22 Eylül 2016 Perşembe

"Qadın yazarlar" silsiləsindən. Aytən Nəsibbəyli.

"Mən sahili olmayan dəniz,
gecəsi olmayan gündüz istəyirdim".      
                          Anamın arzusu



Bəzən,
belə olur, hə!
Yaman
qəddar olur arzular.
Onlardan doğan şeirlər,
Şeirə bənzəməyən ömürlər.
Ömürlər
gəmilərə yelkən olmadı
əfsus.
Almadı qoynuna bizi
sahili olmayan dəniz.
Olmadı arzumuz çin
hənuz.
Gecəsi olmayan gündüz
bizə nə verərdi,
bilmədik.
Gündüzü olmayan gecə nələr aldı
göz görə-görə.
Bu ki, təsəlli olmadı, hə.
Övlad şıltaqlığıdı, ana.
Əl-ələ versək
sənlə biz,
gecəsi olmayan gündüz
gələrmi uzaqlardan
de, bir gün
xəbərsiz?

Hiç yorum yok:

Yorum Gönder