* Kitabdan sədaqətli dost yoxdur.
* Yazıçının ən yaxşı tərbiyəsi - onun bədbəxt uşaqlığıdır.
* Yaxşı nəsr əksər hissəsi su altinda qalan aysberq
kimidir.
* Yazıçıya nə mane olur? Spirtli içki, qadınlar, pul və şöhrətpərəstlik.
Həmçinin, spirtli içkinin, qadınların, pulun və şöhrətpərəstliyin əskikliyi.
* Bütün yaxşı kitablar bir-birinə oxşayır, çünki
onlar həyatdan doğrudur.
* Yaxşı kitabı oxuyub qurtaranda, sənə elə gəlir ki,
yazılanlar sənin həyatındandır və olanlar həmişə səninlə qalacaq – yaxşı da,
pis də, sevinc də, kədər də, təəssüflər də, insanlar da, olduğun yerlər də, hətta
o vaxtkı hava da.
* İnsan haqqında sadə doğru nəsri yazmaqdan çətin iş yoxdu.
* Nəsr – memarlıqdır, dekorasiya sənəti deyil.
* Söz - əsrlərdə qalan yeganəlikdir.
* Yazışı nə demək istədiyini deməkdənsə, onu
yazmalıdır.
* Yaxşı kitab yalnız sevgi, müharibə və ölüm
haqqında ola bilər.
* Qəzetə köşə yazmaq – ölümsüzlüyün əvəzedicisidir.
* Daim iş haqqında düşünsən, masa arxasına əyləşənə
qədər işə marağın itər. Fiziki işlə məşğul olmaq lazmdır ki, bədən yorulsun,
bunun ən yaxşı üsulu sevdiyin qadınla
sevişməkdir.
* Müharibədə vuruşanlar gözəl insanlardır, ön cəbhəyə yaxınlaşdıqca, daha çox gözəl insanlara rast gəlirsən.
Müharibələri qızışdıranlar isə yalnız iqtisadi rəqabəti və mənfəəti düşünən
donuzlardır.
* Müharibəni udan həmişə müharibə edəcək.
* Qalib heç nə qazanmır.
* İtirməyə hazır deyilsənsə, risq etməyə dəyməz.
* İtirməyə heç nəyin yoxdusa, həyatda öz yerini
tapmaq asandır.
* Dünya gözəl yerdir və onun uğrunda vuruşmağa dəyər.
* Sevmədiyin adamla heç vaxt səyahətə çıxma.
* İki nəfər bir-birini sevirsə, bunun yaxşı sonu ola
bilməz.
* Qadını, batalyonu itirdiyin kimi itirirsən:
hesablamalarda səhvlərin, yerinə yetirə bilmədiyin əmrlərin, ağır şərtləin ucbatından.
Bir də öz eşşəkliyinin ucbatından.
* Yalnız, sevgisi bir- birinə nifrət etmək üçün kifayət
olmayan sevgililər bir-birini unuda bilər.
* Qadınla dostluq etməzdən əvvəl ona aşiq olmaq
lazımdır.
* Sərxoş halda verdiyin vədlərə ayıq vaxtında əməl
et. Bu, dilini saxlamağı sənə öyrədər.
* Əxlaq haqqında bunu bulirəm ki, sənə nə
yaxşıdırsa, əxlaqlıdır; nə pisdirsə - əxlaqsızdır.
* Yalnız cavablar deyil, suallar da köhnəlir.
* Bütün düşünən insanlar ateistdirlər.
* Şərə qarşı mübarizə insanı xeyirpərvər etmir.
* Qocaların müdrik olması fikri yanlışdır. Qocalar
müdrik deyil, onlar ehtiyatlıdırlar.
* Coğrafiya səni əzablardan qurtara bilməz. Özün-özündən
qaça bilməzsən.
* Aclıq insanı yaxşı nizamlayır və çox şeyi öyrədir.
Oxucular bunu anlamayana qədər, sən onlardan irəlidəsən.
* Həyatda ən xırda yaxşılıq etmək imkanın yaranırsa,
onu etmək lazımdır.
* Bütün həyatın yalanla keçibsə, yalanla da ölməlisən.
* Sən zarafat edəndə, insanlar səni anlamırlar. Və həmin
insanlar başa düşmürlər ki, hər şeyə
dözmək üçün zarafat etməlisən.
* Həyat hər kəsi sındırır, bir çox insan sındığı
yerdə daha möhkəm olur. Həyat ən xeyirxahları, ən güclüləri və ən incələri məhv
edir. Sən bunlara aid olmasan da, əmin ol ki, səni də öldürəcəklər, amma tələsmədən.
* Bütün heyvanlardan yalnız insan gülə bilir, hərçənd
onun gülməyə ən az səbəbi var.
* İnsana etibar edə biləcəyini bilmək istəyirsənsə,
ona etibarını göstər.
* İşindən həzz alan adamı kasıbçılıq üzmür.
* Bizdə həmişə belədir: səni maraqlandıran, mənə
maraqlı deyil.
Çevirdi: Sima
Hiç yorum yok:
Yorum Gönder