Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
18 Aralık 2018 Salı
18 dekabr - Yumrulanmaq günüdür :)
Sən demə, yumrulanmaq günü vardır. Və dekabr ayının 18-də bütün pozitiv və bəzən tənbəlliyin tələsinə düşən insanlar onu qeyd edir. Yumrulanıb yatmaq istəyəndə, kəkotulu məxməri çay, isti yorğan, yun corablar, evdəki sakitlik və maraqlı bir sevgi filmi ani olaraq fikrindən keçir. Belə rahatlıq, qayğılardan uzaq mikro-dünya nəyə desən dəyər... Dekabr yağışı da bu arada sürətlə pəncərələri döyəcləyir, qonaq olmaq istəyir...
Pişik necə yumrulanıb yatırsa, bəzi insanlar da yumrulanıb yatmağı sevir. Bəlkə də bu, dölün ana bətnindəki vəziyyətindən irəli gəlir. Hələ dünyaya göz açmayan uşaq ana bətninin qaranlıq və isti dünyasında yumrulanaraq yaşayır, böyüyür, doğulmağa hazırlaşır. Və həyatının mürəkkəb dövrlərində insan yumrulanıb yatmaqla, sanki ana bətnindəki müdafiəni, sıx bədən təmasını və qırılmaz əlaqəni, təhlükəsizliyi, mənəvi dəstəyi yenidən duymağa çalışır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder