20 Kasım 2020 Cuma

Lütviyyə Əsgərzadə. Üçlüklər.


Ümidlərimi yığıb-yığışdırdım aldım əllərimə,

Gözümdəki sən adlı  yaş da uvarlandı üzərinə

Kim dəymişdi ürəyimə?

*

Bir geyinə bilmədiyim donun,

Bir keçirə bilmədiyim bayramın təəssüfütək,

Təəssüf ki, varsan ürəyimdə...

*

Gecənin soyuğu, payızın çisgini,

Taleyim qurğuşun kimi çöküb üzərimə.

Üşünürəm, bürünmüşəm kədərimə.

*

Günləri saya-saya gəlirdim;

Sayını itirdim,

Səni də.

*

Axşam düşür...yandırsam şam,

Dua etsəm,

Dərgah qapısına ulaşsam...

*

Nə kimim var,

Nə kimsəm,

Olanlar da yox kimi...

Murad Köhnəqala. Neoqəzəl

 


Yaxamdan tutub soruşurlar, hardasan indi, harda?

Bilsinlər,  elə bu sualın çöküntüsündə gizlənmişəm.

*

Şübhələrdən diksinib qulağımı şəkləmişəm, çünki mən

Şübhələr içindəki ol yəqində gizlənmişəm.

*

Fikir arılarım qanad çalır zərrələr arasında kimyagərlərtək,

Düşüncənin bala çevrilən məqamında gizlənmişəm.

*

Qəlbimdə ötən quşun nəğməsi yeddi rəngdədi

O rənglərin bahar cücərtəsində, yaşılında gizlənmişəm.

*

Vaqon-vaqon ötüb keçən qatar təkərlərinin

Əbədi simfoniyasındakı xoşbəxtliklərdə gizlənmişəm.

*

Mənim halımdan narahat deyil daşdan baxan əziz anam,

Çün, vaqifdir halıma, kədər içindəki ipəkdə gizlənmişəm.

*

Sevginin itməməsi qanunum da var, biləsən,

Təbiət arxamda durur atamtək, vəhşiliyində gizlənmişəm.

*

Qorxmaram qaranlıqdan, diz çöküb təslim olmaram,

Mən beynimdəki şamların mumunda gizlənmişəm.


Azərbaycan (marş)

 Sözləri – Səlim Babullaoğlu, İlqar Fəhmi


Azərbaycan!  Ana torpaq, sən tarixin yaşıdısan!

Türk elinin baş tacısan, qoca Şərqin qapısısan!

Ürəyisən Qafqazların, adın vardır dünya dolu,

Xəzər üstə qanad gərmiş qartalsan sən: məğrur, ulu.

*

Nəqarət

Bayrağının göy rəngində millətimin ad-sanı var,

Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,

Yaşılında babaların haqq inamı süslər səni,

Azərbaycan! Yalnız zəfər, yalnız zəfər səslər səni!

*

Gözəl Vətən!  Sənin üçün neçə igid keçdi candan,

Yenildilər düşmənlərin, şax dayandın sən hər zaman.

Azərbaycan – anam mənim! Azərbaycan – odlar yurdu!

Keşiyində ayıq-sayıq durub yenə qadir ordu!

*

Neçə xalqın güman yeri, aman yeri, qədim diyar,

Qucaq açdın məzlumlara daim, yaşa sən bəxtiyar!

Şan-şöhrətli keçmişisən sən hər kəsin, bu günüsən,

Sən hər kəsin aydın, xoşbəxt sabahısan, gözəl Vətən!


11 Kasım 2020 Çarşamba

Bacardıq! Torpaqlarımızı azad etdik!

 QƏLƏBƏ!

Azərbaycan Ordusu  zəfər çaldı!

           Bu, həmçinin xalqımızın zəfəridir! 



8 Kasım 2020 Pazar

ŞUŞA!!

ŞUŞA BİZİMDİR!!

DÜŞMƏN ŞUŞADAN QOVULDU!!

ŞUŞADA AZƏRBAYCAN BAYRAĞI SANCILDI!!

YAŞASIN AZƏRBAYCAN ORDUSU!

YAŞASIN AZƏRBAYCAN!


8 NOYABR - AZƏRBAYCAN TARİXİNİN QIZIL SƏHİFƏSİDİR!


7 Kasım 2020 Cumartesi

Biz gəlirik!


Söz: Qənirə Paşayeva

Musiqi: Tünzalə

*
Göylərdə bir ay var, o sənsən. Ulduzların içində ən gözəlisən. Ay-ulduzlu bayrağınla zirvədəsən, Azərbaycan, Vətənimsən! Basdığın yerlər sadəcə torpaq deyil, o Anamdır, o Vətəndir! Qoru onu millətin gələcəyə əmanəti tək, and yeri tək.
Ey, tarix duy! Ey, dünya duy!
Ey, tarix duy! Ey, dünya duy! Biz gəlirik milyonlarla insanınla, Həsrətləri, isgalları yox etməyə, Biz gəlirik ay-ulduzlu bayrağınla, Zəfərlərlə  yeni tarix yaratmağa!
Qafkazın günəşi o sənsən, böyük millətinlə müqəddəssən. Üçrəngli bayrağınla əbədisən, Azərbaycan - Vətənimsən! Basdığın yerlər sadəcə torpaq deyil, o Anamdır, o Vətəndir. Qoru onu millətin gələcəyə əmanəti tək, and yeri tək.
Ey, tarix duy! Ey, dünya duy!
Ey, tarix duy! Ey, dünya duy!
Biz gəlirik milyonlarla insanınla, Həsrətləri, isgalları yox etməyə, Biz gəlirik ay-ulduzlu bayrağınla, Zəfərlərlə,  yeni tarix yaratmağa!

Biz gəlirik milyonlarla insanınla, Həsrətləri, isgalları yox etməyə, Biz gəlirik ay-ulduzlu bayrağınla, Qələbəylə  yeni tarix yaratmağa!

5 Kasım 2020 Perşembe

Şahnaz Şahin. Vətən çağırır

 


Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu Vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır.

 

Sevinir hər çiçək, hər yarpaq, hər kol,

Bu qaya səsləyir, o dağ çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır.

 

Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Aparır qan izi üzü Şuşaya,

Didilmiş bədənlər, başlar çağırır.

 

Ağrı-ağrı kəsir ağrılarım da,

Gözlərdə çırtlayan yaşlar çağırır.

O daş yaddaşına qurban olduğum,

Dərələr əl edir, daşlar çağırır.

 

Səngərdən səngərə qonur quş kimi,

Müzəffər ordunun qalib əsgəri.

Başının üstündə üçrəngli bayraq,

Yıxır sərhədləri, aşır sədləri.

 

İnsantək dil açır hər cığır, hər iz,

“Cəngi” haraylayır, “Segah” çağırır.

Get, sənə, igidim, uğurlar olsun,

Səni o müqəddəs sabah çağırır!

Sami Yusif. Nəsimi


  Məndə sığar iki cahan, mən bu cahana sığmazam

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm Surəti gör bəyan ilə, çünki bəyana sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm Surəti gör bəyan ilə, çünki bəyana sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm Dövləti-cavidan mənəm, ayinədana sığmazam Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm Dövləti-cavidan mənəm Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm Məndən uludur ayətim, ayətə, şana sığmazam Sığmazam Sığmazam Sığmazam Sığmazam Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm Dövləti-cavidan mənəm, ayinədana sığmazam Sığmazam Sığmazam Sığmazam Sığmazam Kövni-məkandır ayətim Zatidürür bidayətim Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam Sığmazam, sığmazam, sığmazam Sığmazam mən, sığmazam mən, sığmazam Sığmazam mən, sığmazam mən, sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm Surəti gör bəyan ilə, çünki bəyana sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gənci-nihan mənəm mən uş Eyni-əyan mənəm, mən uş Gövhəri-kan mənəm, mən uş Bəhrəvü kana sığmazam Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm Dövləti-cavidan mənəm, ayinədana sığmazam Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm Məndən uludur ayətim, ayətə, şana sığmazam Sığmazam Sığmazam Sığmazam Sığmazam Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Məndə sığar iki cahan, mən bu cahana sığmazam Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam Mən bu cahana sığmazam Mən bu cahana sığmazam Mən bu cahana sığmazam.