https://philologist.livejournal.com/8119076.html
*
Ədəbiyyat sənətbazı, ömrünün
sonuna qədər yararsız mətnlərlə məşğul olmaq istəyən adam qoy bu məqaləni
oxumasın, o, boşuna vaxtını itirəcək və əhvalını pozacaqdır. Məqalədə əlyazmanı
necə soxuşdurmaq, materialı necə işləmək haqqında məsləhətlər, redaktor qələminin ərköyünlüyünün təhlilinə
və nitq hissələrinin əbədi məkrinə dair qeydlər də yoxdur. İslahedilməz qrafomanlar, məqalə sizlik deyil! Bu məqalə
hələ də orta məhsul yaradan, lakin idealları olan yazara ünvanlanmışdır, elə
bir yazara ki, əsil sənətə can atır və gələcəkdə kənd təsərrüfatı qəzettlərinin
və ya “ailəvi” jurnalların kəndarına bir daha ayaq basmayacağı zamanları xəyal edir.
Əziz ser, madam, miss, seçdiyiniz sahədə necə tanınmalı? Dahiliklə?
Amma siz dahi deyilsiniz. Dahi olsaydınız, bu sətirləri oxumazdınız. Dahi bütün
məngənələri və inancları kənara atır, onu ram etmək, itaətdə saxlamaq mümkün
deyil. Dahi, bizim kimi, hər meşədə uçmur. Bəlkə siz istedadlısınız? Bəli, əlbəttə,
potensiyada güclüsünüz. Herakl bələkdə olarkən, əzələləri nazik tel kimi
idi. Sizin də istedadınız inkişaf etməmişdir. İstedad müvafiq qaydada qidalansaydı, və
uyğun şəkildə formalaşsaydı, bu məqaləni oxumağa vaxt sərf etməzdiniz. Əgər
istedadınızın kamilləşdiyini düşünürsünüzsə, o zaman məqaləni oxumağı
dayandırın! Əgər istedadınız bu pilləyə
hələ çatmayıbsa, sizcə, hansı yolla bunu edə bilərsiniz? Düşünmədən cavab verərsiniz ki, orijinal
olmalıyam və daim orijinallığımı inkişaf etdirməliyəm.
Əla. Lakin məsələ orijinal olmaqda
deyil, bunu uşaq da anlayır, məsələ - necə orijinal olmaqdadır. Oxucuda sizin əsərlərinizə
həris marağı necə yaratmalı, naşiri əsərlərinizi ovlamağa necə məcbur etməli? Nə
qədər parlaq istedad varsa da, özgə orijinallığın şüalarını əks etdirərək,
başqasının dalınca getməklə orijinal olmaq mümkün deyil. Axı Valter Skot və Dikkens, Edqar Po və
Lonqfello, Corc Elliot və missis Hemfri Vord, Stivenson və Kiplinq, Entoni
Houp, Meri Korelli, Stiven Kreyn və xeyli digərləri üçün heç kim yol açmayıb.
Naşirlər və oxucular bu günə qədər onların kitablarını tələb edirlər. Bu
yazarlar orijinallığı əldə etmişlər. Nə ilə? Onlar azacıq küləkdən səmtini dəyişən
ağılsız flüger kimi olmamışlar. Onlar da sonradan uğursuz olmuş başqaları kimi
başlamışlar, onlara da həmin dünya həmin bəsit ənənələri ilə miras qalmışdır.
Lakin bu yazarları uğursuz yazarlardan bir cəhət fərqləndirir: onlar əldən ələ
ötürülən materialı rədd edərək, birbaşa qaynağın özündən yararlanırdılar. Bu
yazarlar özgə nəticələrə, özgə nüfuzlu fikirlərə etimad göstərmirdilər.
Yaratdıqları məhsula onlar öz şəxsiyyətinin möhürünü vurmağı lazım biliblər –
bu möhür müəllif hüququndan daha önəmli nişandır. Bu yazarlar özünün şəxsi həyat
fəlsəfəsinin formalaşdırılmasında əldə etdikləri zəruri materialları dünya və
onun ənənələri (digər sözlə, insan mədəniyyəti və biliklərindən) qaynağından götürürdülər.
“Həyat fəlsəfəsi” ifadəsinin dəqiq
izahı yoxdur. Həyat fəlsəfəsi özəl məsələləri
həll etmir. O, sırf könlün keçmiş və gələcək iztirablarında, cinslərin fərqli və
ya oxşar mənəvi qanunlarında, qadının iqtisadi müstəqilliyində, qazanılmış
xüsusiyyətlərin irsən ötürülməsində, spiritizmdə, dəyişmədə, spirtli içkilərə
münasibətlərdə və s. problemlərdə diqqətini
cəmləmir. Eyni zamanda o, bu məsələlərlə də, həmçinin həyat yolunda mütləq
qarşılanan digər qəliz məsələlərlə məşğuldur və bu, gerçəklikdən qopmuş, nisbi
həyat fəlsəfəsi deyil, gündəlik işlək, işçi həyat fəlsəfəsidir.
Belə fəlsəfə uzunmüddətli uğur
qazanmış hər bir yazara məxsus olmuşdur. Belə yazarın xüsusi, yalnız ona məxsus
olan baxış bucağı vardır. Hansısa ölçü, və ya ölçü vahidi dəsti ilə o, diqqətinin
yönəldiyi hər şeyi ölçür. Bu fəlsəfəni rəhbər tutaraq, yazar xarakterlər
yaradır və hansısa ümumiləşdirmələri edir. Məhz bu fəlsəfəyə görə yazarın əsərləri
sağlam, doğru, təzə görünür, dünyanın eşitmək istədiyi yeniliyi kəşf edir. Bu, əldən
ələ keçən, çoxdan çeynənmiş və dünyaya məlum
olan həqiqətlər deyil, yazarın özünün həqiqətləridir.
Lakin səhvlərdən ehtiyat edin. Belə
fəlsəfəyə malik olmaq özünü didaktikaya tabe etmək demək deyildir. İstənilən
mövzuda öz fikrini bildirmək bacarığı oxucuları nəsihətamiz romanlarla
darıxdırmağa əsas vermir, amma bunu qadağan da etmir. Qeyd etmək lazımdır ki,
bu yazıçı fəlsəfəsi oxucunu hər hansı bir çətinliyin həllinə yönəltməyi nadir
halda düşünür. Yalnız nəhəng yazarların bir qismi açıq didaktik idilər, bəziləri
isə, məsələn, qoçaq və zərif Stivenson kimi, özlərini tamamilə yaradıcılıqda
ifadə edərək, nəsihətə kiçik işarədən belə yan qaçırdılar. Yazarların çoxu öz fəlsəfələrindən gizli bir
alət kimi istifadə edirdilər. Onun vasitəsilə yazarlar fikri, süjeti, xarakterləri elə
formalaşdırırdılar ki, bu fəlsəfə əsərə tam hoparaq, onun haşiyəsindən kənara
çıxmasın.
Anlamaq lazımdır ki, belə işçi fəlsəfə
yazara imkan verir ki, həm özünü, həm də gördüyü, qiymətləndirdiyi hər şeyi “mən”indən
keçirsin, həzm etsin. Yuxarıda deyilənlərə
Şekspir, Höte, Balzak kimi zəka nəhəngləri xüsusilə parlaq nümunədir.
Onların hər biri o dərəcədə özü olduğu kimi idi ki, bir-biri ilə müqayisə etmək
olmur. Hər biri öz anbarından, özünün işçi fəlsəfəsindən qaynaqlanırdı. Və
özünün məxsusi ideallarına uyğun olaraq, əsərlərini yaradırdı. Doğulduğu gündən,
bəlkə də onlar adi uşaqlardan heç nə ilə fərqlənmirdilər, lakin ənənələrə malik
dünyadan bu yazarlar elə bir nələrisə mənimsəmişlər ki, bunları yaşıdları dərk
etməmişdir. Yəni – dünyaya deyilməli olanı.
Bəs sizin, ay gənc yazar, deməyə sözünüz varmı? Əgər varsa, sözü deməyə mane olan nədir? Siz dünyanın eşitmək istədiyi fikirləri inkişaf etdirməyə qadirsinizsə, onları düşündüyünüz kimi ifadə edin. Əgər aydın düşüncəyə maliksinizsə, aydın yazacaqsınız; əgər fikriniz dəyərlidirsə, əsəriniz də dəyərli olacaqdır. Lakin əgər təhkiyəniz maraqsızdırsa, - çünki fikriniz maraqsızdır, fikriniz məhduddursa, deməli, özünüz məhdudsunuz. Fikirləriniz qarışıq və dolaşıqdırsa, aydın təhkiyəni necə gözləyəsən? Biliyiniz az və nizamsızdırsa, təhkiyəniz sərbəst və məntiqli ola bilərmi? Möhkəm bünövrə, işçi fəlsəfə olmadan xaosdan nizam yaratmaq olarmı? Düzgün anlamaq və öncədən duymaq mümkündürmü? Əldə etdiyiniz bilik zərrəciklərinin ölçüsünü və nisbi dəyərliyini təyin etmək olarmı? Bütün bunlar olmadan özü-özünüz ola bilərsinizmi? Qayğılardan tükənmiş dünyaya təzə nəsə gətirə bilərdinizmi?
Belə bir fəlsəfəni yalnız bir yolla əldə etmək olar – axtarış yoluyla, bilik xəzinəsindən, dünya mədəniyyətindən əldə edilmiş materialdan formalaşdırma yolu ilə. Tiyanın dərinliyində təsir edən qüvvələri anlamazdan əvvəl buxar qabarcıqları haqqında nə bilirdiniz? Əgər rəssamın yəhudi tarixi və mifologiyası haqqında təsəvvürü olmasa, yəhudi xarakterini formalaşdıran müxtəlif xırda cizgiləri – inanc və ideallarını, ehtiras və vərdişlərini, ümid və qorxularını anlamasa, «Ecce Homo” (İsa Məsihlə bağlı) çəkə bilərdimi? Görkəmli qədim alman eposundan bixəbər olan bəstəkar «valkiriyaların uçuşunu» yarada bilərdimi? Bütün bunlar sizə də aiddir – öyrənməyə, oxumağa ehtiyacınız var. Siz həyatın simasına anlayaraq baxmağı öyrənməlisiniz. Hər hansı hərəkətin xarakterini və mərhələsini anlamaq üçün şəxsiyyəti və kütləni idarə edən motivləri dərk etməlisiniz, bu o motivlərdir ki, əzəmətli ideyaları yaradır və hərəkətə gətirir, Cordano Brunonu dar ağacına, İsa Məsihi çarmıxa aparır. Yazıçı əlini həyatın nəbzində tutmalıdır və o zaman həyat ona özünün işçi fəlsəfəsini verəcəkdir, yazıçı da öz növbəsində bu fəlsəfə ilə həyatı qiymətləndirəcək, müqayisə edəcək, seçəcək və dünyaya izah edəcəkdir. Məhz bu şəxsi möhür, dünyaya şəxsi baxış fərdilik adı ilə tanınır.

Sizə tarixdən, biologiyadan, təkamül
elmindən, etikadan və minlərlə bilik sahəsindən nələr məlumdur? Etiraz edib deyə
bilərsiniz ki, bu elmlər roman və ya poema yazmağa necə kömək göstərə bilər?
Amma onlar birbaşa deyil, bilavasitə kömək edə bilər. Biliklər düşüncələrinizə dərinlik
verir, üfüqlərinizi genişləndirir. Onlar sizi öz fəlsəfənizlə silahlandırır və
heç bir fəlsəfənin yarada bilməcəyi orijinal fikirləri yaradır.
Bu, möhtəşəm vəzifədir,- deyirsiniz, - mənim buna vaxtım yoxdur. Lakin digər insanları bu miqyas qorxutmur. Həyatınızın uzun-uzadı illəri sizindir. Aydındır ki, hər şeyi bilmək mümkün deyil, lakin bilikləri əldə etdikcə, yazarlıq ustalığınız və ətraf insanlara təsiriniz artacaqdır. Zaman! Vaxt! Vaxtın olmadığını deyəndə, vaxtdan səmərəli istifadə etməmək nəzərdə tutulur. Siz düzgün oxumağı öyrənmisinizmi?

İl ərzində nə qədər maraqsız hekayə
və roman oxuyursunuz, nə qədər hekayə yazmaq sənətini öyrənirsiniz, və ya tənqidi
bacarığınızı məşq etdirirsiniz? Neçə jurnalı son səhifəsinə qədər oxuyursunuz?
Sizin vaxt budur, və siz onu axmaqcasına xərcləyirsiniz, zamanı isə qaytarmaq
olmur. Mütaliə üçün materialı səylə seçməyi bacarın, əsas fikri anlayaraq, sürətlə
oxuyun. Siz gündəlik qəzetləri, elanlar
daxil olmaqla, son sözünə qədər oxuyan xərifləmiş qocalara gülürsünüz. Sizin müasir
ədəbiyyat selinə qarşı sinə gərmək cəhdləriniz
də miskin deyilmi? Hər halda bu seldən yayınmayın. Yalnız ən yaxşı əsərləri
oxuyun. Oxuduğunuz hekayəni yarımçıq qoymaqdan qorxmayın. Yadda saxlayın ki,
siz öncə yazıçısınız. Yadda saxlayın ki, özgə əsərləri oxumaqla, onları
qarışdırıb seçə bilərsiniz, amma özünüzün yazmağa mövzunuz olmayaq. Vaxt! Vaxt
tapmasanız, inandırıram ki, dünyanın sizi dinləməyə vaxtı olmayacaqdır.
Çevirdi: Sima
Hiç yorum yok:
Yorum Gönder