25 Nisan 2011 Pazartesi

Bir şairdə bu dünyadan köçdü...

Xalq şairi Balaş Azəroğlu vəfat etdi

Allah rəhmət eləsin!


təfsilatı ilə buradan oxuyun: http://www.azadliq.org/content/article/9504450.html


P.S. Bu qeydlərim B.Azəroğlu ilə bağlı deyil, sadəcə sıralarımızdan gedən insanların xatirəsini yad etmək üçün qısa fikirlərdir. Mərhumların dalınca danışmazlar. Bu, min-bir əziyyətlə yaşamış, öz səhvlərini etmiş, uğurlarını qazanmış, ümidsizliyə qapılmış, aldanmış, aldadılmış hər bir insana qarşı hörmətsizlikdir. İnsan həyatının ucuzlaşdığı, dəyərdən düşdüyü, insan şəxsiyyətinin ayaqlar altına atıldığı bir zamanda sıralarımızdan gedənlərin həyat yolundan nəticə çıxara bilirikmi? Onların uğurlarını danmayıb, zəifliklərini görə bilirikmi? Və görüb, həmin yolu getmək, ya da getməmək seçimini edə bilirikmi?

26 aprel - İntellektual mülkiyyət günüdür


Hər il aprel ayının 26-da Beynəlxalq intellektual mülkiyyət günü qeyd edilir. Həmin gün Ümumdünya intellektual mülkiyyət təşkilatı yaranmışdır. Bu təşkilat bütün dünyada intellektual mülkiyyətin mühafizəsi və inkişafı ilə məşğuldur. Bununla da insanın gündəlik həyatında və cəmiyyətin təkmilləşməsində innovasiyaların rolu qeyd olunur.

Апрельское


*
Хочу
однажды
попасть туда,
где светит радуга,
где нет обид,
невзгод и подозрений.
Хочу попасть туда,
где слово есть любовь,
и если говорят "люблю",
то это
правда.

Сима, апрель, 2011

20 Nisan 2011 Çarşamba

Kitab və müəllif hüququ günü


Aprel ayının 23-ü dünya ədəbiyyatının simvolik günüdur: 1616-cı ilin aprel ayının 23-də Servantes, Şekspir və İnka Qarsilaso de la Veqa vəfat etmişlər. 1995-ci ildə UNESCO-nun Baş konfransı kitablara və müəllif hüququna hörmət əlaməti olaraq, həmin gün kitab oxumağı, mütaliədən zövq almağı tövsiyə etmişdir. Hər kəs bəşəriyyətin mədəni və sosial inkişafında danılmaz rolu olan yazarlara və kitablara hörmətlə yanaşmalıdır.

Xoşbəxtlik piroqu


Xoşbəxtlik piroqundan dadmaq istəyirsiz? Onda piroqun “hazırlandığı” inqrediyentlərə diqqət edin:
1. İnciklik – xəstəliklərin və uğursuzluqların zəminidir. Odur ki, kimsədən incik olmayin.
2. Yaxşı ya pis insan yoxdur. Elə insan var ki, onunla özünü pis hiss edirsən, eləsi də var ki, onunla ünsiyyətdən zövq alırsan. Özün seç – kiminlə olmaq istəyirsən?
3. Hamıya hər şey elə əzəldən verilib. Sadəcə kimsə ona veriləni hələ götürməyib.
4. Başqalarının uğuruna sevin və heç kimə paxıllıq etmə.
5. Nəticəyə görə narahat olma. O, həqiqətən sənə lazım olanda, baş verəcək.
6. Qədimlərdə deyirdilər – batində nə varsa, zahirdə də odur; içimdə nə varsa, kənarda da var.
7. Əgər insan hesab edirsə ki, nəyəsə layiq deyil, demək, həqiqətən də belədir.
8. Sevincli günlərinin az olduğundan kədərlənib kədərini artırma.
9. Minnətdarlıq hissi bütün ömür boyu səni müşayət etməlidir. Hər şeyə görə - sevincə/kədərə - minnətdar ol. Bununla sevinc payını artırmış olarsan.
10. İstənilən işə başlayanda onu elə gör ki, sanki artıq uğur qazanmısan.
11. Həyatda uğur qazanmaq üçün cəmi üç sahədə usta olmaq lazımdır – fərq etməz, hansı sahədə, lakin dərindən bilməsəndə, üç sahədən başın çıxmalıdır (sevgi də bura aiddir :).
12. Pis öyrədən yoxdur – pis öyrənən var.
13. Nə baş verirsə, zamanında baş verir.
14. Dadmaq və doymaq – hərəsinin öz ləzzəti var. Amma onları səhv salma.
15. Nə edirsənsə, həvəslə et. Özünü zorlama..
16. Mübahisələrə vaxtını öldürmə.
17. HƏYAT – MƏTNDİR. Bu mətni necə yazsan, elə də yaşayarsan.

QOY HƏR KƏS XOŞBƏXTLİK PİROQUNDAN DADSIN!!!