Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
26 Ağustos 2018 Pazar
"Mətbəx yazıları" silsiləsindən
Artıq hər birimiz real insan olmaqla yanaşı, həm də virtual bir varlığıq. Zaman keçdikcə, reallıqdan imtina edib, tam virtual olmaq təhlükəsi varmı? Bu fikir zaman-zaman ağlıma gəlir... Özümlə əlaqələndirmirəm, hərçənd virtual ünsiyyəti, virtual gəzişməni, mütaliəni və s. daha çox sevmişəm - amma mənə görünən budur ki, gerçəkliyin çətinliyindən, ətrafdakı insanlarla anlaşma nöqtəsini tapmamaqdan, və s. səbəblərdən qaçaraq, virtualda təklənən insanların sayı artmaqdadır. Cismani tək, amma virtual dünyada minlərlə dostla... Bu, mənə plasebo effektini xatırladır - xəstəyə əsil dərman deyil, əhəmiyyətsiz bir "dərman" verirlər, xəstə də dərmanın effektivliyinə inanaraq, məhz özünün inam və inanc gücü ilə sağalır; yəni, əslində neytral olan, amma xəstənin daxili inamı ilə "sağaldıcı" effektlə yükləndirilən bir vasitə.
Yaponiyada tənha qocaların ölümündən sonra onlardan miras qalmış əşyalar xüsusi şirkətlər tərəfindən daşınıb ucuz satılır - bu əşyalara sahib çıxan kimsə olmur, çünki varislər yoxdur. İndi belə biznes şirkət sahiblərinə milyardlar qazandırır, axı bu əşyalar adi istehlakçı baxımından dəyərsizdir - köhnə kitablar, tozlanmış fotolar, nimdaş paltarlar, rəngi siyrilmiş qazan-quzan kimə lazımdır axı... Halbuki, bu əşyaların sahibi həmin kitabı oxuyarkən, həmin qazanda yemək bişirərkən, bəlkə də həmən an xoşbəxt idi...
Sima, avqust, 2018
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder