11 Mart 2012 Pazar

Güntay Gəncalp. Tez qərar verməyəlim



Yaşlı bir kişi 25 yaşında oğlu ilə avtobusada oturmuşdular. Başqa müsafirlərdə ətrafda oturmuşdular. Avtobus hərəkət etdi. 25 yaşlı gənc adam avtobusun şişəsini açmış sevinclə əlini havada oynadırdı. Birdən dönüb atasına dedi: Ata, bax, ağaclar hərəkət edir. Yaşlı kişi oğluna baxıb gülümsəməyə başladı. Ata-oğulun yan tərəfində, önündə və arxasında müsafirlər oturmuşdular. Yan tərəfdə oturan gənc ər-arvad 25 yaşında gənc adamın çocuqca davranışına baxıb şaşırmışdılar. Bu an 25 yaşındakı gənc adam yenə də yüksək səslə və sevinclə atasına “Ata, bax, dəniz, heyvanlar, buludlar, hamısı hərəkət edir” dedi. Gənc qarı-qoca kədərli-kədərli 25 yaşlı gənc adama baxırdılar. Yağmur yağmağa başladı. Bir neçə yağmur damlası 25 yaşlı gənc adamən əlinə toxundu. Gənc adam gözlərini qapatıb və sevinclə “Ata, bax, gör necə yağmur yağır” söylədi.

Gənc qarı-qoca dözə bilməyib yaşlı kişiyə dedilər: Nədən oğlunuzu müalicə üçün xəstəxanaya aparmırsınız?

Yaşlı kişi dedi: Xəstəxanadan gəlirik gözləri sağalmış, ilk gündür görməyə başlamış.

1 yorum: