28 Aralık 2020 Pazartesi

Coker (ssenari, tərcümə işim, davamı)

 


90.  Ananın yataq otağı, mənzil – axşam

Növbəti kadrda Cokerin üzünü görmürük.

İri plan – bloknot. Coker bloknotu vərəqləyir və Brüs Veynin çırılmış ağ-qara fotosuna baxır. Yenidən vərəqləyir - əvvəlki sətrə qədər: iri plan-  “Ümidvaram ki, mənim ölümümdə həyatımdan daha çox məna olacaqdır”.

91.     Qonaq otağı, ananın mənzili – gecəyə yaxın

Coker Rendalın qanlı şalvarından pul kisəsini çıxarıb bütün nağd pulu götürür.

İri plan – Rendalın kəmərindən görünən tapança dəstəyi. Cokerin əli ani olaraq tapançaya tərəf uzanır.

92.      Mətbəx, ananın mənzili – gecəyə yaxın

Coker kağızda yazır: “Bu gün axşam Mürrey Franklinin şousu olacaq. Mütləq bax!”.

Coker kağızı və Rendalın pullarını zərfə qoyur. Zərfi çevirib yazır – “Sofi üçün”.

93.      Qonaq otağının pəncərəsi, ananın mənzili – gecəyə yaxın.

İri plan – Kürən pişik pəncərədə əyləşib, diqqət etsək, nəsə bir qəribəlik duyarıq...Pişiyin pəncərədə əksi yoxdur.

Coker pəncərəni açıb pişiyi yanğın pilləsinə qovur.

COKER – Hə, get. Azadsan.

Pişik, Cokeri əbədi tərk etməzdən əvvəl,  bir müddət Cokerə baxır.

Coker pəncərəni bağlayanda, onun xəfif əksini şüşədə görürük.

94.      Dəhliz, çoxmənzilli bina – gecəyə yaxın

Kamera Cokeri təqib edir – Coker azsürətli addımlarla dəhlizdə Sofinin mənzilinə tərəf gedir. Onun yaşıl saçları arxaya daranıb.

Coker pas rəngli nimdaş geyimdədir, kostyumu torba kimi sallanır. O, zərfi Sofinin qapısı qarşısında qoyur, cibindən nəzə çıxarıb, qapıda qoyur və gedir.

Coker dəhlizlə gedəndə, görürük ki, o, ucunda güllər olan çubuğunu Sofinin qapısı önünə qoymuşdur.

95.     Lift, dəhliz – gecəyə yaxın.

Cokeri arxadan görürük, o liftə daxil olur, qapı bağlananda, Coker üzünü bizə tərəf çevirir və nəhayət, onun obrazını görürük. Yaşıl saçları arxaya daranıb, öldürdüyü gənclərdən biri kimi... Cokerin üzündə qalın ağ qrim var, qırmızı burun... gözləri üstündə və altında tünd-göy xətlər... Anasının qırmızı dodaq boyası Cokerin ağzını kobud qalın xətlə haşiyələyib. Lampaların sərt işığı altında o, Öz maskasının dəli variantı kimidir.

Qapı onun yeni üzü qarşısında bağlanır. Zəng səsi.

96.      Çoxmənzilli bina – axşam

Coker binadan çıxanda gün batır, Harriti və Berk nişansız Ford avtomobilindən düşürlər.

HARRİTİ – Ey, Artur, hara gedirsən?

BERK – Elə bilirdim səhər bölməyə gələcəksən.

Coker qaçmağa başlayır.

Harriti onun arxasınca qaçır, Berk isə avtomobilə minir.

97.      174-cü küçə, iki döngə

Coker öz məhəlləsindən prospektə çıxır,  ikizolaqlı küçədən avtomobillərlə dolu yola baxmadan keçir, düz qarşısında sarı taksi peyda olur. BAMM!

Taksi Cokerə dəyir, zərbədən Coker yuxarı hoppanıb, avtomobilin üzərinə düşür. Asfalta yıxılır.

Taksinin arxasındakı digər avtomobil tez qarşı zolağa sürür ki, Cokeri əzməsin və qarşıdan gələn yük maşını ilə toqquşur. Küçənin hər iki tərəfində avtomobillər sürüşür, qəza törətməməyə çalışırlar. Xaos. Coker ayağa qalxır. Bədəni ağrıyır.

Harriti xidməti tapançasını çıxarıb Cokerin ardınca qaçır. Berk qəza səbəbindən tıxacda qalır və avtomobildən sıçrayıb çıxır.

Coker axsaya-axsaya üzü aşağı, metroya tərəf qaçır.

            98.    Yerüstü stansiya, bir neçə addımlıqda

Coker tələsik addımlarla pilləkənlə yuxarı qalxır, üzündən, yağlı ağ qrimi yayaraq, tər süzülür. Coker  pilləkənin başına çatanda arxaya dönüb baxır və aşağıda Harriti ilə Berki görür.

99.      Platforma, yerüstü stansiya

Coker adamla dolu platforma ilə aşağı düşür, sərnişinlər mərkəzə gedən qatarı gözləyirlər. Qatar etirazçılarla doludur, onlar meriya qarşısındakı mitinqə tələsirlər. Əksəriyyətinin əlində plakatlar, üzlərində kloun maskası var. Kimsə kloun kimi qrimlənib.

Coker arzulayır ki, qapılar tez bağlansın. Lakin yox – iki detektiv, qapılar bağlanan an özünü qatara dürtür.

100.     Qatar (hərəkətdə)

Coker səs-küylü qatarda, sərnişinləri yara-yara qonşu vaqona keçir. Qatar yerin altına keçdikdə, işıqlar yanıb-sönür.

Coker Berklə Harritiyə baxır – onlar polis nişanını və böyürlərindəki tapançanı göstərərək, sərnişinlərə nəsə qışqırırlar.

Coker eşidir ki, bəzi sərnişinlər qəzəb içində polislərə nəsə cavab verirlər. Coker yoluna davam edir, plakatlı-kloun maskalı nümayişçilərin yanından keçir – plakatlarda “Müqavimət göstər!”, “Mən bəyəm klounam?”, “Şəhəri xilas edin, varlıları öldürün!” yazılıb.

İki detektiv izdihamı yara-yara gedərək, hər kloun maskasına baxır, Cokeri axtarırlar. Klounlar Cokerə elə oxşayırlar ki... Detektivlər camaatı yoldan itələyirlər, nəsə qışqırırlar.

Coker hiss edir ki, Harriti və Berk ona yaxınlaşırlar. Sayrışan işıqda Coker sərxoş bir oğlanı (20 yaşda) görür, onun üzündəki kloun maskasını dartıb çıxarır. Sərxoş oğlan Cokeri vurmaq istəyir, amma o kənara çəkilir və sərxoş oğlan bir başqasına sillə ilişdirir. İzdiham arasında  dava başlayır.

Coker kloun maskasını taxıb bu xaosun içində sakit dayanıbdır.

Harriti və Berk Cokerin qırmızı kostyumunu dalaşan sərnişinlərin arasında görürlər. BERK tapançasını çıxarır.

BERK (bağırır) - Hamı yerə! Uzanın! Hotem polisidir!

Kütlə eşitmir, dava edir.

Berk Cokeri görür. Kütləyə bağıraraq, onu yarıb keçmək istəyir, amma ona qulaq asan yoxdu. Berk etirazçıları yolundan itələməyə başlayır və kütlə bu dəfə onunla və Harriti ilə dava edir. Detektivlər tapançalarını kütləyə tuşlayırlar, panika içində bağırırlar ki, adamlar yol versinlər, bu zaman kimsə Harritinin tapançasını onun əlindən almaq istəyir.

BAM! Güllə.

Berk kütləyə atış açır, qatar stansiyaya yaxınlaşır. Sərnişin yerə yıxılır. Digər klounlar dəli kimi coşurlar. Ani olaraq, görürük ki, Coker sakit halda bu xaosdan uzaqlaşır. Qatardan düşən kimi, o kloun maskasını çıxarıb atır və platformadakı kütlə arasında gözdən itir.

101.     WGCTV studiyası, Franklinin teatrı, şəhərin mərkəzi – axşam.

Bilet almış insanlar Mürrey Franklinin şousunu həyəcanla gözləyirlər.

Qapının yanındakı pavilyonda afişa var – “Bu günkü qonaqlarımız Lens Reynolds, Doktor Salli Fridman. Və xüsusi qonaq”.

Qapılar açılır və publika içəri daxil olur.

102.     Kulis arxasında qapı, Franklinin teatrı, döngə - axşam

Təsadüfi pərəstişkarlar və avtoqraf ovçuları kulisarxası qapıların yanında axşam qonaqlarının gəlişini gözləyirlər.

103.     4B studiyası, səhnə - axşam

Tamaşaçılar studiyaya daxil olub, zalda, divar boyu yerləşən enli tribunalarda əyləşirlər. Tavandan üç televiziya monitoru sallanır, onlar tamaşaçılara tuşlanıb. Aşağıda üç studiya kamerası var, hər yer qara kabellərlə doludur.

Şou səhnəsi hələ də qaranlıqdır. Lakin biz səhnədəki masanı, qonaqlar üçün qoyulmuş kürsüləri, Don Ellis və onun caz orkestrini, böyük göy pərdəni sezə bilərik.

104.     Dəhliz, Franklinin teatrı – axşam

Şounun aparıcısı Mürrey Franklin (60 yaşında), adətən zirək və məzəli təbəssümlü, indi qanıqara halda sürətli addımlarla dəhliz boyu, boz qrim otaqlarına tərəf gedir. Yanında prodüsser Cin Ufland (60 yaş) addımlayır. Prodüserin əlində şounun burulmuş proqramı var.

CİN UFLAND – Sən özün onu görməlisən, Mürrey. Şəhərdə baş verənlərə görə biz onu səhnəyə buraxa bilmərik.

M.FRANKLİN (əsəbi) – Aman Allah, Cin, mənim vaxtım yoxdur. Sindi bütün günü zəhləmi töküb.

UFLAND – O hələ də sənə  hirslidir?

M.FRANKLİN – Üç nikah mənə heç nəyi öyrətmədi... Nəyə baxım? Bilirəm ki, psixdi. Niyə onu dəvət etdik... axmaqlıqdır.

Sarışın gənc praktikant qız əks istiqamətdə onların yanından keçir. Qız əsəbi gülümsəyərək yoluna davam edir. Hər iki kiçi çevrilib onun arxasına baxırlar. Franklin Urfanda göz vurur.

UFLAND (başını tərpədərək, gülümsəyir) – Deyirəm sənə, onu görməlisən. Düşünürəm ki, böyük risk edirik. Bu dəli hər şeyi zay edəcək.

105.     Qrim otağı, Franklinin teatrı

Coker darısqal qrim otağındakı balaca divanda əyləşib, divardan asılmış televizor ilə yerli xəbərlərə baxır – metro stansiyasından canlı kadrlar göstərilir, Berk kütləyə atəş açır, meriya qarşısında mitinq, polislərlə toqquşma...

Coker bacardığı qədər özünü səliqəyə salır. Yağlı ağ qrim səliqəlidir, yaşıl saçları arxaya daranıb. Qırmızı dodaqları çox qurudur.

Franklin və Urvand qapını döymədən qrim otağına daxil olurlar. Coker divandan qalxıb əlini Mürreyə uzadır. Mürrey Cokerin üzünü görüb dayanır.

COKER (Mürreyin əlini sıxaraq) – Mürrey, inana bilmirəm ki, buradayam.

UFLAND  - Ey, bu mister Franklindir, bir qədər ədəbli ol.

M.FRANKLİN – Səsini kəs, Cin. (Cokerə) – Hər şey qaydasındadır. Belə yaxşıdır. Şouya gəldiyiniz üçün təşəkkür edirəm.

COKER – Zarafat edirsiz? Siz sağ olun ki, bu imkanı mənə yaratmısınız. Həmişə sizin şouya baxıram. Anam bir verilişi də ötürmürdü.

Mürrey onu dinləmədn başını tərpədir, bunu əvvəl də eşidib.

M.FRANKLİN – Bəs üzünə nə olub? Etiraz əlamətidir?

COKER – Yox, buna inanmıram. Heç nəyə inanmıram. Düşündüm ki çıxışım üçün belə daha yaxşıdır.

UFLAND (məyus halda) – Sizin çıxışınız? Məgər siz metrodakı qətldən xəbərsizsiniz? İki polisi kütlə yaman döyüb. Heç nə eşitməmisiniz?

Coker sanki indi qəhqəhə çəkəcək. İndicə xəbərlərdə hər şeyi göstəriblər. O, gülüşünü saxlamaq üçün dərindən nəfəs alır.

COKER – Yox, xəbərim yoxdu.

Cin və Mürrey baxışırlar.

UFLAND – Onu səhnəyə buraxsaq, tamaşaçılar narazı olacaq. Bəlkə çıxışın bir qismini...

Mürrey bir saniyəlik fikrə gedir.

M.FRANKLİN – Bu ağlma batır. Zamanındadır. Əsəbidir. Təhlükəlidir. Ən yaxşı komediya – hər şey yerində olan komediyadır. Biz bunu edəcəyik.

Cin gicgahlarını ovuşdurur, Mürreyin fikrini bəyənmir, amma Mürrey bossdur.

COKER – Təşəkkür edirəm, Mürrey.

M.FRANKLİN (təbəssümlə, ərkyana) – Bir neçə qayda var. Söyüş söymək olmaz, “rənglilər” haqqında zarafat olmaz, bizim şou sanballı şoudur, aydındır? Siz Doktor Sallidən sonra çıxış edəcəksiniz. Kimsə sizi çağırmağa gələcək. Yaxşı?

Coker başını tərpədir. Mürreyə gülümsəyir.

Mürrey və Cin çıxıb gedərkən, bir-birinə istehzalı təbəssüm edirlər.

COKER – Ey, Mürrey, kiçik xahiş olarmı? Mənim növbəm çatanda, Coker kimi elan edin.

Müreey və Cin ona baxırlar.

UFLAND – Nə? Əsil adınıza nə olub ki?

COKER – Düzü, əsil adımı bilmirəm.

Coker gülümsəyir, Mürreylə Cin anlamırlar ki, o, zarafat edir ya yox.

COKER – Bundan başqa, keçən dəfə siz məni elə elan etmişdiniz, xatırlayırsınızmı, Mürrey?

M.FRANKLİN (Cinə) – Doğrudan?

UFLAND – Bilmirəm.

M.FRANKLİN (Cokerə) – Əgər belə deyirsənsə, oğlum, qoy Coker olsun.

Mürrey qapını düz onun üzünə bağlayanda,  Cokerə gülür.


Çevirdi - Sima


Hiç yorum yok:

Yorum Gönder