Nədir bu susqunluğun?
Niyə
danışmırsan, ruhum?!
Mənim
bitməyən yorğunluğum
Sənin
bitməyən qorxun...
Elə istəyirəm
ki, günəşi aparsınlar gecələrdən
Yolları yığışdırsınlar
küçələrdən
Yığışdırsınlar
ki, kiminsə gəlməyinə
Ümidimiz qalmasın
Ümidsiz olanda
daha güclü olur insan...
Gedə bilməz,
inan...
Danış mənimlə,
xahiş edirəm
De ki, məni
çox istəyirsən
De ki,
ölüm belə bizi ayıra bilməz...
Bu nə tənhalıqdır,
ruhum?
Dünyaya anamla
gəlmişdimsə,
Dünyadan
niyə onsuz getməliyəm?
Bu azmış
kimi, sənin də məni tərk edəcəyini deyirlər.
Göylərə
uçacağını.
Yox,
inanmıram
Sən mənsiz
getməzsən.
Axı mən səni
sevirəm, qanadlarını,
Qanadlarını
sevirəm...
Amma qanadlarını
sevirəmsə
Uçmamağı necə
istəyə bilərəm səndən...
Ehh... lənətə
gəlmiş sevgi!
Deyəsən,
anlamağa başlayıram
Əsl sevgi
– ruhunu sevmək kimidir
Bir gün
gedəcəyini bilə-bilə
Yenə də
sevmək...
***
Burax əlini
ümidlərimin
Qoy uçurumdan
aşağı yuvarlansınlar
Sən
yoxsansa
Daha heç
kimə lazım deyillər
Arzuları da
boş vermişəm...
Indi
Dilimə
dolaşmış sözlərini açmaqla məşğulam
Sən gedəndən...
Bir də
Dünyanın mərkəzindən
qaçmaqla məşğulam,
Səndən...
səndən...
"Ədəbiyyat qəzeti"
30 iyul, 2016.
Hiç yorum yok:
Yorum Gönder