28 Aralık 2020 Pazartesi

"Coker" filminin ssenarisi, tərcümə

 

106.     Kulis arxasında, pərdə qarşısında, 4B studiyası – gecə

Coker kulis arxasında, göy pərdənin yanındadır, dar aralıqdan şouya baxmağa çalışır. Onun arxasındakı arabada  birbaşa yayımı göstərən monitor var.

Coker pərdəni kənara çəkir ki, daha yaxşı görsün.  Tanınmış seksopatoloq Doktor Calli Fridmanla (60 yaş) söhbəti yekunlaşdıran Mürrey gülür.

M.FRANKLİN (Doktor Salliyə) – Siz növbəti qonağımığı görməlisiniz. Bəlkə ona kömək edə bildiniz, əminəm ki, ona doktor lazımdır.

Tamaşaçılar gülürlər.

DOKTOR SALLİ FRİDMAN -  Oooo, onun seksual problemləri var?

M.FRANKLİN – O, problemlər içində boğulan adam kimidir.

Uca gülüş.

M.FRANKLİN (dönüb kameraya baxaraq) – Bir neçə gün, burada, Hotemdə, əsil dəlixana idi. Bəlkə indi də dəlilik olacaq. Bizdən ayrılmayın. Tezliklə davam edəcəyik.

“Alqışılar” tablosu işıqlanır. Hamı əl çalır. Coker müşahidə edir. Mürrey pərdənin sonundakı dar aralıqdan keçir. Rejissor qışqırır – Üç dəqiqədən sonra...”

Coker pencəyinin altından şalvarının kəmərini dartıb düzəldir. Dərindən nəfəs alır.

107.     Rejissor kabinəsi, 4B studiyası – gecə

Bir mərtəbə yuxarıdakı otaqda rejissor mikrofon qarşısında əyləşib iki sıra monitoru izləyir. Köməkçisi onun yanındadır, saatı izləyir, texniki direktor paneli idarə edir. Birbaşa yayımı göstərən monitor reklam çarxını nümayış etdirir.

KÖMƏKÇİ – 30 saniyədən sonra qayıdırıq.

REJİSSOR – Yaxşı, klipi ver. Fasilədən sonra onu göstərərik.

KÖMƏKÇİ – Beş... dörd... üç...

Monitorda Cokerin stend-apının videosu görünür.

108.     Tok-şou, 4B studiyasının səhnəsi

Çəkiliş meydançasında Mürrey başının üstündəki monitordan klipə baxır və gülüşünü saxlaya bilmir. Rejissor barmaqları ilə göstərir – üç... iki...

M.FRANKLİN (kameraya baxaraq) – Okey, siz yəqin ki, bir neçə həftə əvvəl göstərdiyimiz bir klipi görmüsünüz. Həmin qonaq indi qarşınıza çıxacaq. Lakin əvvəlcə mən, bu gün axşam şəhərdə baş verənlərdən kədərləndiyimi ifadə etmək istəyirəm. Lakin qonağımız bu adla səhnəyə çıxmaq istəyib. Onu təqdim edirəm  – COKER!

Göy pərdə arxasında Coker səhnəyə çıxmağa hazırlaşır. O, adını eşitmir və pərdənin açıldığını görmür.

Çəkiliş meydanında pərdə açıqdır, Don Ellis və onun caz orkestri Cokerin çıxışı üçün melodiya çalır. Coker çıxmır. Mürrey pərdədəki boş yerə baxır. Publika gülür. Pərdə arxasından Coker görür ki, səhnə fəhləsi ona çıxmağa işarə edir.

Coker səhnəyə çıxanda, dayanır, parlaq işıq onu çaşdırır. Səhnə fəhləsi onu görmür və pərdəni düz Cokerin üzərinə endirir. Coker pərdənin içində ilişib qalır.

Tamaşaçılar gülürlər, elə bilirlər ki, bu, çıxışın bir hissəsidir. Orkestr çalır, Coker pərdədən çıxır, tamaşaçılar onu görürlər. Bəziləri hələ də gülür. Bəziləri narazıdır. Əkssəriyyət isə bilmir nə etsin.

Coker səhnədə addımlayır, əl ilə salamlamağı unudub. O, Mürreyin əlini sıxmaq üçün aşağı enəndə, pilləkəndə büdrəyir, az qalır Mürreyin üzərinə yıxılsın. Mürrey gülməyini güclə saxlayır. Publika gülür, elə bilir bu belə səhnədir.

Coker Doktor Sallini qucaqlayır, yenı narahat bir məqamdır. Yenə gülüş eşidilir.

Nəhayət, Coker Mürreyin yanında əyləşir. Ayaqlarını çarpazlayır, sonra düzləşdirir – yerini rahat edə bilmir.

M.FRANKLİN – Şoumuza gəldiyinizə görə təşəkkür edirik. Amma düşünürəm ki, bu gün meriya qarşısında olanları nəzərə alaraq, bizim buradakı və evlərdəki tamaşaçılar sənin obrazını uyğunsuz hesab edərlər.

Coker Mürreyi dinləmir. O, ona istiqamətlənmiş işıqdan sanki donub qalmışdır. Hamı ona baxır. Coker Mürreyə cavab vermir. Zaldan əsəbi bir gülüş eşidilir.

M.FRANKLİN (daha bir cəhd edir) – Deyə bilərsinizmi, niyə bu gün belə geyinmisiniz?

Coker gülməyə başlayır. Gülüşündən çəkinmir, həzz alaraq, qəhqəhə çəkir.

M.FRANKLİN (təbəssümünü gizlədə bilmir) – Okey. İnanmıram ki, bu gülməlidir. Etiraz edənlərin əksəri sizin kimi görünür. Deyəsən, şəhərimiz klounla doludur.

COKER (başını tərpədir, gülərək) – Bəli. Məgər bu əla deyilmi?

Coker gülməkdə davam edir. Publika bilmir necə reaksiya versin. Haradansa xəcalətli gülüş səsi eşidilir.

109.     Rejissor otağı, 4B studiyası

Otaqda heç kim gülmür.

TEXNİKİ DİREKTOR (rejissora) – Bu adamda heç nə yoxdur.

REJİSSOR (mikrofona) – Cin, bu nədir belə? Hər şeyi zibil etmək istəyirsən?

110.     Tok-şou meydançası, səhnə

Mürrey prodüseri Cinə baxır – Cin kameradan kənarda, monitor qarşısındakı rejissor kürsüsündə əyləşib. Cin çiyinlərini sıxır.

MÜRREY (gülümsəyir, verilişi xilas etmək istəyir) – Bundan əvvəl sən demişdin ki, siyasətdən kənardasan. Yəni sənin obrazın siyası çağırış deyil.

COKER (gülüş arası) – Elədir, Mürrey. Mən sadəcə insanları güldürmək istəyirəm.

M.FRANKLİN (gülümsəyərək) – Bunun üçün nə edirsiniz? Yeni material üzərində işləyirsinizmi? Bizə bir lətifə danışmaq istərdinizmi?

Tamaşaçılar alqışlayırlar ki, Coker lətifə danışsın.

Coker Mürreyə baxır (gülüşü sakitləşib), pencəyinin cibindən köhnəlmiş bloknotunu çıxarır, nəfəsini dərir. Bloknotunda yeni zarafat axtarır.

M.FRANKLİN – Sən zarafatlar kitabını gətirmisən?

Tamaşaçılar gülür. Coker gülümsəyir, Brüs Veynin fotosu olan səhifəni açır, pauza edir, yenə nəfəs alır, səhifəni çevirib yeni zarafatı tapır.

COKER (oxuyur) – Okey. Zarafatlardan biri. Tuk-tuk.

M.FRANKLİN – Aman allah, sadəcə tuk-tuk? Və bunu oxumaq lazımdır?

COKER (başını tərpədir, yenidən oxuyur) – İstəmirəm səhv edim. Tuk-Tuk.

Mürrey üz-gözünü turşudur: “yaxşı, buna da razıyam”.

MÜRREY – Kimdi?

COKER (gözlərini bloknotdan çəkir) – Bu polisdir, mem. Oğlunuzu sərxoş sürücü vurub. Oğlunuz ölüb.

111.     Rejissor otağı. 4B Studiyası

Rejissorun köməkçisi gülməyini zorla saxlayır, amma alınmır. Rejissor ona elə baxır ki, sanki köməkçi dəli olub.

TEXNİKİ DİREKTOR (başını tərpədərək) – Yaxşı, ikinci kameranı hazırla. İki kamera götür. Üçüncünü hazırla.

Monitorlarda kimsə xısın-xısın gülür. Coker də gülümsəyir. Mürrey özündən asılı olmayaraq, zarafata gülümsəyir.

M.FRANKLİN (monitorlarda) – Beləliklə, Artur, səhnə arxasında mənə dedin ki, sənin...

Coker ona tərəf əyilib qulağına nəsə deyir.

112.     Tok-şou meydançası, səhnə, studiya 4B

Mürrey başını tərpədir, Coker nəsə pıçıldayır.

M.FRANKLİN (xəcalətli təbəssümlə) – Yaxşı. Üzr istəyirəm. Sən bayaq dedin ki, anan bizim şounun pərəstişkarıdır, həmişə onu izləyir.

Coker bloknotunu cibinə qoyur. Ayaqlarını çarpazlayır, belə daha rahatdır.

COKER – Bəli, elədir. Amma artıq anam ölüb.

Tamaşaçılar gülürlər.

M.FRANKLİN (zarafata davam kimi) – Anan ölüb?

Coker – Hə.

Mürrey bilmir ki, bu çıxışın hissəsidir ya yox.

M.FRANKLİN – Yaxşı. Bəs atan? O da şouya baxır?

Publikadan gülüş eşidilir.

COKER – Bilmirəm, atam kimdir. Məni övladlığa götürüblər və mən anamın aşnası tərəfindən seksual zorlanmaya məruz qalmışam.

Zalda kimsə heyrətlə ah çəkir. Kimsə gülür, hələ də elə bilir ki, bu, Cokerin sərt zarafatlarındandır.

DOKTOR SALLİ FRİDMAN – Ooh! Yox, yox, bu barədə zarafat etmək olmaz.

M.FRANKLİN (əsəbi halda) – Bəli, bu gülməli deyil. Biz belə yumorla işləmirik.

Mürrey səhnə arxasındakı Cinə baxır, Cin əlləri ilə işarə edir ki, “söhbəti bitir!”.

COKER – Bağışlayın. Mən çox aöır aylar yaşadım, Mürrey. Yəni anam öləndən sonra, polislər onun dəfnində məni sorğu-suala tutdular ki, kim bunu edib!

M.FRANKLİN – Doğrudan? Siz şübhəli şəxs idiniz?

Tamaşaçılar gülür.

COKER – Çox gülməlidir, Mürrey. Yox. Onlar ona görə gəlmişdilər ki, mən Vol-Stritdən olan o üç gənci öldürmüşəm.

Publika başa düşmür – zarafatdır ya yox.

M,FRANKLİN (özünü itirmiş halda) – Okey. Zarafatın sonunu gözləyirəm.

COKER – Bu zarafat deyil.


Çevirdi - Sima

Hiç yorum yok:

Yorum Gönder