“Magie Noire” –
gecə sevdası
Gözlərim
ulduz istəyir...
Üfüqlərdə
itib əriyən bir qız istəyir.
Telefonum
tam yeni blutuz istəyir
Musiqimi
Sənə
çatdırmağa.
Dadsızdı
sənsiz çayım,
Adsızdı
ünvanım.
FM
radiolardakı qısa dalğalarım
Bir rep
nəğməmi ele hey təkrarlayır:
“Bilirsənmi,
bu kəlağayının neçə yaşı var?”
Min
bir gecə yaşı var...
Canında
nə qədər göz yaşı var?
Bu
gözəlin yeddi qardaşı var...
Biri mütləq
bıçaqlayacaq səni...
Bu
kinoteatrın gecə seansı var,
Öz xilasedici
ağ ambulansı var,
Bütün
qəzalardan səni qurtarmaq şansı var.
Səmimi
ol...
Təkcə
bu qızı sevmə...
Gecəylə
qoşa sev bu gözəli –
“Magie
Noire” ətrini.
*
O qadını hələ
sevməyibsən
Dikdaban
çəkmələrin səsi gəlir
Gecədən.
O
qadını hələ sevməyibsən.
Kölgəsi
ötür üzərindən,
Küçəndən,
Əli
sallanır kürəyindən.
Avtomobilinin
bahalı nömrəsindən
Yaz damır,
Təkcə
sənə miras qalır,
Budaqlarında
bircə gilas qalır
Xatırlamağa.
Az
qalır görüşünüzə.
O
qadını sevməyibsən.
Bardakı
Mikrodalğalı
soba siqnal verir,
Final
verir,
Sual verir
lal sevginizə.
Hər
ikinizə.
Bu
qanlı kimano xələtin
Çoxdan
ağırlıq edir
Incə
kürəklərinə.
Hələ
var
O qadını
sevəcəyin günə.
İnşallah,
gələcəkdə.

Hiç yorum yok:
Yorum Gönder