Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
7 Kasım 2011 Pazartesi
Yaşamaqdan qorxan adam
Tanınmış İran yazıçısı Mustafa Məsturun "Azadlıq"a müsahibəsində maraqlı fikirlər var. Müsahibənin tam mətnini buradan oxuyun: http://www.azadliq.org/content/article/24383113.html
Mən isə müsahibədə diqqətimi çəkən, düşünməyə vadar edən fikirləri qeyd edirəm.
*
- Roman yazarı Mustafa Məsturun ən önəmli özəlliyi nədir?
- Yaşamaqdan qorxan adam. Həyatın mürəkkəb və gələcəyin bəlirsiz, qaranlıq olmasından qorxan bir şəxs. Var gücü ilə həyatdan anladıqlarını ən səmimi şəkildə yazmağa çalışan, eyni zamanda həyatı heç zaman anlamaq olmaz deyə düşünən birisi.
*
Yaş ötdükcə günlərimin daha yeyin keçdiyini hiss edirəm. Uşaqlıq günlərinin sanki hər günü min ilə bərabər idi, ancaq yetkinlik zamanında illərim bir göz qırpımında keçir.
*
Din və həyatın anlamlılığı mənim üçün böyük bir əhəmiyyət daşıyır. Din deyərkən yalnız islamı deyil, bu sözcüyün əsas anlamını nəzərdə tuturam. Hesab edirəm ki, dinlər dünyaya anlam bəxş etmək üçün çox çabalamışlar və din müasir insanın həyatında güclü komponentlərdəndir.
*
Mənim üçün əxlaq ədəbiyyatdan önəmlidir, ancaq bu o anlama gəlməsin ki, əsərlərimdə əxlaq dərsi keçirəm. Ədəbiyyat öyüd vermək üçün deyildir. Daha çox sevərəm ki, əxlaqın incə məqamlarını hökm vermədən dastanda anladam. Həyatın çətin durumlarını nümayiş etdirmək ədəbiyyatın bacara bildiyi bir işdir, ancaq öyüd, əxlaq dərsi ədəbiyyatın işi deyil.
*
İnandığım və anladığım tək fəlsəfə yaxşı olmaq və yaxşı eləməkdir. Belə baxanda qınanılası adamların az olduğunu görürsən. Başqalarına zorakılıq işlətmək... Təəssüflə toplumumuzda birisinin əxlaqsız davranışını zorakılıqdan daha çox qabardırlar. Mən belə bir baxışla razı deyiləm. Fahişəliklə məşğul olan biri mənə görə, şiddət tətbiq edən birindən daha təmiz və daha insandır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder