Fərhad Mete
***
And versəm əgər
əsdikcə əsən yellərə
səndən xəbər gətirərmi
yağış yüklü buludlara?
dərya olmuş göz yaşını
alıb sənə yetirərmi,
bölüşdürən mələklərə
bizə verə bilmədiyin
arzuları bitirərmi
su üstündə gəmilərə
bəxş etdiyin iztirabı
dənizlərdə itirərmi
coşan-daşan dənizlərə
yosunlara ötürərmi
cüt olana, tək olana
qanadlı mələk olana
günəş ucaldan gündüzə
işığı yayılmış düzə
örtük bürüyən gecəyə
kölgə düşmüş gələcəyə?
durulan səhər vaxtına
toz qoparan atlılara
səni and verirəm, ya Rəbb
nəyə inanırsan ona
son ver artıq bu oyuna
yetər artıq, yetər, yetər...
13.03.2008
Hiç yorum yok:
Yorum Gönder