Şəkinin enişli-yoxuşlu küçələrini gəzməkdən doymadım. Bakının səs-küylü, tozlu-torpaqlı, havada uçan neylon zibil torbalı küçələrindən sonra Şəkinin səfalı havasından uda-uda tər-təmiz küçələrini gəzmək adama ləzzət edir. Bu dəfə çəkdiyim şəkilləri ETNO silsiləsinə aid etdim. Həqiqətən, tanımadığım sənətkarların əl işlərinə baxanda, ruhum dincəlir. Hələ təndirdə bişən çörək... Xeyli durub baxmışam təndirdəki çörəklərə...
Əvvəlcə Karvansaraydan bir neçə şəkil:
Müasirlik və qədimlik: texnologiya və əl işi (dulusçuluq, misgərlik)
Dekorativ sənət
Ətirli təndir çörəkləri
Hiç yorum yok:
Yorum Gönder