3 Mayıs 2012 Perşembe

Madlen Olbrayt kitab haqqında

Sunday Book Review 25 aprel, 2012
- İndi masanızın üstündə neçə kitab var?
- Üç kitab. Robert Massinin “Görkəmli Katerinası”, Linn Olsonun “London vətəndaşları: acı və şən saatlarda Britaniyaya dəstək vermiş amerikalıları”, Uolter Ayzeksonun “Stiv Cobs” kitabı.
 - Nə zaman və harda kitab oxumağı sevirsiz? - Bazar günləri evdə, bir də təyyarələrdə, qatarlarda.
 - Hansı kitab Sizə daha güclü təsir etmişdir? - Güclü təsir? Darıxdırıcı olacam, amma risq edib deyərdim ki, “Hərb və sülh” – elektron kitab şəklində.

 - Tələbə olarkən, hansı kitabları oxuyurdunuz?
- “Qürur və qərəz” (üzümə bığ yapışdırıb, cənab Bennet rolunu da oynamışam ali məktəbdə), Teodor Drayzerin “Kerri bacı” romanını.
 - Sizcə, prezident hansı kitabı oxumalıdır? Ümumiyyətlə, ölkə başçıları hansı kitabı oxumalıdırlar? - Vaslav Havelin dərin, zarafatyana və çox mənalı “Mümkünsüzlük incəsənəti” kitabını.
 - İdeal mütaliə nə deməkdir? Siz hansı kitabları sevirsiz – agladan, ya güldürən, öyrədən, ya əyləndirən?
 - Ən yaxşı kitab, yaxşı cıxış kimi bunların hamısını edir – sizi güldürür, düşünməyə vadar edir, ağladır, əyləndirir – yaxşı olar ki, elə bu ardıcıllıqla etsin.
 - Bəs uşaqlıqda sevimli kitabınız vardı? Sevimli qəhrəmanınız kimdi?
 - “Balaca şahzadə”, çex nağılı “İşıldaböcək”, Frantişek Langerin “Praqa əfsanələri”ni çox sevirdim.
 - Hansı kitabdan narazı qalmısız?
 - Diplomatiya ad çəkməyi yasaqlayır, amma deyə bilərəm – Kennan ..... (taniyanlar bilir, kimi deyirəm). O, mənim səbrimi tükətdi.
 - Siz hansı yazarla görüşmək istərdiniz?
 - Robotlar haqqında yazan, “Kərtənkələlərlə müharibə” kitabının müəllifi və valideynlərimin sevimlisi Karel Çapeklə. Bu yazıçı indi az tanınır, amma 1930-cu illərdə o, Avropanın intellektual və humanist yazarlarindan biri idi.
 - Yazıçı olmaq istəsəydiz, necə kitab yazardınız?
 - Atam diplomat və professor idi, 6 kitab yazmışdı. Əlbəttə, o, mənə çox böyük təsir göstərib. Bundan əlavə, Ketrin Qremin “Şəxsi əhvalat” əsəri mənim nəslim üçün memuar janrına bir nümunədir.
 - Tərcümə edilmiş kitablardan oxuyursunuzmu?
 - Bəli. Markesin “Taun zamanı sevgi” romanı, Orxan Pamukun “Qar”, “Mənim adım Qırmızı” kitabları sevdiyim kitablardandır.
 - Dövlət idarəçiliyini öyrənən tələbələrə hansı kitabı məsləhət görərdiniz?
 - Prezident Consonun müşaviri Harri Petersonun “Siyasi təhsil: Vaşinqtonun xatirələri”ni, Robert Karonun Conson haqqında kitablarını.
 - Yaxın günlərdə hansı kitabları oxuyacaqsınız? 
- Eleyn Peycelsin “Etiraflar” kitabını, doktor Rou və Kanın yazdıqları “Uğurlu qocalıq” kitabını.

http://www.nytimes.com

Hiç yorum yok:

Yorum Gönder