Bilirsən,
Bəzən beynimdə qaynaşan fikirlər
Yırtıcı heyvan kimidir,
Gərək kilidləyəsən onları
Ki, coşub
Xəsarət yetirməsin.
Gecələr
Fikirlər
Vəhşi caynaqlarını yonaraq
Beynimi cırmaqlayır,
Mənə hakim olmaq istəyir -
Hakim və həkim.
Mən isə
Qamçıyla vurub
“Alle-hooop!” qışqırıb
Fikirləri
Əhliləşdirirəm
Hər gecə...
Sima
Hiç yorum yok:
Yorum Gönder