20 Kasım 2020 Cuma

Azərbaycan (marş)

 Sözləri – Səlim Babullaoğlu, İlqar Fəhmi


Azərbaycan!  Ana torpaq, sən tarixin yaşıdısan!

Türk elinin baş tacısan, qoca Şərqin qapısısan!

Ürəyisən Qafqazların, adın vardır dünya dolu,

Xəzər üstə qanad gərmiş qartalsan sən: məğrur, ulu.

*

Nəqarət

Bayrağının göy rəngində millətimin ad-sanı var,

Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,

Yaşılında babaların haqq inamı süslər səni,

Azərbaycan! Yalnız zəfər, yalnız zəfər səslər səni!

*

Gözəl Vətən!  Sənin üçün neçə igid keçdi candan,

Yenildilər düşmənlərin, şax dayandın sən hər zaman.

Azərbaycan – anam mənim! Azərbaycan – odlar yurdu!

Keşiyində ayıq-sayıq durub yenə qadir ordu!

*

Neçə xalqın güman yeri, aman yeri, qədim diyar,

Qucaq açdın məzlumlara daim, yaşa sən bəxtiyar!

Şan-şöhrətli keçmişisən sən hər kəsin, bu günüsən,

Sən hər kəsin aydın, xoşbəxt sabahısan, gözəl Vətən!


Hiç yorum yok:

Yorum Gönder