Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
5 Mayıs 2012 Cumartesi
Çağdaş poeziyamızdan nümunələr
SALAM SARVAN
***
Dksinərsən qanından
analiz verdiyin yerdəcə.
Diksinərsən bir damcı
qanının yayıldığı şüşə parçası
tibb bacısının əlindən
yerə düşüb sınanda.
Diksinərsən
sınmış şüşə qırıntıları
və sındırılmış kişi qırıntıları
tapılanda qanında.
Sonra tapançandan
atəş açarsan iki dəfə:
birini havaya - xəbərdarlıq atəşi,
birini gicgahına.
AQŞİN YENİSEY
Günel üçün
Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu var qadınların.
Şəhər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxar.
Zəlzələdən sonra şəhərdən nə qalirsa,
divar odur.
Sevgidən sonra şairdən nə qalırsa,
söz odur.
Unudulandan sonra qadından nə qalırsa,
Sən osan.
NƏRMİN KAMAL
***
Sevgiliniz atanda sizi
ürəyiniz bulananda kədərdən
təhqir olunanda gözünüzün içinə kimi
canınıza üşütmə salanda
qarşıda böyük illəri tək yaşamaq
buna dayanmaq istəyirsinizsə bir az asan
çarəni uzaqda axtarmayın
yubanmadan
dəyişin ayaqqabınızı
Sağ ayaqqabını sol ayağa geyin
Sol ayaqqabını sağa.
Yol gedin durmadan
Elə narahatlıq verəcək ki ayağınıza
Kirəclənmə gələcək ki
tərlikdən damarlarınıza
Hər dərdə dözmək
nə qədər asandı bunun yanında.
ZAHİR ƏZƏMƏT
Bu da son
bizlər ağlamaqçün doğulmamışdıq
nələr yapdılar nələr yapdılar
ağlatdılar
silah çiyinlərimiz atılmağa hazır.
bizlər yıxılmaqçün doğulmamışdıq
necə yıxdılar necə yıxdılar
uçuq divarlara sıxdılar
bizlər sevilməkçün doğulmuşduq
sevmədilər
yaşamaqçün doğulmuşduq
qıymadılar
offf offfff
bizi öldürməkdən doymadılar.
QULU AĞSƏS
***
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı...
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu...
Qəflətən bir çağa salar hy-həşir.
Səhər - körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? körpəsi hanı? ...
Görsən hər tərəfdən əlin üzülür,
Görsən uşuyursən...
yandır özünü...
"Yazı" ədəbiyyat dərgisi, noyabr 2011 (N 1)
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder