Hayku — Yapon lirik poeziyasının ənənəvi janrıdır, üç sətirdən ibarət qısa şeirdir.
XIV ərdən bəri məlumdur.
*
Günəş
nur saçır
Buludlarla
oynayır
Şimşək
yaxında…
*
Ürək
çəkirəm
Divara
qanlı rənglə
Daim
mənləsən.
*
Yarpaqdan
küsən
Yağış
vurur ağacı
Sanki
dəcəldir!
*
Məxmər
kimi qar
Soyuq
torpağı örtüb –
Toxum
cücərər...
*
Budaqlar
vurur
Hər
gecə pəncərəmi
Yuxu
gətirir
*
Keçmiş
bərk tutub
Qandallayıb
hissləri
Yaddaş,
unut da!
*
Boz
bir sərçəcik
Ağ
qar təpəsi üstə
Yazı
gözləyir
*
Tortun
şamları
Sönüb
bayaqdan mənsiz
Qonaq
yox. Təkəm.
*
Gecə
ulduza
Qızıl
işıq yayıldı
Gözəl
bir ilğım!
*
Otaqda
baba
Deyinir
tənha

Hiç yorum yok:
Yorum Gönder