11 Mayıs 2013 Cumartesi

Şeir tərcümələrimdən. Bella Axmadullina “Elə bilirdim, düşmənimsən...”

Çevirdi: Sima

Elə bilirdim düşmənimsən,                                             
Sən mənim ağır dərdimsən,
Amma, demə, yalançısan –
Sən ucuz bir oyunçusan.

Manej meydanında sən
Qara qəpik atırdın,
O qəpiklə sən mənim
Eşq falıma baxırdın.

5 Mart 2013 Salı

Qısa hekayələr


Çevirdi: Sima Ənnağı


Ceyn Orvis. Pəncərə
Rita vəhşicəsinə qətlə yetiriləndən sonra Karter pəncərə önündə gününü keçirir.
O, nə televizora baxır, nə kitab oxuyur, nə məktub yazır. Onun həyatı – pəncərə pərdəsi arasından görünən həyatdır.
Kim yemək gətirir, kim qəbzləri ödəyir, Karterin vecinə deyil. O, otağından cıxmır.
Onun həyatı – küçədə qaçan idmançılardır, fəsillərin dəyişməsidir, şütüyən avtomobillərdir, Ritanın kabusudur.
Karter anlamır ki, divarlarına keçə vurulmuş palatada pəncərə yoxdu...
 ***
Larisa Kerklend. Təklif.
Ulduzlu gecə. Ən münasib vaxt. Şam işığında axşam yeməyi. Rahat italyan restoranı. Balaca qara paltar. Gur saçlar, parlaq gözlər, gümüşü gülüş. Onlar iki ildir ki, münasibətdədirlər. Gözəl vaxtdır! Əsil sevgi, yaxşı dost, daha nə lazımdır ki... Şampan verin! Mən ürəyimi və sevgimi təklif edirəm. Dizüstə çokürəm. Adamlar baxır? Cəhənnəmə! Gözəl brilyant üzük. Al yanaqlar. Mülayim təbəssüm.
Necə, yox??

2 Şubat 2013 Cumartesi

Yazıçı Əkrəm Əylisliyə hücumlar


 Media Hüququ İnstitutu yazıçı Əkrəm Əylisliyə qarşı yaxşı təşkil olunmuş, siyasi kompaniyaya çevrilmiş hücumları qətiyyətlə pisləyir. Bunu ifadə azadlığı, özəliklə bədii yaradıcılıq azadlığına ciddi qorxu yaradan zərərli kompaniya sayır.

“Daş yuxular” romanına görə təqib olunan yazıçıya qarşı kirli aşağılama, gözdənsalma kompaniyası aparılır. Yazıçı hətta özünə və ailə üzvlərinə qarşı fiziki və mənəvi hücumlardan dərin narahatlığını ifadə edib.
Təəssüf ki, belə basqılara hakimiyyətdə yüksək pillədə duran siyasilər böyük qatqı verirlər. Siyasi müstəqilliyi hər zaman müzakirə mövzusu olan televiziya şirkətləri də öz növbəsində tərəfsiz və balanslı xəbərləmə, əks tərəfə cavab vermə hüququ tanıma ilə bağlı media qanunvericiliyinin tələblərini pozaraq yazıçıya qarşı siyasi kompaniyada yaxından iştirak edirlər. Yazıçıya və romana qarşı çıxan rəyləri həvəslə yayan televiziyalar əks fikirlərə yer ayırmır, tənqid hədəfinə çevirdikləri yazıçıya cavab hüququ vermirlər. “Televiziya və radio yayımı haqqında” qanunun bu müddəalarının pozulmasına, defamasiya və nifrət dolu çağırışlara baxmayaraq Milli Teleradio Şurası bu vəziyyəti sakitliklə seyr etməkdə davam edir.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı: “Hər hansı əsərdəki ifadələrlə bağlı hər kəsin rəyini bildirmək, onu qınamaq və ya bəyənmək haqqı var. Bu hüquqdan yararlanma başqa şəxsin hüquqlarına və qanuni mənafelərinə zərər vurmamalı, eləcə də milli nifrət, ksenofobiya təbliğ etməməlidir.”
Media Hüququ İnstitutu yazıçıya qarşı bu çirkin kompaniyanı dayandırmağa, onun və ailə üzvlərinin təhlükəsizliyi üçün qanuni tədbirlər görməyə çağırır.

http://www.mediarights.az/index.php?lngs=aze&id=456

22 Ocak 2013 Salı

“Sənin xətrinə min dəfə...”


Nəhayət ki, çoxdan oxumaq istədiyim, rəfdə küskün vəziyyətdə qalıb oxunmasını gözləyən kitaba vaxt ayırdım. Oxudum. Və oxuya sərf etdiyim iki günə zərrə qədər də heyifsilənmədim. Həqiqətən, bu kitabı oxumağa dəyərmiş. Süjet bir qədər hind filmlərini xatırlasa da (bir yerdə böyümüş iki oğlan, həyatın zərbələri nəticəsində yolları ayrılmış dostlar və sonda onların bir birinə doğma qardaş olması  faktı), “Çərpələng uçuranlar” həyəcanla dolu, nəfəskəsici dramatik bir romandır.
Xaled Xosseyni, əfqan mənşəli Amerika yazıçısı müasir dünya ədəbiyyatında öz layiqli yerini tutan əsər yazmağa nail olmuşdur. Səhifələri oxuduqca, gərginlik artır, hiss edirsən – bax, indi nəsə sarsıdıcı bir hadisə baş verəcək. Bu, daşlı-kəsəkli cığırla dağa çıxmaq kimidir: gedirsen, gedirsən, qəfildən ayağının altından çıxan bir daş səni silkələyərək daha diqqətli olmağa, hər addımını ehtiyatla ataraq, yeriməyə vadar edir.

16 Aralık 2012 Pazar

Kamboca. Su altında məbəd


Yağışlar mövsümü qurtarandan sonra çaylarda sular azalır, və suyun altından daş allahların təsviri peyda olur.





http://turj.ru

Mavi rəsmlər

Həmişə ən adi əşyalardan gözəllik yaradan insanlara həsəd aparmışam, çünki adilikdə gözəlliyi, fərqliliyi və orijinalığı görmək üçün gözəl qəlbə malik olmaq lazmdır. Baxın, Britaniyalı Yan Berri (İan Berry) cins parçalardan nələr yaradır...
Картины из джинсовой ткани. Лоскутное шитье от Denimu

Картины из джинсовой ткани. Лоскутное шитье от Denimu

Картины из джинсовой ткани. Лоскутное шитье от Denimu

Картины из джинсовой ткани. Лоскутное шитье от Denimu

Картины из джинсовой ткани. Лоскутное шитье от Denimu

http://www.kulturologia.ru

10 Kasım 2012 Cumartesi

"Xoşbəxtlik haqqında" qərar

"Xoşbəxtlik haqqında" hansısa qərarın olduğuna inana bilərsinizmi? İnanın, belə bir qərar vardır. Onu 2011-ci ilin iyun ayında BMT-nin Baş Assambleyası qəbul etmiş, dünyanın 60-dan çox ölkəsi imzalamışdır. Həmin qərara qayıdacam, amma onu imzalamış ölkələrin öz vətəndaşlarına bu xoşbəxtliyi necə təmin edəcəyini bilmək maraqlı olardı. Qərarı imzalayan ölkələrin sayını nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, xoşbəxtlik sahəsində planetimizdə vəziyyət o qədər də qənaətbəxş deyil.
İqtisadi göstəricilər artıq insan xoşbəxtliyinin yeganə göstərici deyildir, gərək maddiyyatla mənəviyyatın balansı yarana.

9 Kasım 2012 Cuma

Pablo Pikassodan həyat dərsləri


     Pablo Pikasso, XX əsrin tanınmış rəngkar sənətkarlarından biri, filosof, insanın yeganə       həyatını daha maraqlı, dolğun və rəngarəng etmək üçün bunları məsləhət görür:


1. Nəsə etmək üçün inanmaq lazımdır!
Donuq təsəvvürlər insan davranışını nəzarətdə saxlayır, dünyaya yalnız bir pəncərədən baxmağı öyrədir. Halbuki dünyalar fərqli, pəncərələr kifayət qədər çoxdur. Nəsə etməyə qadir olduğuna inanan insanda dünyaya yenili baxışlar yaranır. Perspektiv dəyişməsə,  qoçaqlıq, təkan, həvəs və digər labüd cəhətləri özündə tapa bilmirsən. Bundan başqa, özü özünə həyata keçən xəyallar var. Əgər hesab edirsiniz ki, heç nə alınmayacaq, əsəbiləşir və səhvlərə yol verirsiz. Bu qeyri-şüuri də baş verə bilər. Digər tərəfdən, hesab etsəniz ki, bacarıqlısız və qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız - bu zaman beyin həll yolları axtarmağa başlayır və imkanlar sanki yerin altindan çıxıb özü sizin həyatınıza "gəlir".
2. Sərhədlərinizi genişləndirin!
Pikasso deyirdi: "Məh həmişə edə bilmədiyimi etmişəm ki, nəsə öyrənim". Özünü irəli itələmək lazımdır ki, inkişaf edəsən. Nə qədər çox özünü itələyirsənsə, bir o qədər sürətlə inkşaf edirsən. Düzdür, bu bir az qorxulu görünür, cünki inkişafın səni hansı istiqamətdə aparacağı, nələrə qarşı qoyacağı məlum deyil. Lakin inanmaq lazımdır ki, yaxşı nəticələr əldə ediləcək və siz bilmədiyinizi öyrənəcəksiniz.
3. İlham pərisini, və ya uyğun məqamı gözləməyin!
"İlham pərisi var, amma o iş zamanı gəlir". İlham pərisi, yaratmaq eşqi qəfildən peyda olub qəfildən də qeyb olur. Onu oturub gözləmək işin kəmiyyətinə və keyfiyyətinə ziyan vurur, axı oturub nə qədər ilham pərisini gözləmək olar... Pikasso məsləhət verir: sadəcə işə başlayın. İşləyn. Ola bilər ki, əvvəlcə iş ağır getsin, nifrət edərsiz hər şeyə. Lakin tədricən iş prosesinə elə aludə olacaqsınız ki, ilham pərisi "çiyninizə qonub", işinizə təkan verəcək və siz daha rahat və yaxşı iş "impulsları" alacaqsız.
4. Fəal olun!
"Sabaha yalnız ölümə qədər bitirmək istəmədiyiniz işi saxlayın. Fəallıq - uğurun əsas açarıdır". Ən vacib informasiya hərəkətsiz qalarsa, faydası olmaz. Fəal olmaq, hər dəfə daha çox işləmək gələcəkdə nələrisə dəyişməyə imkan verir.
5. Düzgün suallar verin!
"Başqaları  nə gördüsə, o haqda soruşur. Mən isə ola biləcəkləri görüb, soruşdum ki, niyə də bu olmasın?"
Özünə  yanlış suallar vermək asandır. Həmin suallara cavab sadəcə sübut edəcək ki, siz axmaq, bacarıqsız, haqsız birisisiz və gələcəyiniz məhduddur. Bu suallar sizi zirvəyə qaldırmaq əvəzinə uçuruma atır. Özünüzə nikbin suallar verin. Nəsə xoşagəlməz bir şey baş verəndə, özünüzə sual edin: mən bu hadisədən təzə nə öyrənə bilərəm? Və öyrənin, nəzərə alın, tətbiq edin.
6. Qınamayın və gizli gözəlliyi görün!
"Beyni ləğv edib yalnız gözlər qalsaydı...." İnsanları qinamayın. Hər kəsi yaşanan anda dərk edin, sanki balaca bir uşaq dünyanı təzə-təzə öyrənməyə başlayır. Ona hər şey maraqlı, gözəl və rahat görünür.
7. Hələ elə də gec deyil
"Gəncliyin yaşı yoxdur". İmkan verməyin ki, ictimai rəy yaşınızı nəzərə alıb, sizə nə edə biləcəyinizi/bilməyəcəyinizi diktə etsin. İnsanın yaşı - onun beynindədir. Və unutmayın ki, yalnız yaşanan an var. Odur ki, keçmişə qapanıb qalmayın. Keçmiş uğusuzluqlar keçmişdə qaldı. Siz köhnə yolla gedə bilərsiz. Amma siz təzə yolu da seçə bilərsiz. Məhz indi.

8 Kasım 2012 Perşembe

Константин Симонов. Стихи

***

Мы называем женщину женой
за то, что так несчастливо случилось.
За то, что мы тому, что под рукой,
Простясь с мечтой, легко сдались на милость.

За нехотя прожитые года,
За общий дом, где вместе мы скучали, 
Зовем женой за то, что никогда 
Ее себе в любовницы не взяли.

Мне хочется назвать тебя женой, 
За то, что так другие не назвали, 
Что в старый дом мой сломанный войной, 
Ты снова гостьей явишься едва ли.

За то, что я желал тебе и зла, 
За то, что редко ты меня жалела, 
За то, что просьб не ждя моих, пришла 
ко мне в ту ночь, когда сама хотела.

Мне хочется назвать тебя женой 
не для того, чтоб мир узнал об этом, 
Не потому, что ты жила со мной 
по всем Московским сплетням и приметам...
1941 

22 Ekim 2012 Pazartesi

Fikirlər kələfi (oktyabr)


http://www.azadliq.org/contentlive/liveblog/24744844.html#hash=relatedInfoContainer

Qadının qollarından dartıb sürüyənlər,
gecə
öz sevgilinizi 
sürüdüyünüz qadının fəryadı hopmuş qollarınızla
ağuşa basanda,
o səsi xatırlarsızmı?
Sevə bilərsizmi sevgilinizi,
qoruya bilərsizmi onu küçə zorundan
fəryadlar hopmuş qollarınızla.........

****
Biabırçılıq. Rüsvayçılıq. Utanc. Acizlik. Zəifin mənəvi gücü, fiziki gücsüzlüyü. Güclünün zəifliyini gizlətmək cəhdi. Qabardılmış vəhşilik. Analoqu olmayan mitinqdağıtma taktikası. 

Eyni şəhərdə yaşayan, eyni ölkənin vətəndaşı olan, fəqət eyni düşünməyən və eyni yaşamayan insanlarımız dəyənəyə, zora-təpiyə layiqmi? Təpiklənən təkcə  insanlarımız deyil, həmçinin mənəviyyatımız, haqqlarımız, sabaha olan ümid və inamımızdır. Əgər bunlar bu gün təpiklənirsə, sabah xarabalıqda tək-tənha qalmaq var. Bu gün atılan yanlış addımların sabahkı gerçək uçurumu yaxınlaşdırması var.

Sabahımız bu gündən, bu günümüz dünəndən asılı. Həqiqətənmi sabaha getmək üçün bu gün etirazçıları fiziki və mənəvi əzməkdən başqa yol yoxdu? Həqiqətənmi əks tərəfin tələblərinə qarşı sivil siyasi fakt, sivil siyasi taktika yoxdu? Bəs nə vaxt olacaq?  

Ehhhhh..........