3 Şubat 2012 Cuma

Media Rights Institute (Bakı) konfrans keçirdi


Media Huququ Institutu “İnternet azadlığı və tənzimlənməsi: Universal perspektivlər və Azərbaycandakı gəlişmələr” movzusunda konfrans kecirib. Bir günlük konfransın təşkilatçıları Media Hüququ İnstitutu,Böyük Britaniya Səfirliyi və İREX-dir. Konfrans iştirakçılarının fkirlərindən:


Konstantin Yerocostopoulos, Avropa Şurası Bakı Ofisi, Rəhbər

Konstantin Yerocostopoulos internetin bütün insanların həyatına daxil olduğunu dedi, facebbok və tvitter şəbəkələrini misal gətirərək internetə azad çatımın cəmiyyətləri müsbət pozitiv dəyişikliklərə apardığını vurğuladı.

- İnternetə çatım hər kəsin hüququdur. Azərbaycan da Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürüb. Hər bir vətəndaşın bu haqqı tanınmalı və hökumət internet istifadəçilərinin hüquqlarını qorumalıdır. İnternet təhlükəsizliyini də qorumalıdır. İnternetin idarəçiliyində də mühüm faktorlar var ki, diqqət olunmalıdır. İnternet azadlığı və onlayn fəaliyyət ifadə azdlığının mühüm ünsürüdür. Avropa Konvensiyasının ifadə azdlığı hüququnu təsbit edən 10-cu maddəsi internet azadlığını da qoruma altına alır. Bu sahədəki müdaxilələr də məhz bu maddə ilə tənzimlənir.

Avropa Şurasının Nazirlər Komitəsinin 2007-ci ildə qəbul etdiyi qərarda bununla bağlı ölkələrin üzərinə öhdəlik qoyulub. Hökumətlər ilk növbədə ibnternetə çatımı təşkil etmək vəzifəsi daşıyırlar. Çatım yalnız iri şəhərlərlə məhdudlaşmamalıdır, bütün ucqarlar, bütün insanlar tmin olunmalıdırlar. Hökumətlər həm internetin davamlılığını təmin etmək vəzifəsi daşıyırlar. Bütün bunlar Avropa Şurası üçün həyati önəm daşıyan məsələlərdir və üzv ölkələrdə də belə olmalıdır. Nəzərə almaq lazımdır ki, blok qoyulması qəti yolverilməzdir. Bu Avropa Şurası öhdəliklərinə ziddir.

Az sonra bütün dünya Azərbaycana baxacaq, Evrovizion bütün diqqətləri üzərinizə çəkəcək. Ardınca Azərbaycan İnternet İdarəçiliyi Forumuna sahiblik edəcək. Biz bu önəmli olayların fonunda internet azadlığının inkişafı baxımından lazımi dəstəyi verməyə hazırıq.


Adrian Lee, Böyük Britaniya Səfirliyi, Səfirin müavini

İnternet yeni medya olaraq geniş imkanlar yaradır. İnternet hamıya açıq və çatımlı olmalıdır. Tənzimləmə ilə bağlı narahatlıq lazım deyil. İnternet azadlığı onsuz da düzənlənir. Bu sahə ifadə azdlığının ayrılmaz tərkib hissəsi olaraq Avropa Konvensiyasının 10-cu maddəsinin təsir dairəsindədir. İstər internetə müdaxilələr, istərsədə onun verdiyi haqlar bu maddə ilə tənzimlənir.


Qulu Məhərrəmli, jurnalist

- Bu gün bütün sahələrdə iş rejimi donub. Avtobus işləmir, yollar buz bağlayıb, ancaq internetdə belə deyil. Bu sahədə dəqiq, birbaşa düzənləmələr, təcrübə çox vacibdir. Dəqi qqaydalar obna görə vacibdir ki, hər kəsin internetə çatımı baş versin. Nə qədər ki, qaydalar dəqiq deyil, bizim problemlərimiz olacaq.


Rəşid Hacılı, Media Hüququ İnstitutu

Hər kəsin internetə çıxış imkanına sahib olması həm də informasiyalı cəmiyyətdə yaşamaq, ifadə azadlığına sahib olma haqqıdır. Artıq inkişaf etmiş ölkələrin əksəriyyəti internetə çıxış haqqını fundamental haq kimi qəbul ediblər. 2010-cu ildə Finlandiyada bununla bağlı qanun da qəbul edilib. Həmin qanun ölkə vətəndaşlarına saniyədə 1 mbit internet almaq hüququ verir. Estoniya və Norveçdə də oxşar qanunlar qəbul edilib.Azərbaycanda belə qanunlar, qaydalar yoxdur. Bizdə KİV haqqında qanun interneti KİV-lər siyahısına aid edib. Bu da mübahisəlidir, bəzən belə arqumentlər də səsləndirilir - internet rabitədir, telefon rolunu oynayır, onda telefonu da KİV saymaq olar? İnternetlə bağlı ayrı-ayrı qanunlarda başqa düzənləmələr də var, bunlar da daha çox terrorçuluqla mübarizə, intellektual haqların qorunması ilə bağlı məhdudlaşdırıcı normalardır.

Provayderlərin durumu ilə bağlı xeyli narahatlıq doğuran qaydalar mövcuddur. RİTN-in 2000-ci ildə verdiyi bir əmrə görə, provayderlərin internetə çıxışı durdurmaq səlahyyəti var. Bu çox sərt mexanizmdir. Həm də proseduru bəlli deyil, provayderlər bunu hansı hallarda edə bilər kimi suallar açıq qalır. Həm də bu yolverilməzdir, məhdudlaşdırma məhkəmə qərarı ilə olmalıdır.

Gabrielle Guillemin, ARTICLE19 (UK)

- İnternetdə tənzimləmə hazırda çox aktualdır. Rusiya, Çin kimi ölkələr çox çalışırlar ki, tənzimləmə ilə bağlı hansısa sənədin qəbulunanail olsunlar, ancaq bu səylərin uğurl olması ehtimalı çox aşağıdır. İnternetin tənzimlənməsi ilə bağlı hamının öhdəlik götürdüyü elə bir qayda yoxdur. Bu o anlama da gəlməməlidir ki, hər şey başlı-başınadır. Ölkələrə görə durum da fərqlidir. Ancaq ifadə azdlığına təmin etmək öhdəliyi daşıyan ölkələrin təbii ki, vəzifələri var, əməl etməli olduqları qaydalar var. İnternetə çatım ilk növbədə əsas insan haqlarından biridir. BMT-nin üzvü olan bütün ölkələrin bununla bağlı pozitiv öhdəliyi var. Ölkələr texniki tələblərə də əməl etməlidirlər. Burda söhbət filtirləmədən gedir, bu məzmuna görə yolverilməzdir.

Texniki tələblər ifadə azadlığının önündə olan prosedurdur. Texniki vasitələr təmin olunalıdır ki, bu haq da yaransın. Ona görə, ölkələr ilk növbədə internet infrastrukturunu qurmalııdırlar. Bu həm də onların öhdəliyidir. İnternetə çatım təmin olunduqdan sonra digər addımlar gəlir. Burda xüsusi diqqət çəkən internet təminatının kəsintisi ilə bağlıdır. İnternetin kəsilməsi yolverilməzdir, bu ölkələrin öhdəliklərinin tam ziddinədir. Belə praktika bir dəfə Misirdə baş verib.

İnternetdə blok qoyulması yolverilməz hesab olunur. Ancaq məzmunla bağlı yol verilə bilər ki bu da daha çox pornoqrafik bilgilərin yayılması, əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlıdır. Lakin burda da bir qayda var bloklama yalnız məhkəmə qərarı ilə olmalıdır. Bu prosedur mümkün olduğu qədər şəffaf həyata keçirilməlidir. Burda məhdudiyyəti qoyan qurumun fərqi olmamalıdır, bunu istər hansısa yüksək pillədə duran dövlət qurumu etsin və ya provayder - məhkəmə qərarı şərtdir.

Hökumətlər provayderlərlə, vətəndaş cəmiyyəti qurumları ilə birlikdə internetə daha keyfiyyətli çatımı təmin etməyə yönəlik qaydalar hazırlamalıdırlar. Hər yerdə çatım təmin dilməli, hökumət bu sahəyə subsidiyalar yönəltməli, rəqəmsal marifləndirmə aparmalı, uşaqlar üçün net kurslar təşkil etməlidir.
G. Guillemin daha sonra sosial şəbəkələrdə çıxışlarla bağlı ABŞ-ın, Kanadanın, Böyük Britaniyanın, Avropa Məhkəməsinin təcrübəsindən danışıb.


Kamal Məmmədov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Internetə şatım universal hüquqdur. Ümumilikdə Avropa məkanında 2015-ci ilədək bu hüququn təmin olunması istiqamətində zəruri işlərin görülməsi, genişzolaqlı xidmətin inkişaf etdirilməsi nəzərdə tutulur. RİTN də 2015- ci ilədək qabaqcıl ölkələrin səviyyəsinə çatmaq üçün gərəkli addımları atır. Bütün evlərin netləşməsi istiqamətində proqrmalar işlənir, zəruri infrastruktur yaradılır.
RİTN rəsmisi Azərbaycanda bloklama ilə bağlı probelməlir olmadığını, yalnız Təhsil Nazirliyinin məktəblərə filtirlənmiş internet verdiyii qeyd etdi.

Rafiq Məmmədli Azadlıq radiosuna olan basqılar barədə çıxış edib.


Çingiz Sultansoy, Azadlıq Radiosu

Azərbaycanda internet sahəsində azadlığın olduğu deyilir. Əslində azad zad deyil. Bizdə azddırsa bəs Avropada nədir? Bizdə internet azadlığına zərbə sayılan bütün olaylar baş verib. Onlayn fəallar həbs olunublar, saytlar bloklanıb, az qala məqalələrə giriş də bloklanır. Ən pisi hər kəsin internetdə olarkən belə daxili senzurası var. Deməli internet azad deyil. Ola bilsin ki, internetdə azdlıq başqa sahələrdən bir az daha artıqdır.


Ələsgər Məmmədli, İREX

Ə.Məmmədli Azərbaycanda internetin tənzimlənməsinin hüquqi əsasları və problemləri barədə məruzə etdi. O, internet tənzimləməsinin yerli hüquqi düzənlənməsində çoxlu çatışmazlıqların olduğunu qeyd etdi. Ə. Məmmədli dedi ki, internetin qiymətinin müəyyənləşməsində, internetə çatım imkanının yaradılmasında ciddi uyuşmazlıqlar var.

- Yerli qanunverici normalara görə, texniki işlər görməli olan internet provayderlər respublikanın həyatını, onun siyasətini, iqtisadiyyatının ayrı-ayrı sahələrini, rabitəni və s. əks etdirən veb səhifələrinin yaradılması və onların serverlərdə yerləşdirilməsini təşkil etmək vəzifəsi daşıyırlar. Bu qədər məntiqsiz, anlaşılmaz norma olarmı?. Qanunvericilik abunəçiyə qazanc məqsədi ilə 3-cü şəxsə internet xidməti göstərməyi qadağan edir. Abunəçi dövlət əhəmiyyətli sirləri verməməlidir. Bu qədər də anlaşılmaz normalar olarmı?

Provayder abunəçi münasibətlərinin tənzimlnməsində də ciddi qüsurlar var. Əgər abunəçi internet almaqdan imtina edirsə bunu mütləq provayder razılığından sonra edə bilər. Belə çıxır ki, nə qədər ki, provayderin razılığı yioxdur, abunəçi interneti həmin provatyderdən almaqdan imtina edə bilməz. Provayderlə abunəçi arasında bağlanan nümunəvi müqavilə forması anlaşılmazdır. Həmin müqavilə abunəçinin üzərinə çoxsaylı vəzifələr qoyur, provayderə isə çoxlu hüquqlar verir. Halbuki, bu tərsinə olsaydı daha anlaşılan olardı.

Yaşar Hacıyev, İT ekspert

Yaşar Hacıyev Azərbaycanın mövcud infrastrukturu barədə danışdı. Onun dediyinə görə, daha keyfiyyətli internet təminatı üçün gərəkli olan tam infrastruktur hələ hazır deyil. Xüsusən bölgələrdə ciddi problemlər var. Bununla belə çıxışçının araşdırmalarına görə, Azərbaycan infrastruktur baxımından bir çox Avropa ölkələri ilə də rəqabət apara bilir. Ekspertin dediyinə görə, Azərbaycanda bir ailə internetə, informasiya texnologiyalarından istifadəyə orta aylıq gəlirinin 8 faizini xərcləyir. Azərbaycan bu göstərici ilə Avropa ölkələrindən xeyli geridə qalır.

(Xalid Ağəliyevin məlumatı)

Hiç yorum yok:

Yorum Gönder