17 Eylül 2011 Cumartesi

D İ L



Bir dəfə filosof Ksanf qulu Ezopa tapşırdı ki, bazarda ən qiymətli, dəyərli nədirsə, onu alıb gətirsin. Ezop bazardan dil gətirdi, çünki dilsiz heç nə mümkün deyil: nə almaq, nə satmaq, nə hisslərini izah etmək, nə də dövlət yaratmaq.
Növbəti dəfə Ksanf əmr etdi ki, Ezop dünyada ən pis nədirsə, onu gətirsin. Ezop yenə də dil gətirdi, çünki Ezopun fikrincə, dil - dünyada ən pis şeydir: dillə söyüş söyürlər, dalaşırlar, təhqir edirlər, müharibələrə başlayırlar...

O zamanlardan fikrini üstüörtülü, məcazi mənada demək, əsl fikri ibarələr, istehza və ya satira ilə ifadə etmək e z o p d i l i adlanır.

Hiç yorum yok:

Yorum Gönder