İqtisadi göstəricilər artıq insan xoşbəxtliyinin
yeganə göstərici deyildir, gərək maddiyyatla mənəviyyatın balansı yarana.
Təklif
adını nadir halda eşitdiyimiz Butan krallığının nümayəndəliyindən gəlmişdır.
Hindistanla Çinin arasında yerləşən Butan, yeganə dövlətdir ki, ümumi milli
xoşbəxtlik göstəricisini ÜDM əvəzinə rəsmən qəbul etmişdir. Butan kralı
bir müsahibəsində demişdi ki, ÜDM göstəriciləri xalğın ümumi rifahını düzgün
əks etdirmir. Və xalqı xoşbəxt etmək və xoşbəxt görmək üçün Butan krallığında
bu işlər görülür:
* icbari təhsil
* ölkənin turizmə açıq olması
* idman və mədəniyyət ocaqlarına dəstək
* ətraf mühitin mühafizəsi
* insanların siqaretdən imtinası və s.
İnsan xoşbəxtliyinə diqqəti cəlb etmək üçün BMT mart ayının 20-sini
Xoşbəxtlik günü elan etmişdir. Biz azərbaycanlılara ikiqat bayramdi: 20-si
xoşbəxtliyimizi qeyd edib, 21-i Novruz coşqusuna qatılmalıyıq. İndi siz özünüzü
tam xoşbəxt hiss edə bilərsiz. Hiss etməsəniz də, BMT-nin qərarı bunu sizə tövsiyə edir.
2012-ci
ildə Nyu-Yorkda keçirilmiş "Xoşbəxtlik və rifah" qlobal iqtisadi
forumunda alimlər, diplomat və iqtisadçılar bu nəticəyə gəldilər ki, maddi
rifah - insanın ümumi rifahının yeganə meyarı ola bilməz. Beləliklə, Happy
Planet Index - "Beynəlxalq xoşbəxtlik indeksi"nin mühüm rol
oynadığı yeni iqtisadi ideya qəbul edildi. Bu indeks dünya ölkələrində
insanların və ətraf mühitin vəziyyətini göstərməlidi.
Artıq insanların beyinlərinə belə bir fikir
yeridilir ki, xoşbəxtlik var-dövlətdə, hakimiyyətdə, şöhrətdə deyil. Bu nə
deməkdir? Bu o deməkdir ki, Təklər sərvətlər, hakimiyyət və nüfuz uğrunda
mübarizə edərkən, Çoxlar gərək tamam başqa şeylərlə (hakimiyyətdən, sərvət və
mənfəətdən uzaq) həyatını məşğul etsin, həyat enerjisini başqa işlərə
yönəltsin.BMT-nin qərarında qeyd edilir ki, xoşbəxtliyə
can atmaq insanın əsas məqsədlərindən biridir. İnsanları xoşbəxt etmək
sahəsində işlər dövlət siyasətində öz əksini tapmalıdır. Digər tərəfdən, BMT
məsləhət görmüşdür ki, dövlətlər iqtisadi artıma balanslı yanaşmalı, sabit
inkişafı təmin etməli, yoxsulluğu aradan qaldırmalı, xalqları xoşbəxt
etməlidir. Necə? Bu artıq dövlət sirridir...
http://dlux.ru/oon-uchredila-mezhdunarodnyj-den-schastya-20-marta saytının materialı əsasında
Hiç yorum yok:
Yorum Gönder