15 Mayıs 2012 Salı

Çağdaş poeziyamız. Qadın yazarlar





Nuranə Nur
Yaraşmadı duyğularıma bu bahar,                     
günlər də uzanır

bir birinə bənzəyən hekayələr kimi...
Maşına minən kimi

keçib pəncərə tərəfdə 
otururam baharı daha yaxşı görüm deyə…
Hər şeyin içindən çıxan
heç neyə görə
içimə atdığım yumruqların ağrısı
bir qədər azalsın deyə...
Aman ürək,
bu nə həzin layladı?
üşüdüyüm gecələrdə üstümə örtdüyüm
səssizliyin dibindən gəlir.
Bəlkə də sonunu bildiyim üçün
Dinləyə bilməyəcəm sonuna qədər
amma həmişə biləcəm
yarım qaldığını…







 Günay Umid 
"Olmaz"ların azadlığı

Bu gecə

Sözlərinə sərdim yatağımı


Səsinlə örtdüm üstümü.


Nəfəsin şirin-şirin

Layla dedi günahlarıma.

Bütün sükutları hədələdim
Hirsimi tökməyə
Bir səhifə qopardım həyatımdan
Qələmimin naləsini bükməyə.

Bütün “olmaz”ları azad elədim,
Günahlarını bağışladım
Özümdən savayı...
Qorxularımı hürkütdüm
Içimdə yaşayan Ölümdən savayı...


Narıngül
Çox sonra
Darıxa-darıxa
böyütdüm bu şəhəri.
Mən, div görkəmli
binaların ətəyində
qarışqa süfrəsinin qonağı.
Qonağım ol, şəhər!
Bir çılpaq payız günü
unutdum içimdəki
paslanmış gizlinləri.
Xatırlaya bilmədim heç nəyi...
Çox sonra
küçənin ortasında
Içi fəsillərlə dopdolu bir qadın
xatırlaya bilmədi yağan yağışları...
Başın sağ olsun, şəhər!
Mən içimdən keçirəm,
keçir məni vağzalından!

(Şeirlər "Pərvanə" ədəbi məclisin FB səhifəsindən götürülmüşdür)


Hiç yorum yok:

Yorum Gönder