9 Kasım 2012 Cuma

Pablo Pikassodan həyat dərsləri


     Pablo Pikasso, XX əsrin tanınmış rəngkar sənətkarlarından biri, filosof, insanın yeganə       həyatını daha maraqlı, dolğun və rəngarəng etmək üçün bunları məsləhət görür:


1. Nəsə etmək üçün inanmaq lazımdır!
Donuq təsəvvürlər insan davranışını nəzarətdə saxlayır, dünyaya yalnız bir pəncərədən baxmağı öyrədir. Halbuki dünyalar fərqli, pəncərələr kifayət qədər çoxdur. Nəsə etməyə qadir olduğuna inanan insanda dünyaya yenili baxışlar yaranır. Perspektiv dəyişməsə,  qoçaqlıq, təkan, həvəs və digər labüd cəhətləri özündə tapa bilmirsən. Bundan başqa, özü özünə həyata keçən xəyallar var. Əgər hesab edirsiniz ki, heç nə alınmayacaq, əsəbiləşir və səhvlərə yol verirsiz. Bu qeyri-şüuri də baş verə bilər. Digər tərəfdən, hesab etsəniz ki, bacarıqlısız və qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız - bu zaman beyin həll yolları axtarmağa başlayır və imkanlar sanki yerin altindan çıxıb özü sizin həyatınıza "gəlir".
2. Sərhədlərinizi genişləndirin!
Pikasso deyirdi: "Məh həmişə edə bilmədiyimi etmişəm ki, nəsə öyrənim". Özünü irəli itələmək lazımdır ki, inkişaf edəsən. Nə qədər çox özünü itələyirsənsə, bir o qədər sürətlə inkşaf edirsən. Düzdür, bu bir az qorxulu görünür, cünki inkişafın səni hansı istiqamətdə aparacağı, nələrə qarşı qoyacağı məlum deyil. Lakin inanmaq lazımdır ki, yaxşı nəticələr əldə ediləcək və siz bilmədiyinizi öyrənəcəksiniz.
3. İlham pərisini, və ya uyğun məqamı gözləməyin!
"İlham pərisi var, amma o iş zamanı gəlir". İlham pərisi, yaratmaq eşqi qəfildən peyda olub qəfildən də qeyb olur. Onu oturub gözləmək işin kəmiyyətinə və keyfiyyətinə ziyan vurur, axı oturub nə qədər ilham pərisini gözləmək olar... Pikasso məsləhət verir: sadəcə işə başlayın. İşləyn. Ola bilər ki, əvvəlcə iş ağır getsin, nifrət edərsiz hər şeyə. Lakin tədricən iş prosesinə elə aludə olacaqsınız ki, ilham pərisi "çiyninizə qonub", işinizə təkan verəcək və siz daha rahat və yaxşı iş "impulsları" alacaqsız.
4. Fəal olun!
"Sabaha yalnız ölümə qədər bitirmək istəmədiyiniz işi saxlayın. Fəallıq - uğurun əsas açarıdır". Ən vacib informasiya hərəkətsiz qalarsa, faydası olmaz. Fəal olmaq, hər dəfə daha çox işləmək gələcəkdə nələrisə dəyişməyə imkan verir.
5. Düzgün suallar verin!
"Başqaları  nə gördüsə, o haqda soruşur. Mən isə ola biləcəkləri görüb, soruşdum ki, niyə də bu olmasın?"
Özünə  yanlış suallar vermək asandır. Həmin suallara cavab sadəcə sübut edəcək ki, siz axmaq, bacarıqsız, haqsız birisisiz və gələcəyiniz məhduddur. Bu suallar sizi zirvəyə qaldırmaq əvəzinə uçuruma atır. Özünüzə nikbin suallar verin. Nəsə xoşagəlməz bir şey baş verəndə, özünüzə sual edin: mən bu hadisədən təzə nə öyrənə bilərəm? Və öyrənin, nəzərə alın, tətbiq edin.
6. Qınamayın və gizli gözəlliyi görün!
"Beyni ləğv edib yalnız gözlər qalsaydı...." İnsanları qinamayın. Hər kəsi yaşanan anda dərk edin, sanki balaca bir uşaq dünyanı təzə-təzə öyrənməyə başlayır. Ona hər şey maraqlı, gözəl və rahat görünür.
7. Hələ elə də gec deyil
"Gəncliyin yaşı yoxdur". İmkan verməyin ki, ictimai rəy yaşınızı nəzərə alıb, sizə nə edə biləcəyinizi/bilməyəcəyinizi diktə etsin. İnsanın yaşı - onun beynindədir. Və unutmayın ki, yalnız yaşanan an var. Odur ki, keçmişə qapanıb qalmayın. Keçmiş uğusuzluqlar keçmişdə qaldı. Siz köhnə yolla gedə bilərsiz. Amma siz təzə yolu da seçə bilərsiz. Məhz indi.

Hiç yorum yok:

Yorum Gönder