3 Mayıs 2012 Perşembe

3 may - Günəş günüdür

Günəş... Kosmik enerji mənbəyi. Yerə ən yaxın ulduz. Günəşsiz Yer kürəsində həyat olmazdı. Bütün təbiət,eləcə də insanın özü Günəşə bağlıdır, Günəşlə bağlıdır. 1994-cü ildən etibarən, bütün dünyada Günəş günü qeyd edilir.Günəş bizə istilik verir, işıq verir, həyat verir. İstilik mənbəyi kimi o, bizə ehtiras, mərdlik və əbədi gənclik bəxş edir; işıq mənbəyi kimi Günəş bilik və müdrikliyi tərənnüm edir. Əksər dünya mədəniyyətlərində Günəş yaradıcı enerjinin əsas rəmzidir.

Hiç yorum yok:

Yorum Gönder