Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
22 Kasım 2011 Salı
Üzüntülü xəbər
İndicə Azadliq radiosunun saytindan (http://www.azadliq.org/content/article/24396130.html?page=2#relatedInfoContainer) oxudum ki,çağdaş ədəbiyyatımızın ən səmimi yazarı, gözəlürəkli insan olan Rafiq Tağıya 2 nəfər hücum edib. Canilər yazara 6 bıçaq yarası vurub qaçıblar. Hadisə iki gün əvvəl, noyabrın 19-da baş verib.
1 saylı Bakı Klinik xəstəxanadında Rafiq Tağının cərrahiyyə əməliyyatı saat 6 radələrində başa çatıb. Əməliyyatda iştirak edən cərrahlardan biri, Abbas Abbasov Azadlıq Radiosuna bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub.
Gənc yazar Əli Əkbər qeyd edir ki,"Rafiq Tağıya vurulan bıçaq zərbələri, hər birimizin ürəyinə saplanmışdır. Rafiq Tağını susdurmaq cəhdi, hər birimizi susdurmaq cəhdidir. Bu sui-qəsdin arxasında kim dayanırsa dayansın məqsədi bizləri qorxutmaqdır – bu aydındır" (http://www.azadliq.org/content/article/24396745.html)
P.S. Ürək ağrısı ilə bu xəbərləri oxudum... Həmişə mədəniyyətin qaymaqları sayılmış sənətkarlarımızı nədən qoruya bilmirik? Səhər evdən salamat çıxan yazarlarımızın (ümumən, ziyalılarımızın) axşam evə salamat qayıdacaqlarına nədən ümid yox? Bu güvənsizliyi yaradan nədir... Öz sözü ilə yatmış beyinləri silkələyən, əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən insanlarımız kiminsə qanlı bıçağı qarşısında acizdir... Söz bıçaq qarşısında acızdır...
Xəstəxanadan çəkilmiş fotolar çox üzücü...Məncə, o fotolar saytdan yığışdırılmalıdır, çünki ictimai insanın ağır xəstə vəziyyətdəki görüntülərini geniş kütləyə göstərmək qeyri-etikdir. Hər halda, mənim fikrim belədir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder