Çevirdi: Sima Ənnağı
Ceyn
Orvis. Pəncərə
Rita vəhşicəsinə qətlə yetiriləndən sonra Karter pəncərə
önündə gününü keçirir.
O, nə televizora baxır, nə kitab oxuyur, nə məktub
yazır. Onun həyatı – pəncərə pərdəsi arasından görünən həyatdır.
Kim yemək gətirir, kim qəbzləri ödəyir, Karterin
vecinə deyil. O, otağından cıxmır.
Onun həyatı – küçədə qaçan idmançılardır, fəsillərin
dəyişməsidir, şütüyən avtomobillərdir, Ritanın kabusudur.
Karter anlamır ki, divarlarına keçə vurulmuş palatada
pəncərə yoxdu...
***
Larisa Kerklend. Təklif.
Ulduzlu gecə. Ən
münasib vaxt. Şam işığında axşam yeməyi. Rahat italyan restoranı. Balaca qara
paltar. Gur saçlar, parlaq gözlər, gümüşü gülüş. Onlar iki ildir ki, münasibətdədirlər.
Gözəl vaxtdır! Əsil sevgi, yaxşı dost, daha nə lazımdır ki... Şampan verin! Mən
ürəyimi və sevgimi təklif edirəm. Dizüstə çokürəm. Adamlar baxır? Cəhənnəmə!
Gözəl brilyant üzük. Al yanaqlar. Mülayim təbəssüm.
Necə, yox??