atırdın.
Sən falıma baxırdın -
Sevirəm, ya sevmirəm.

Şərflə dizlərimi sən örtərdin,
orda, Aleksandrov bağında,
əllərimi isidərdin, yenə yalanlar deyərdin,
gözləyərdin mənim yalanlarımı.

Başımın üstündə uçur yalanlar
qarğalar kimi.

Bax, son vidadır artıq.
Gözlərində nə göy var, nə qaranlıq.
Oh, həyat davam edir, kədərsiz,
mənimsə heç vecimə deyil.

Nədən hər şey əbəsdi,
Nədən hər şey mənasız!
Sən sağa getməlisən.
Mən sola getməliyəm.

Çevirdi: Sima, 2012

3 Mart 2012 Cumartesi

Властелины слова

Сима Эннаги. Субботние заметки

3 марта - Всемирный день писателя, который отмечается по решению 48-го конгресса Международного Пен-клуба, состоявшегося 12-18 января 1986 г.
Кто такой писатель? Это тот, кто не просто пишет тексты, а творит. Воздействует на умы и души. А как же становятся писателями? По-разному. Кто-то пишет в юном возрасте и не утрачивает свой творческий пыл долгие годы; кто-то становится писателем в зрелые годы, пройдя огонь, и воду, и медные трубы на дорогах жизни. Писатели пишут, многократно переписывают свои тексты, добиваясь ювелирной точности слова и смысла, мучаются, страдают. Они добиваются успеха и разочаровываются в жизни. Написать текст (книгу) – не просто. Надо пропустить все прожитое, или задуманное через сердце, через душу, через невероятное напряжение ума. Гоголь отмечал: «Если мысли писателя не обращены на важные предметы, то в нем будет одна пустота. Надобно любовью согреть сердца; творить без любви нельзя».
Раньше писательство считалось сугубо мужским делом. Именно поэтому женщины-писательницы скрывались под мужскими псевдонимами. Так появились Жорж Санд (Аврора Дюпен, Франция), Джордж Эллиот ( Мери Энн Эванс, Англия), Каррер Белл (Шарлотта Бронте, Англия), Ал.Алтаев (Маргарита Ямщикова, русско-советская писательница), Марко Вовчок (Мария Вилинская, Украина).
К внешности писателей нет и не было конкретных требований – писатель мог быть одет по последней парижской моде, а может выглядеть, как оборванец; пахнуть одеколоном или вчерашним перегаром; быть высоконравственным человеком или вести разгульный, асоциальный образ жизни. Личность писателя и его творчество всегда находились в конфронтации. Раньше требовалось, чтобы писатель в совершенстве владел литературным языком, умел передавать в своих текстах мысли, чувства и настроения, а самое главное – писатель должен был знать, что такое текст и как он выглядит. Но в конце ХХ века в литературе настала пора экспериментов – игр со словами и текстами. Стало возможным все – высокий литературный слог сменился молодежным сленгом, вечные темы и высокие чувства опошлились, текст произведения стал похож на абракадабру из сложных заумных метафор…
Сейчас очень многие считают себя писателем - и графоманы, и авторы методических пособий, поучающих нас как выйти замуж за 2 месяца, стать миллионером за 10 дней, как помолодеть, исцелиться, устранить соперницу, заарканить мужика, стать счастливым… и все это в очень короткие сроки.
Владимир Жуков, автор книги «Как стать писателем за 60 минут» говорит, что «грань между профи и со всеми остальными размыта. Стать писателем сегодня может быть каждый, так как из-за девальвации некогда высокого слова писатель стал считаться просто литератором», то есть человеком, который пишет. А что он пишет и как, это волнует уже немногих.
Творческий человек – особенный человек, порой человек со странностями. Чтобы увеличить творческий пыл и настрой, многие писатели прибегали к особым ритуалам, которые, скорее всего, были определены опытным путем. Так, например, Чарльз Диккенс спал головой на север, и когда писал, садился лицом к северу; у лорда Байрона было четыре гуся, которые везде следовали за ним; Бальзак запирался в комнате, закрывал все ставни, писал при свечах по 18 часов в сутки и пил по 50 чашек кофе без молока и сахара; Жюль Верн выписывал интересные научные факты на специальные карточки (у него за долгие годы накопилось более 20 тысяч таких карточек); Эрнст Хемингуэй писал только по утрам по 500 слов в день (свою странность он объяснял так: «Я пишу одну страницу шедевра и 900 страниц дерьма. И дерьмо я пытаюсь поместить в корзину для бумаг»).
Да, трудно быть писателем в наше время. Гонораров нет, или они ничтожно малы, тиражи – микро-, а требования издателей и читателей – макроскопические. «Хлеба и зрелищ (то бишь, «развлекухи»)!» требует нынешний читатель, ставший уже виртуальным в силу распространения электронных книг. И на арену выходят писатели, которые дурманят головы читателей аргентинскими страстями, ангелами, другими магическими существами, альтернативной историей, которая и не история вовсе, а самая оголтелая фантазия автора, вскормленная каким-то далеким историческим событием.
Но есть еще фанатики своего дела – это те писатели, которые, не обращая внимания на веяния моды и читательского вкуса, пишут свое, сокровенное, идущее из самых глубин любящего сердца. И именно для таких писателей реальный мир – это настоящая сказка, полная волшебства и тайны, с которой надо познакомить каждого из нас. Во всяком случае, писатели к этому стремятся. И не важно, пишут они простой ручкой на бумаге, или стучат на клавиатуре . Важно другое – чудесная встреча с новыми мирами, которые скрыты от нас, читателей, но открыты писателю. Как отметил А.Чехов, настоящий писатель – это то же, что и древний пророк: он видит яснее, чем обычные люди.

2 Mart 2012 Cuma

Günün şüarı

Bizə söz deyəndə əvvəl sözə baxırıq - kəlammı deyə, deyənə baxırıq - adammı deyə.

Отдать, чтобы получить



– Это моё!
– Не твоё!
– Моё!!!
…Исчезло.
– Почему?
– Потому что ты хотела получить это…
– Ну и что?
– Ты не имеешь на это права.
– Но я ХОЧУ! Почему я не могу иметь то, что хочу?!
– Ты хочешь иметь, владеть… С ЛЮДЬМИ так нельзя… Поэтому они от тебя уходят.
– Что я могу им дать, если у меня ничего нет?
– Если у тебя есть сердце – тебе всегда есть, что отдавать…

http://ilady.info/otdat-chtobyi-poluchit/