22 Ekim 2012 Pazartesi

Fikirlər kələfi (oktyabr)


http://www.azadliq.org/contentlive/liveblog/24744844.html#hash=relatedInfoContainer

Qadının qollarından dartıb sürüyənlər,
gecə
öz sevgilinizi 
sürüdüyünüz qadının fəryadı hopmuş qollarınızla
ağuşa basanda,
o səsi xatırlarsızmı?
Sevə bilərsizmi sevgilinizi,
qoruya bilərsizmi onu küçə zorundan
fəryadlar hopmuş qollarınızla.........

****
Biabırçılıq. Rüsvayçılıq. Utanc. Acizlik. Zəifin mənəvi gücü, fiziki gücsüzlüyü. Güclünün zəifliyini gizlətmək cəhdi. Qabardılmış vəhşilik. Analoqu olmayan mitinqdağıtma taktikası. 

Eyni şəhərdə yaşayan, eyni ölkənin vətəndaşı olan, fəqət eyni düşünməyən və eyni yaşamayan insanlarımız dəyənəyə, zora-təpiyə layiqmi? Təpiklənən təkcə  insanlarımız deyil, həmçinin mənəviyyatımız, haqqlarımız, sabaha olan ümid və inamımızdır. Əgər bunlar bu gün təpiklənirsə, sabah xarabalıqda tək-tənha qalmaq var. Bu gün atılan yanlış addımların sabahkı gerçək uçurumu yaxınlaşdırması var.

Sabahımız bu gündən, bu günümüz dünəndən asılı. Həqiqətənmi sabaha getmək üçün bu gün etirazçıları fiziki və mənəvi əzməkdən başqa yol yoxdu? Həqiqətənmi əks tərəfin tələblərinə qarşı sivil siyasi fakt, sivil siyasi taktika yoxdu? Bəs nə vaxt olacaq?  

Ehhhhh..........


20 Ekim 2012 Cumartesi

Mövlanə. Gəl, gəl

Sacred Dervish Dance of the Sufis
http://www.youtube.com/watch?v=lFIQMM8bZQk&feature=related

Gəl, gəl, gəl,
Nə olursan ol, yenə gəl.

İstər kafir,
İstər atəşpərəst,
İstər bütpərəst ol,
Gəl.

Bizim dərgahımız
Ümidsizlik dərgahı deyildir.
Yüz min dəfə tövbəni pozmuş olsan da,
Yenə gəl...


19 Ekim 2012 Cuma

Sima Ənnağı. Gecə mesajı (mini-hekayə)

 


Zəhləsini tökmüş birisini rədd etmək üçün qız: “Sən mənim tipimdə deyilsən... bağışla. Gəl  daha görüşməyək” – dedi.
Səhər telefonunu açarkən, ekranın küncünə yetim uşaq kimi qısılmış sarı mesaj zərfini gördü:
“Bilirdim ki, məni bəyənməyəcəksən... Mən tək sənin deyil, heç kimin tipində deyiləm. Heyif. Sənə bəslədiyim ümidlərin hamısı puç oldu. Mən öyrəşmişəm təkliyə. Təki sən tək qalma. Allah səni xoşbəxt eləsin. Məni özünə yaraşdırmadın... Kaş öləydim, səndən bu sözləri eşitməyəydim.... Amma bilirsən, necə sevinmişdim mənə zəng vuranda - uşaq kimi. Xoşbəxtlikdən uçurdum “Salam, necəsən” sözlərini deyən səsini eşıtcək...

Allah mənə rəhmət eləsin”.

Sima Ənnağı. Tilsimli dünya (esse)

Əsər necə yaranır? Nədən bir gün xeyli misra yazıb xöşbəxtlikdən dəli olmaq dərəcəsinə çatırsan, dünya sənin olur, qarşına çıxan hər kəsi bağrına basıb öpmək istəyirsən; hərdən də günlərlə özünü oda-közə vurursan, yuxusuz qalırsan, qələmin/vərəqin yataqda da əlindən düşmür, amma ecazla dolu, şeir ətirli sözlər gəlmir ki, gəlmir? Nədən?

Narkosilsilə “Welcome To Black Paradise!”


Sima Ənnağı. Şeirlər (2012)
Narkomanın ariyası                               
Sən bilirsən  
Həyatı dumanlı şüurla görmək,
Kor pişik kimi qaranlıqda
Sürünmək,
Dozaları qana vurub
Özünü aldatmaq
Nə deməkdir?