Fərhad Mete
***
And versəm əgər
əsdikcə əsən yellərə
səndən xəbər gətirərmi
yağış yüklü buludlara?
dərya olmuş göz yaşını
alıb sənə yetirərmi,
bölüşdürən mələklərə
bizə verə bilmədiyin
arzuları bitirərmi
su üstündə gəmilərə
bəxş etdiyin iztirabı
dənizlərdə itirərmi
coşan-daşan dənizlərə
yosunlara ötürərmi
cüt olana, tək olana
qanadlı mələk olana
günəş ucaldan gündüzə
işığı yayılmış düzə
örtük bürüyən gecəyə
kölgə düşmüş gələcəyə?
durulan səhər vaxtına
toz qoparan atlılara
səni and verirəm, ya Rəbb
nəyə inanırsan ona
son ver artıq bu oyuna
yetər artıq, yetər, yetər...
13.03.2008
Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
6 Ekim 2016 Perşembe
5 Ekim 2016 Çarşamba
Sadəcə payız
Ehtiyatlı
Addımlarımla
Yerə tökülmüş yarpaqları
Xışıldadıram,
Nəfəsim təng,
Ağlım dəngdir,
Fikirlərimi cəngələyib,
Cərgələyib
Hara gedirəm – unutmuşam...
Soyuq səslər,
Dərin təlaş,
Şüşələrdə damcılar,
Bikef insanlar,
Azdıran küçələr,
Qaranlıq künclərdən sızan
Qəhvə ətrinə qarışmış
Tüstülər.
Darıxma,
Bu sadəcə payızdır.
2015
Kaydol:
Kayıtlar (Atom)