10 Mayıs 2012 Perşembe

Ədəbi irsimizdən. Borsunlu Məzahir Daşqın. S U S M A R A M


Məzahir Daşqın.png

Mən bir qulam,əzilmişəm yük altında ,qardaşım,
Sevinc bilməz bir məhkumam ,ahu-zardır sirdaşım.
Çiynimdəki kəcavədə gəzir böyük hökmdar,
Əcdadımın qanındadır,taxtındakı boyalar.
**************************​**********************
İnanmasan,get görməyə,vicdan əzən zindanı,
Oxuyarsan daşlarında min bir qəmli dastanı.
Sual versən o daşlara,danişarlar babandan,
Onu necə yükləmişlər heyvanlar tək bir zaman.
**************************​**********************
Çiyinləri qabar atmış,üzgün düşmüş ən sonu,
Ağır yüklər əzabından,üsyan edərkən onu.
Gündə vurub ,zəncirləyib,tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər mənzil olmuşdur ona,
**************************​**********************
Mənə "dinmə, sus- "deyirsən,nə vaxtacan susacam?
Böhranların ,hicranların fərmanında qalacam,
Necə susum,danışmayım insanlıqda payım var.
Mənim Ana Vətənimdir talan olan bu diyar,
**************************​**************************
Necə susum danişmayım ,namus belə söyləyir,
Sifarişlər qəbul edib, " yaşayınca öl " deyir.
Necə susum ,danişmayım, Turk yurdudur bu torpaq,
Oğuzların ,elxanların vətənində kimdir,bax ???!!!
**************************​**************************
Susmayacam,qoy assınlar yük altında ölüncə,
Təhqirlərə hədəf olub ,düşmən mənə gülüncə.
Qoy O cəllad parçalansın,yasaqlıqdan sən əl çək,
Mərd tanısın tarix səni,soruşarkən gələcək.
**************************​*************************
Süd verərkən dərdli anam,belə deyirdi mənə,
Səni qurban bəsləyirəm,turk yurduna,vətənə.
Bu dünyanın şöhrətindən,azadlığı üstün tut ,
Yaltaqlığı,arsızlığı alçaqlıq bil,sen unut .
**************************​**********************
Sənin sevgin vətən olsun,millət olsun,mən olum,
Südüm sənə haram olsun,xəyanət etsən,oğlum.
İndi necə dillənməyim,eyləyimmi xəyanət?
Hani Vətən,hani namus ,bir söylə,hani millət?
**************************​************************
Mən bir qulam,yerim altun,suyum gümüş,özüm ac ,
Atam məhkum,Anam sayıl,elim çörəyə möhtac
Dil yaranıb danışmağa,mən danışa bilmirəm,
Yar sinəmi,aç qəlbimi,ciyər vərəmdir,vərəm !
**************************​*************************
Koramal tək sürünməkdən,söylə varmı bir məna,
Nəvaxtacan çörək üçün girim hər alçaq dona!
Mən insanam ,qəlbim vardır ,kəskin zəkam ,əqlim var.
Bəs deyilmi çiynimizi yagır etdi bu yadlar!
Nə qədər ki,hakimlik var ,məhkumluq var,mən varam
Zülmə qarşı Usyankaram,Əzilsəmdə, SUSMARAM !!!
**************************​**************************​*****
Borsunlu Məzahir Daşqın. 1942-ci il


http://www.azadliq.org

Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.
İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınır, ölüm düşərgələrində işgəncələrə məruz qalır. Şimali Afrikada və İtaliyada olur.
1945-cı ildə vətənə qayıtmaq imkanı tapsa da, onu doğma vətənə buraxmayıb həbs edir, Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına "Aşıq qardaşıma" adlı şeir də həsr etmişdir.
Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), sonra ömrünün axırınadək Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini Daşqın təxəllüsü ilə çap etdirmişdir. 1979-cu il oktyabrın 31-də vəfat etmiş, Borsunlu kəndində dəfn olunmuşdur..

4 yorum:

  1. Bu şeir Əhməd Cavadındı

    YanıtlaSil
    Yanıtlar
    1. Ehmed Cavadın deyil Sadece onun adına çıxıblar.

      Sil
  2. Halal olsun Məzahir daşqına

    YanıtlaSil
  3. Bu şe'r ilk defe 2004 cü ilde Gencebasar qezetinde E.Cavadın adından çap olunub

    YanıtlaSil