Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
22 Ekim 2012 Pazartesi
Fikirlər kələfi (oktyabr)
http://www.azadliq.org/contentlive/liveblog/24744844.html#hash=relatedInfoContainer
Qadının qollarından dartıb sürüyənlər,
gecə
öz sevgilinizi
sürüdüyünüz qadının fəryadı hopmuş qollarınızla
ağuşa basanda,
o səsi xatırlarsızmı?
Sevə bilərsizmi sevgilinizi,
qoruya bilərsizmi onu küçə zorundan
fəryadlar hopmuş qollarınızla.........
****
Biabırçılıq. Rüsvayçılıq. Utanc. Acizlik. Zəifin mənəvi gücü, fiziki gücsüzlüyü. Güclünün zəifliyini gizlətmək cəhdi. Qabardılmış vəhşilik. Analoqu olmayan mitinqdağıtma taktikası.
Eyni şəhərdə yaşayan, eyni ölkənin vətəndaşı olan, fəqət eyni düşünməyən və eyni yaşamayan insanlarımız dəyənəyə, zora-təpiyə layiqmi? Təpiklənən təkcə insanlarımız deyil, həmçinin mənəviyyatımız, haqqlarımız, sabaha olan ümid və inamımızdır. Əgər bunlar bu gün təpiklənirsə, sabah xarabalıqda tək-tənha qalmaq var. Bu gün atılan yanlış addımların sabahkı gerçək uçurumu yaxınlaşdırması var.
Sabahımız bu gündən, bu günümüz dünəndən asılı. Həqiqətənmi sabaha getmək üçün bu gün etirazçıları fiziki və mənəvi əzməkdən başqa yol yoxdu? Həqiqətənmi əks tərəfin tələblərinə qarşı sivil siyasi fakt, sivil siyasi taktika yoxdu? Bəs nə vaxt olacaq?
Ehhhhh..........
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder