Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
20 Nisan 2011 Çarşamba
Xoşbəxtlik piroqu
Xoşbəxtlik piroqundan dadmaq istəyirsiz? Onda piroqun “hazırlandığı” inqrediyentlərə diqqət edin:
1. İnciklik – xəstəliklərin və uğursuzluqların zəminidir. Odur ki, kimsədən incik olmayin.
2. Yaxşı ya pis insan yoxdur. Elə insan var ki, onunla özünü pis hiss edirsən, eləsi də var ki, onunla ünsiyyətdən zövq alırsan. Özün seç – kiminlə olmaq istəyirsən?
3. Hamıya hər şey elə əzəldən verilib. Sadəcə kimsə ona veriləni hələ götürməyib.
4. Başqalarının uğuruna sevin və heç kimə paxıllıq etmə.
5. Nəticəyə görə narahat olma. O, həqiqətən sənə lazım olanda, baş verəcək.
6. Qədimlərdə deyirdilər – batində nə varsa, zahirdə də odur; içimdə nə varsa, kənarda da var.
7. Əgər insan hesab edirsə ki, nəyəsə layiq deyil, demək, həqiqətən də belədir.
8. Sevincli günlərinin az olduğundan kədərlənib kədərini artırma.
9. Minnətdarlıq hissi bütün ömür boyu səni müşayət etməlidir. Hər şeyə görə - sevincə/kədərə - minnətdar ol. Bununla sevinc payını artırmış olarsan.
10. İstənilən işə başlayanda onu elə gör ki, sanki artıq uğur qazanmısan.
11. Həyatda uğur qazanmaq üçün cəmi üç sahədə usta olmaq lazımdır – fərq etməz, hansı sahədə, lakin dərindən bilməsəndə, üç sahədən başın çıxmalıdır (sevgi də bura aiddir :).
12. Pis öyrədən yoxdur – pis öyrənən var.
13. Nə baş verirsə, zamanında baş verir.
14. Dadmaq və doymaq – hərəsinin öz ləzzəti var. Amma onları səhv salma.
15. Nə edirsənsə, həvəslə et. Özünü zorlama..
16. Mübahisələrə vaxtını öldürmə.
17. HƏYAT – MƏTNDİR. Bu mətni necə yazsan, elə də yaşayarsan.
QOY HƏR KƏS XOŞBƏXTLİK PİROQUNDAN DADSIN!!!
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder