20 Kasım 2020 Cuma

Lütviyyə Əsgərzadə. Üçlüklər.


Ümidlərimi yığıb-yığışdırdım aldım əllərimə,

Gözümdəki sən adlı  yaş da uvarlandı üzərinə

Kim dəymişdi ürəyimə?

*

Bir geyinə bilmədiyim donun,

Bir keçirə bilmədiyim bayramın təəssüfütək,

Təəssüf ki, varsan ürəyimdə...

*

Gecənin soyuğu, payızın çisgini,

Taleyim qurğuşun kimi çöküb üzərimə.

Üşünürəm, bürünmüşəm kədərimə.

*

Günləri saya-saya gəlirdim;

Sayını itirdim,

Səni də.

*

Axşam düşür...yandırsam şam,

Dua etsəm,

Dərgah qapısına ulaşsam...

*

Nə kimim var,

Nə kimsəm,

Olanlar da yox kimi...

Hiç yorum yok:

Yorum Gönder