27 Şubat 2012 Pazartesi

Sayman Aruz yazır: Yazıçı haqqında bir neçə söz



Hər bir yazıçı eyni halda yaşadığı bu dünyada bir vətəndaşdır. O da həmin dövr, siyasi, mədəni və ictimai coğrafiyada yaşayır. O da başqaları kimi həyatda qəm, kədər, şadlıq hisslərinə malikdir, yoxsulluq, sərvə, müharibə, azadlıq və azadlığın olmaması ilə rastlaşır. Onun yazıları həmin xarici aləmin təsirinin məhsuludur. Lakin ətraf aləmin bu təsiri hər bir yazıda fərqlidir. Yazıçının vəzifəsi bu təsir formalarını yazısında əks etdirməkdən ibarət deyildir.
O, qabaqcada təyin olunmuş şəkildə və xüsusi düşüncəsi əsasında xarici aləmi araşdırmağa və bu əsasda hər hansı mövqeni tutmağa borclu deyildir. Həqiqətdə müstəqil və heç bir konkret dairəyə bağlılığı olmayan yazıçı konkret bir ideologiya və ya baxış əsasında yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilməz. Oxucusu da onun belə bir mövqeyə malik olmasını qəbul etməz.
Yazıçının yaradıcılığı düşüncə və bəyan azadlığını özündə əks etdirir. Oxucu qabaqcadan təyin olunmuş şəkildə labirint içində hərəkət edərək pendir axtaran siçan kimi deyil, yazıçının yaratdığı dünyada gərək azad şəkildə irəli gedərək düşünmək imkanına malik olmalıdır. Məzmunu yazıçının düşüncə məhsulu və ətraf aləm olan yazının daxilində azad hərəkət oxucuya düşüncə dairəsini genişləndirmək imkanını verir. Oxucu mətnin sonsuz oyununda, dəlillərin hərəkəti arasında, əlamətlərin təhlilində, mənaların axtarışında, təsvirlərdən həzz alaraq, baş verən hadisələrdən təəccüblənərək... sakitliklə özü-özü ilə düşünsün. Düşüncə fikirlərini yenidən nəzərdən keçirtsin, özündə azadlıq düşüncəsi və düşüncə azadlığını yaratsın və bu vaxta qədər düşünmədiyi məsələlər barədə düşünsün.
Ədəbiyyat həm kədər və həm şadlıq ola bilər. Həm baxışların genişlənməsinə səbəb ola bilər həm də bu lənətlənmiş və alçaq dünyadan ayrılaraq düşüncə rahatlığı anı ola bilər. Bu xüsusiyyətlərin nəticəsidir ki, ədəbiyyat onun əhli olan hər bir kəs üçün həyatının hər bir anında istinadgaha çevrilir. Qəm və ümidsizliyin kulminasiyasında yazmaq və oxumaq düşüncə rahatlığı üçün münasib yol hesab olunur. Ədəbiyyat həmişə düşüncə mənbəsini axtarışında olub həm də cəhalət üçün mübarizə aparmaq üçün münasib yol da hesab olunur. Araşdırma və şərh mövzusu olan hər bir məsələnin araşdırılması və şərhini həyata keçirir ki, dövrün tələbinə uyğun bir mövqe hesab olunur. Ədəbiyyat həmçinin öz metod və vasitələri ilə çatışmamazlıqları ortaya qoyur və onların həlli yolunu da göstərir. Dövrün məsələləri barədə elə bir şəkildə bəhs edir ki, tarix bu cür bəhs etmə qabliyyətinə malik deyildir; digər tərəfdən oxucuda oxuya və düşünmə prosesində əsəb sisteminə təsir edən müəyyən bir həzz gətirir. Mümkündür ki, sadaladıqlarımızın heç biri ədəbiyyatın vəzifəsi hesab olunmasın və daim yeniləşmədən və müəyyən vəzifəyə malik olmaqdan ibarət olsun ki, qalanı özü gələcək.

dayaq.org

Günün şüarı

GÖY QURŞAĞINI QARA RƏNGLƏ ÇƏKMƏYƏ ÇALIŞMAYIN

26 Şubat 2012 Pazar

Dünyanın ən yaxşı kitab dükanları.

Elə bilirsiz, internetin inkişafı ilə kağız kitablara maraq azalıb? Gəlin, dünya kitab mağazalarına baxaq. Kitab "mağaralarına" bənzəyən bu dükanlarda gəzib, kitabların ətrini ciyərlərə çəkmək, bir xəlvət guşəyə çəkilib sevimli müəllifin kitabını sevə-sevə vərəqləmək, həmin kitabı alıb bağrına basaraq, axşamlar öz evində onu oxumaq necə də ləzzətlidir...

Sürihdə, dominikan kilsəsində yerləşmiş kitab dükanı

Slovakiyada kitabsevərlərin dükanı

Çində kitab məkanı

Meksikada kitab dünyası

Fransada kitabxana

Kaiforniyada açıq havada kitab dükanı

Yaponiyada kitablar


http://www.kultura.az

Sevinc el Sevər (Pərvanə). XOCALIDAN SONRA



Xocalıdan sonra
Gecələr gecə olmadı
Qaranlıq zindan oldu
Xocalıdan sonra
Çox qar yağdı
Heç birində əylənə bilmədik ürəyimizcə
Yağan hər qar yağışı
Xocalını xatırlatdı
Orda öldürülən uşaqların qanıyla qarışıb
Göylərə qayıdan qardı
Təzədən başımıza yağırdı inan ki...

Körpə balam
Təkcə qocaları
Uşaqları
Qadınları
Kişiləri öldürmədilər
Insanlığa inamımızı öldürdülər
Sabaha,
Hər şeyin yaxşı olacağına inamımızı güllələdilər...
Özümüzə inamımızı vurdular
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Xocalını göstərirlər

Xocalıdan sonra
Xəbər gəldi ki
Mingəçevir SES-ni partladacaqlar
Su basacaq kəndimizi
“görəsən, tez xəbər tutarıqmı
Qaçıra bilərikmi arvad-uşağı ölümün pəncəsindən?!”
Eşitmişdim atam əmimlə dərdləşəndə
Qorxudan ürəyimi yeyirdim
Gizlicə hamama keçib
Balaca vannada üzməyi öyrənirdim
Hələ də öyrənə bilməmişəm...

Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Yenə Xocalını göstərirlər

Xocalıdan sonra
Dayımı gördüm televizorda
Həyatında ilk və son dəfə televizora düşmüşdü
Sevincini kəndə telefon açıb anama uçurtmuşdu:
“bacı, baxarsız ha, məni televizora çəkiblər
Şəhidlər Xiyabanında”
Uşaq ağlımla sevinmişdim
Özümü indi də bağışlamıram

Sən baxma televizora
Körpə bala
Sən oyuncağınla oyna
Inamla böyü
Televizorda gördüklərin səni qorxutmasın
Xocalıda insanlar insanları öldürmədi ki...
Heç adam da adamı öldürərmi?!
Sənin kimi mənə də
Öyrədilən ilk kəlmədi “cızza!”
Yəni, “əlin yanar, toxunma!”
Ürəyim od tutub yanır, balaca
Sən baxma televizora
Üzünü o yana çevir
Cızza!!!

http://www.dayaq.org

Xəritələrdə qalan Xocalı

Azərbaycanda bir şəhər vardı - Xocalı... 20 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ-dən qalmış 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edib. Bu əməliyyatlar zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.
Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.

Artıq uzun illərdir ki, qaranquşlar yuva qurmağa bir dam tapmır Xocalıda. İndi Xocalı - yalnız xatirələrdə və xəritələrdə qalan bir şəhərdir...

21 Şubat 2012 Salı

21 Fevral - Beynəlxalq Ana Dili günüdür

Gözəl, şirin ana dilimizə ehtiramla yanaşaq, onu sevək, qoruyaq, zənginləşdirək və hər kəlməsindən zövq ala-ala danışaq!


*
Dil haqqında kəlamlar:
- Xalqın ən böyük sərvəti - onun dilidir (M.Şoloxov)
- Dil yaxşı ya pis olmur. Dil sənin özünü əks etdirən güzgüdür (S.Dovlatov)
- Dil - fikrin donudur (S.Conson)
- Dil - xalq fikirlərinin güzgüsüdür; hər millətin əqli quruluşu onun dilindədir (H.Sehador)
- Dil şairin aləti deyil, yəqin, şair dilin alətidir (İ.Brodski)
- Dilin zənginliyi fikirlərin zənginliyidir (N.Karamzin)

*
Məni xoşbəxt eyləyən
öz sevimli dilimdir!

http://www.youtube.com/watch?v=4FVS20dYTjY (Gülağa Məmmədovun ifasında "Şirin dil" mahnısını buradan dinləyin)

SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

18 Şubat 2012 Cumartesi

Mafiozilərin məsləhətlərindən))))



*
Dünya səbirli olanlara məxsusdur
*
Vəd verməkdən asan heç nə yoxdur
*
Yalan danışanda, qısa de
*
Çayın dərinliyini iki ayağınla ölçmə
*
İlanı yuvasından yad əllərlə çıxart
*
Kal almaya dəymə - yetişəndə, özü düşəcək
*
Problem sənə toxunmursa, sən də ona toxunma
*
Müdrikliyini gizlədə bilməyən - axmaqdır
*
Balığı açıq ağzı öldürür
*
Qartal milçək ovlamır

http://www.libo.ru/libo6813.html

Günün şüarı

İNTERNET SƏNƏ BÜTÖV DÜNYANI VERİR, AMMA OTAQDA QAPADIR

Yeməli şəkillər

Avstraliyalı fotoqraf Karl Uorner Londonda yaşayıb-yaradır və bütün dünyada tanınır. Bilirsiz o nə edir? Ərzaqlardan peyzajlar yaradır. Görün, bu şəkillərin hansı meyvə-tərəvəzdən, qida məhsulundan "hazırlandığını" təyin edə bilərsinizmi?








http://lady.tochka.net

Rəbiqə Nazimqızı. "Sənə qədər" kitabından seçmə şeirlər



*
Sevgi birdən gəlir,
Yavaşca gedir bulud kimi.
Sənin eşqin də eləcə hopdu havaya, suya, torpağa,
Sonunda heç nə,heç nə qalmadı xatırlamağa...
*
Bütün sevgilər alınıb-satılır.
Ən ucuzlarını pula alırlar.
Məni neçə fikrə, neçə sözə, neçə baxışa aldın?
*
Pulumuzu vermədilər...
Dostum zəng vurmadı...
Sən sevindirmədin...
O qəzəbləndirmədi -
Bilmirəm niyə...
Amma sinoptiklər söz veriblər -
Havalar mütləq dəyişəcək...
*
Sənə məktub yazıram
Yadıma düşdüyünə sevinəsən deyə.
Hə, sevirəm səni.
Amma elə də sevinmə.
Gecəyarısı yuxum gəlmirsə,
darıxıramsa,
üstəlik,
yanımda qəşəng bir şəklin varsa,
səni sevməkdən,
sənə yazmaqdan asan nə var?
*
Nə qədər ki, yastığının altında
Telefon gizlədən kişilər var,
Qadınlar xoşbəxt olmayacaqlar...
*
Sinəmdə söz qalmayıb -
Adamlar gedəndə
sözləri də özləriylə apardılar...
*
Səni güclü bilirdim -
sevgidən, nifrətdən, qisasdan.
Nə yazıq,
bu gün anladım -
Sən də mənim qədər insansan...

2008

Чудо любви

Сима Эннаги. Субботние заметки


18 февраля в истории произошло много событий: Фредерик Содди предложил термин «изотоп» (1913), американский астроном Клайд Томбо открыл девятую планету Солнечной системы – Плутон (1930), в пустыне Сахаре выпал снег (1979) и пр.

Но оставим далекие исторические события, и в эту зимнюю субботу с надоевшим холодом и снегом поговорим о чем-то душевном, прекрасном и чудесном, например, о любви. Правда, слово «любовь» современный человек настолько опошлил, что оно вызывает у некоторых людей недоверие, ироническую улыбку или даже скрытую агрессию. Многие помнят свои любовные неудачи, разочарования и слезы. И чтобы забыть душевные раны, человек не допускает в свое сердце чувство любви и утверждает, что любви нет, а есть банальная химия между полами, которая временно сводит с ума влюбленных. Но в душе каждый из нас надеется на это светлое чувство, потому что любовь – это настоящее чудо. А любить и быть любимым – чудо вдвойне, если можно так выразиться)))).
Известно, что любви все возрасты покорны. Тем не менее, с возрастом человек боится влюбиться, он не хочет еще раз испытывать душевную боль. Потому, что влюбившись, человек попадает в эмоциональную зависимость от другого. Ты хочешь видеть любимого каждый день, говорить с ним, смотреть в глаза, слышать его голос, держать за руку, целовать и знать что, этот человек – только твой!
Современный мир с его научными открытиями, ошеломляющим ритмом жизни не может не накладывать свой отпечаток и на чувства людей и их взаимоотношения. Большая любовь, например, героев романов ХIХ в. может вызвать сейчас у многих лишь зависть и ностальгию. Такая романтическая любовь в наше время большая редкость, и все реже люди испытывают такие эмоции. Общаясь по интернету, молодое поколение быстро и легко заводит знакомства в виртуальном мире, и чувство любви становиться более приземленным, обыденным. Не получиться с этой, найду другую, так думает молодой человек и продолжает играть в любовь.
Невероятная история любви произошла в Китае и тронула весь мир. Когда-то давным-давно, 19-летний Лю влюбился в 29-летнюю вдову по имени Сюй. Друзья и родственники осуждали отношения пары из-за разницы в возрасте и того факта, что у Сюй уже были дети.
В то время было недопустимо и аморально для молодого человека любить женщину, которая намного старше. Чтобы избежать сплетен и презрения своего круга, пара решила сбежать, и стала жить в пещере. В начале, жизнь была тяжелой, им приходилось есть траву и корни, которые они находили в горах.
На втором году жизни в горах, Лю начал вручную рубить ступени для того, чтобы его жена могла легко спускаться с горы. И целых 50 лет он вырубал ступени в горах.
В 2001 году группа искателей приключений с удивлением обнаружила в горах пожилую пару и 6000 ступеней, вырубленных вручную.
Один из семи детей влюбленной пары Лю Мин Шэн сказал: "Мои родители очень сильно любили друг друга. Они жили в уединении более 50 лет, и всегда были вместе. Мой отец вырубил в скале более 6000 ступеней для удобства мамы, хотя она и не спускается с горы часто».
Пара жила в любви и мире более 50 лет, пока не умер Лю, которому было уже 72 года. "Ты обещал мне, что будешь заботиться обо мне. Ты говорил, что всегда будешь со мной до самой моей смерти. Но ты умер раньше меня – как же я буду жить без тебя?” - 82-летняя Сюй тихо повторяла эту фразу, оплакивая своего мужа, и слезы катились по ее щекам.
Местные власти решили сохранить лестницу любви и место, где жила пара, как музей, чтобы эта история любви жила вечно.
Если ваша жизнь – книга, то любовь – ее лучшие страницы…

"Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi"

Əli Şərifi kino sahəsində çalışan cənublu soydaşımızdır.

- Mən bacardıqca siyasi suallardan qaçıram. Millətçi olsam da, sənətlə bağlı söhbətlərə siyasəti qarışdırmıram. Oxucularınıza özümü tanıtmaq məqsədilə bildirim ki, 1980-ci ildə Təbrizdə anadan olmuşam. Orta məktəbdə fotoqraf təhsili almışam. Bununla yanaşı, İran Gənc Kinematoqrafçılar Mərkəzi adlı böyük bir kollec var, ora da gedirdim. Bu kollec böyük bir təhsil müəssisəsidir. Orta məktəbdə oxumaqla bərabər bu kollecdə kino dərsləri alırdım. Burada bizə ssenari, rejissorluq və montaj etməyi öyrədirdilər. Mən xoşbəxtəm ki, İranın ən məşhur kinorejissorları olan Məcid Məcidi, Həsən Həsəndust, Davud Davudi kimi ustadların tələbəsi olmuşam. İranda çoxlu tanınmış azərbaycanlı kinorejissor var. Məcid Məcidi azərbaycalı deyil, talışdır. İranda belədir ki, rejissor olmaq istəyənlər özləri ustadları axtarıb tapar, sənətə mükəmməl yiyələnədək onun yanından əl çəkməzlər. 1996-cı ildə kolleci başa vurandan sonra müəyyən vaxta qədər müxtəlif işlərdə çalışdım. Əvvəlcə operator köməkçisi, sonra rejissor assistenti kimi çalışaraq biliyimi və təcrübəmi artırdım. İran Gənc Kinematoqrafçılar Mərkəzində həm də gənclərə dərs keçməklə yanaşı onlara qısametrajlı filmlər çəkməyə imkan yaradırlar. İmkan yaradılır deyəndə ki, film çəkmək arzusunda olan gənclər kamera və digər texniki avadanlıqla təmin edilir. Film çəkilərkən, əsas vəsait tələb edən amil texniki təchizat məsələsidir. Digər tərəfdən qısametrajlı lentlər həvəskar film olduğu üçün elə də bir xərc tələb etmir. Sadəcə, bu filmlə gənc rejissor necə yetişdiyini, kino sənətini necə öyrəndiyini göstərir. Əgər sənin ilk işin uğurlu alınarsa, prodüserlərin qapısı üzünə açılır, dövlət sənə yardım etməyə başlayır. 2000-ci ilədək mən heç bir film çəkməsəm də, kamera ilə işləməyi, montajı mükəmməl öyrəndim. 2001-ci ildə mən "Torənc" adlı 8,5 dəqiqəlik ilk filmimi çəkdim. "Torənc" xalça naxışı deməkdir. 2002-ci ildə bu film Beynəlxalq Tehran Film Festivalında iştirak etmək hüququ qazandı. Bundan sonra 4 qısametrajlı film çəkdim, 20-dək tammetrajlı filmi montaj etmişəm.
2002-ci ildən 2006-cı ildək Təbrizdə fəaliyyət göstərən Azərbaycan Film Dərnəyinin montaj komitəsinin sədri seçilmişəm. İranda bütün şəhərlərdə kino evləri fəaliyyət göstərir. Təbrizdəki azərbaycanlı kinematoqrafçılar adını çəkdiyim dərnəkdə cəmləşiblər. Bu dərnəyin idarə heyətini, həmçinin şöbələrin rəhbərlərini seçki yolu ilə seçirlər. Təxminən Azərbaycan Kinematoqrafçılar İttifaqı kimi bir təşkilatdır. Fərq yalnız ondadır ki, İranda bütün şəhərlərdə bir neçə belə təşkilatlar fəaliyyət göstərir. 2010-cu ildən Beynəlxalq "Rəhmət" Kinofestivalının xarici əlaqələr komitəsinin rəhbəriyəm.
- Son 10 ildə İranda sanki bir kino təlatümü yaşanır. İran filmləri Kann kimi mötəbər müsabiqənin qalibi olur və yaxud Oskar kimi prestijli mükafata namizəd olur. Şəriət qaydaları ilə idlarə edilən və bir çox qadağaların, məhdudiyyətlərin mövcud olduğu bir ölkə bunu necə bacarır?
- Əslində İranda kino hərəkatı İslam inqilabından çox-çox əvvəl başlanılıb. İran kinosunun 100 ildən çox yaşı olsa da, dirçəliş 1969-cu ildə başladı. O dövrün kinolarından siz ola bilsin ki, Ququşun çəkildiyi filmləri nəzərdə tutacaqsınız. Amma bu belə deyil, ümumiyyətlə bu tip filmləri mən kino sənətinə aid etmirəm. 1969-cu ildə rejissor Daryuş Mehrcuinin "İnək" filmi Moskva kinofestivalında 1-ci yerə layiq görülmüşdü. Bundan bir müddət əvvəl isə İranın Mədəniyyət Nazirliyi kino sənayesinin inkişafı üçün bir sıra islahatlara start vermişdi. Kino evləri yaradıldı, xaricdən məşhur ssenaristlər, kinorejissorlar, prodüserlər İranda milli kadrların yetişdirilməsi üçün dəvət edildilər. Bu işlər böyük effekt verdi, kadrlar yetişdirildi, yəni milli baza yaradıldı. Bu da öz nəticəsini dərhal göstərdi və "İnək" filmi Moskvadan birinci mükafatla qayıtdı. İranda İslam İnqilabından sonra kinoda bir sıra qadağalar tətbiq olunmağa başladı. Amma bu qadağalar İran kinosunun ziyanına deyil, xeyrinə işlədi. Qadağalar İran kinosunu pis-pis şeylərdən təmizlədi, həm də filmlərin ideyalarında mənəviyyat, əxlaq və İran milli baxışı qabardıldı.
80-ci illəri İran kinosunun Qızıl dövrü hesab edirlər. Həm ssenari, həm rejissor işi, həm də aktyor oyunu baxımından ən gözəl filmlər o dövrdə çəkilib. O dövrün sənətkarları da özlərindən sonra böyük bir kinematoqrafçılar ordusu yetişdirdilər. Yeni nəslin nümayəndələrindən təkcə Əsğər Fərhadinin adını çəkməyim kifayət edir. Onun "Ayrılıq" filmi həm ssenari, həm də rejissor işinə görə "Qızıl qlobus" alandan sonra həmin nominasiyalarda "Oskar"a da namizəd filmlərin siyahısına salınıb. Bu gün İranda kino sənətinin inkşafı məhz dövlətin yürütdüyü siyasətin tərkib hissəsidir. Dövlət kino sənayesinin inkişafı üçün lazımi maddi yardımı əsirgəmir. Yəni bu sənətin inkişaf etməsində dövlət maraqlıdır.
- Şəriət qanunlarının yaratdığı qadağaların mövcud olduğu ölkədə kino dili ilə danışmağın hansı çətinlikləri vardır? Bu ideoloji təsirdə yetişən bir rejissorun başqa məkanda kino çəkməsi nə dərəcədə mümkündür?
- İslam heç bir qadağa hökmü vermir. Əgər çətin olsaydı, İran filmi "Oskar"a namizəd, "Qızıl qlobus"a layiq göstərilməzdi. İranda icazə verilməyən kadrları gedib xaricdə çəkmək mümkündür. İrandan kənarda hər hansı işə görə məsuliyyət daşımırsan. Ona görə də, qadağalar bəzi xırda texniki təfərrüatlarla bağlıdır. Sən dövlətə xəyanət etmə, dinə küfr etmə, get nə çəkirsən çək, buna görə heç kəs sənə bir söz deməz. Əgər İran vətəndaşısansa, kənarda sifariş alanda, həmin işdə İran əleyhinə heç nə olmamalıdır. Bu gün Amerika ilə İran siyasətdə bir-birinin düşmənidir. Amma bu düşmənçilik mədəniyyətə və incəsənətə təsir etmir. İranlı kinorejissorlar Amerikada festivallara qatılırlar və yaxud tanınmış amerikan kinematoqrafçılar bizdə təşkil olunan festivallarda münsiflər heyətində təmsil olunurlar.
- Ərəblərə qarşı 22 il mübarizə aparmış Babək bizdə milli qəhrəman, İranda kafir hesab edilir. Əgər bir İran rejissoru gəlib, Bakıda Babək haqqında film çəksə, onun aqibəti necə olar? Və yaxud sizdə Pişəvəri barədə film çəkmək olarmı?
- Babək İranda da qəhrəman hesab edilir... Hətta farslar onu azadlıq simvolu hesab edirlər. O, vətən torpağını işğalçılardan qoruyub. Onun haqqında İranda indi də sənədli filmlər çəkilir. Seyid Cəfər Pişəvəri hökumətin qadağa qoyduğu mövzudur. Amma Səttarxan haqqında film çəkməyə icazə var. Ümumiyyətlə, İranın ərazi bütövlüyünün əleyhinə olan bütün şeylər qadağandır. Bunun xaricində nə istəsən, edə bilərsən. Bu hər yerdə belədir. Azərbaycanda da qadağan olunan məsələlər var...
- Azərbaycan kinoları barədə məlumatınız nə səviyyədədir? Orada Azərbaycan filmləri izlənilirmi? Bizim filmlərin nümayişinin orada qadağan olunduğu deyilir.
- Belə bir qadağa yoxdur, sadəcə, sizdən İrana film gəlmir, axı. Sizin filmləri Azərbaycanın özündə lazımi qədər nümayiş etdirmirlər. Çəkiləndən sonra rəfdə qalır.
- Tez-tez Bakıya səfər edirsiniz. Bizim kinonun problemlərindən də yəqin ki, halısiniz. Sizcə bu problemi necə aradan qaldırmaq mümkündür?
- Məncə, sizin kino xadimləri bu işin həlli yollarını məndən yaxşı bilirlər. Çünki bu sizin daxili probleminiz olduğu üçün onlar bu barədə nə vaxtdır çalışırlar. Sizin kino sənayesinə bələd olduğum üçün demək iəstəyirəm ki, sizdə əsas problem ixtisaslı kadrların çatışmamasıdır. Azərbaycanda hazırda gənclər bu istiqamətdə çox fəal iş aparırlar. Mən onlardan Fehruz Şamiyevin adını xüsusi çəkmək istəyirəm. Mən onunla "Start" Tələbə Filmləri Festivalında tanış olmuşdum. Çox istedadlı və işgüzar dostumuzdur. Bakı Film İnstitutunu təsis etdi və az müddət ərzində bu institutunun nəzdində kino-prodüserlik kurslarını təşkil elədi. O, çox düzgün yol tutub. Çünki bu gün Azərbaycan kino sənayesində prodüserə çox ehtiyac var. Onun ətrafında istedadlı gənclərin toplaşması və bu uşaqların əzmkarlığı məni çox sevindirir. Əmin olun ki, Azərbaycan kinosu bu işlərin nəticəsini yaxın zamanlarda hiss edəcəkdir. Mənim bildiyimə görə, artıq Azərbaycan hökuməti də kino sənayesinin inkişafı üçün bir sıra islahatlar keçirir. Ona görə də çox ümidliyəm. Bilirsinizmi, bu gün çoxları maddi sıxıntılardan danışır. Pul əsas amil deyil. Görürsünüzmü, Fehruz bu işə girişəndən bəri necə böyük uğurlar əldə edib. "Start" Tələbə Filmlər Festivalı artıq kifayət qədər tanınır. Deməli, əsas iş görmək istəyi və buna nail olmaq üçün gecə-gündüz çalışmaq lazımdır. İş olan yerdə mütləq hər hansı nəticə olur və təcrübə artıqca nəticələr müsbətə doğru dəyişir. Bilirsinizmi, Bakıda kino festival keçirmək nə qədər çətin olsa da, bunun böyük xeyri var. Fehruz bu çətinliyə baxmayaraq bu festvalı keçirir. Çünki bu festivalda azərbaycanlı rejissorun xarici rejissorla təmas yaratmaq, onların iş metodu ilə tanış olmaq imkanı yaranır. Bu da böyük əhəmiyyət daşıyır. "Start" 2004-cü ildən keçirilir. Siz o dövrün filmləri ilə indiki filmlərinizi müqayisə edin, aralarındakı böyük fərqi hiss edəcəksiniz. Ən azından filmlərin ideyasında səviyyə qalxıb. Digər tərəfdən filmlərin texniki göstəriciləri də xeyli mükəmmələşib. Bakı Film İnstitutunun kurslarında xarici mütəxəssislər dərs deyirlər. Bu, çox əhəmiyyətli addımdır. Mən 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetində oxumaq üçün Bakıya gəldim. Lakin gördüm ki, burada öyrədiləni mən 14-15 yaşımda İranda Gənc Kinematoqrafçılar Mərkəzində öyrənmişəm. Buradakı müəllimlər mənim keçdiyim təcrübəni belə keçməyiblər. Qəbul olunandan 3 ay sonra oradan ayrıldım. Ona görə də fikrimcə, Bakı Film İnstitutunun kurslarında 4-5 ay təhsil alan gənclər Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən daha çox şey öyrənəcəklər. Bu da zaman-zaman kadr çatışmazlığını aradan qaldıracaq. Sizdə ikinci ən böyük problem kino prokatının olmamasıdır. Bu da yenə də peşəkar prodüserlərin olmaması ilə əlaqəlidir. Ötən il Rövşən İsaxın "Aktrisa" filminə baxdım, çox xoşuma gəldi. Sizdə gənc rejissorlardan Samir Kərimoğlu, Fariz Əhmədov, Elməddin və Xəyyam Əliyevlərin qısmetrajı filmlərini görmüşəm. Onların gələcəyinə böyük ümidliyəm. Bu insanlar Azərbaycan kinosunun gələcəyidirlər. Əmin olun, bu istedadlı gənclər sizdəki pullu iş adamlarını kinoya pul xəcləməyə inandıra biləcəklər. Sadəcə, səbr edib bir az gözləmək lazımdır.

dayaq.org

17 Şubat 2012 Cuma

Çağdaş İran poeziyası. Leyla Fərcami



Biri sənin üçün bir şam yandırdı

Biri sənin üçün bir şam yandırdı
Söndü.
Biri sənin üçün çıraq yandırdı
Qırıldı.
Biri sənin üçün göz açdı həyata
və kor oldu.
O zaman xatırladım
əldən getmiş bir ölkədə,
dağlar quyu kimidir
quyular uca
və quşları qanadsızdır.
O zaman xatırladım
əldən getmiş bir ölkədə
uşaqlar
öz analarını göy qurşağı altında doğur
və gömürlər.

Çarəsiz dərd

Tehran:
Təsadüfi bir qışqırıq,
bir təcavüz çığırtısı,
bir ölüm qəhqəhəsi
və ən hündür rabitə qülləsinin təpəsindən yıxılan
kor kişinin
fəryadları...

Dünyanın ən kobud səslərini
eşitməkçün
ah, necə də darıxmışam.

Fars dilindən tərcümə: Ariz

kulis.az

16 Şubat 2012 Perşembe

Qabriel Qarsia Markes. Həyat və sevgi haqqında


1. Mən səni kim olduğuna görə sevmirəm; mən sənin yanında kim olduğuma görə səni sevirəm.
2. Heç kəs sənin bir damla göz yaşına layiq deyil. Layiq olanlar səni ağlatmır.
3. Kimsə səni sənin istədiyin kimi sevmirsə, bu o demək deyil ki, o səni cani-könüldən sevmir.
4. Əsil dost sənin əlindən tutan və ürəyini hiss edəndir.
5. Darıxmağın ən pisi odur ki, insanla olasan və anlayasan ki, bu adam heç vaxt sənin olmayacaq.
6. Həmişə gülümsə,kədərli anlarında da gülümsə, çünki kimsə sənin təbəssümünə aşiq ola bilər.
7. Ola bilər ki, sən bu dünyada sadəcə bir insansan, amma kimin üçünsə sən - bütöv bir dünyasan.
8. Səninlə görüşməyə çalışmayan insana vaxtını sərf etmə.
9. Ola bilər - Tanrı istəyir ki, biz həyatımızın yeganə insanını tapana qədər cox yanılaq, aldanaq ki, qismətimizi tapanda, minnətdar olaraq.
10. Ağlama ki, hər şey bitdi. Gülümsə ki, bitənlər nə vaxtsa vardı.
11. Sənə əzab verəcək insanlar həmişə olacaq. Amma yenə də insanlara inanmaq lazımdır, sadəcə bir az ehtiyatlı ol.
12. Əvvəl özünü anla, sonra rastlaşdığın insandan səni anlamağı istə.
13. Hər şeyin yaxşı olması üçün çox çalışma. Həyatda ən yaxşı şeylər qəfildən baş verir.

Çevirdi: Sima Ənnağı


http://duhrost.ru/index.php/duhovniy-rost/13-fraz-o-jizny.html

15 Şubat 2012 Çarşamba

Kövrək naxışlar

Brayan Beyti adi yumurta qabığını yonaraq gözəl sənət əsərləri yaradır. Yumurta qabığını kövrək naxışlarla bəzəmək üçün sənətkara möhkəm əl, gözəl zövq və böyük səbr lazımdır. Əhsən, ustad!






http://shinkarchuk.ucoz.com/publ/brajan_behjti_jajca/1-1-0-51

Aqşin Yenisey. Yeni şeirlər



Eşq

Mənə göz ver, işıq vermə.
Göz-gözü görməyən qaranlıq ver.
Ayı da olmasın, ulduzu da.
Səni gəzim, axtarım o qaranlıqda.
Mən səni tapmaq yox,
axtarmaq istəyirəm həmişə.


Qüssə

Öləcəyik!
O da, sən də, mən də...
Birimiz qürbətdə, birimiz yolda, birimiz vətəndə.
Sonra yenidən doğulacayıq.
Birimiz enliyarpaqlı bir ağac kimi – meşədə,
Birimiz ətirli bir ot kimi – çəməndə,
Birimiz ağ yumurta kimi – kirli bir hində.
Gəlin, indidən tanış olaq ki,
O zaman bir-birimizi
Yarpağımızdan, ətrimizdən,
rəngimizdən tanıya bilək,
Darıxmamaq üçün...


Pəncərə tərinə yazılmış şeir

Sinəndən ötrü darıxıram,
Daha doğrusu, ürəyinin səsindən ötrü.
Gəlməyindən ötrü darıxıram,
Daha doğrusu, gəlməyəcəyindən ötrü.
Darıxdığımı biləcəyindən ötrü darıxıram,
Daha doğrusu, bilməyəcəyindən ötrü.

http://www.azadliq.org

13 Şubat 2012 Pazartesi

Ağacda "bitən" evlər...

Elə insanlar var ki, yerdə deyil, ağaclarda məskən salırlar. Onları yerdən yuxarı, ağac budaqları və yarpaqıları arasında yaşamağa cəlb edən nədir görəsən? Azadlıq eşqimi, buludlara yaxınlıq arzusumu, yoxsa özünü qanadlı quş kimi sərbəst hiss etmək cəhdimi...










http://korefun.net/2011/11/dom-na-dereve/

12 Şubat 2012 Pazar

Fikirlər kələfi. İkiyə bölünmüşlər

10 fevral Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsinin bağlandığı gündür. Ərazi ikiyə bölündü, xalq ikiyə bölündü, xalqla birgə həyat tərzi,ictimai şüur və insanları bir-birnə bağlayan görünməz tellər də ikiyə bölündü. Bu bölgü ilə nələri itirdik, nələri qazandıq... Qazandıqmı? Qazandiqsa da, zahiri nələrisə qazandıq; daxili, mənəvi nələrisə itirdik...

10 Şubat 2012 Cuma

Hobbilər: taxta heykəllər

İndi insanlar ən adi materiallardan (taxtadan, kağızdan, gildən, sapdan, düymələrdən, quru bitkilərdən və s.)gözəl məmulatlar hazırlayırlar. İnternetdə taxtadan heykəllər yonan insanların əl işləri geniş nümayiş etdirilir. Nə yaxşı ki, insan belə gözəlliyi yaratmağa qadirdir...





Günün şüarı




HƏYAT bir gecədə dəyişməz.
Bir gecə FİKİRLƏRİN dəyişərsə, sonrakı həyatın dəyişə bilər.

Невидимые короны

Сима Эннаги. Субботние заметки.
11 февраля отмечается Всемирный день больного. Хотя день больного праздником не назовешь, он просто напоминает обществу о любви к ближнему и терпении в нелегких заботах по уходу за больными. День больного учрежден в 1992 году папой Иоанном Павлом ΙΙ, а впервые отмечался в 1993 году. Праздник этот более известен в католических странах. Но ведь помощь страждущим, милосердие и внимание к больным людям не зависят от веры, уровня образования или экономики. Если в наших сердцах есть капелька сострадания, мы должны быть неравнодушны к чужой боли. Ведь именно сострадание и милосердие есть главная отличительная черта доброго человека. Болезнь может сразить практически любого. Очень мало тех, кого считают счастливчиками, которым не страшны ни болезни, ни немощь. К сожалению, мало кто из нас может похвалиться отменным здоровьем. Продукты питания, напичканные химией, загрязненные воздух и вода, излучения электроники и бытовой техники, сидячий образ жизни, стрессы – все эти факторы дают толчок к разрушению здоровья человека. Чтобы не болеть – надо беречь свое здоровье. Эту аксиому большинство людей не принимают во внимание. Сколько людей попали в разряд больных из-за того, что принимали наркотики, курили, употребляли алкоголь… Вольтер говорил, что «надежда выздороветь – половина выздоровления». Когда нам плохо, хочется видеть рядом с собой не врача со шприцем в руке, а тех, кто любит нас. Потому что любовь – самое бесценное лекарство для каждого. Русский писатель М.Пришвин писал по этому поводу: «Здоровье человека не в сердце, не в почках, не в корнях, не в листве или спине. Конечно, слов нет, хорошо человеку, если у него все это тоже здорово, как у быков. Но самая суть чисто человеческого здоровья – это когда его неудержимо тянет сказать что-то хорошее другому человеку, словно это закон: раз мне хорошо – то должно быть всем хорошо!». Только физически и духовно здоровый человек может считаться красивым, потому что болезнь и гармония не совместимы. В человеческом организме от природы заложены принципы гармонии. И в каждом человеке есть ресурсы, которые помогают противостоять болезням. И глядишь, наша любовь и внимание воодушевят больного, и он поверит в исцеление. Мир меняется, и меняются жизненные акценты. Сейчас водка и сигареты все чаще остаются «за кадром». Стало модным пить свежие соки, правильно питаться, заниматься спортом и чаще гулять на природе. Ведь горы, лес или море – прекрасные оздоровительные места, которые дарят нам радость и здоровье бесплатно. Арабская пословица гласит: «Здоровье – это корона на голове человека, которую видит только больной». Так давайте носить свои короны и беречь себя и своих близких.

Günün şüarı

Ürək danışarkən, ürək dinləyirsə - harmoniya yaranır. Baş danışarkən, baş dinləyirsə - mübahisə yaranır.

Şri Şri Ravi Şankar, "Yaşamaq sənəti" fondunun yaradıcısı