Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
17 Eylül 2011 Cumartesi
Azad Yazarlar yeni mövsümə başladı
Sentyabr ayının 4-də Azad Yazarlar Ocağı (AYO) üzvlərinin növbəti toplantısı keçirilib. Yeni ədəbiyyat sezonunun başlandığını elan edən AYOçular yay təlindən sonra təşkilati fəaliyyətin gücləndirilməsi konusunu gündəmə gətiriblər, bu cümlədən bir çox cari məsələlərdə müzakirə edilib. Ədəbi prosesin ümumi gedişi "öz içərisinə qapanmış kimi" qiymətləndirilib. Mövcud ədəbiyyat mühitin böyük ədəbiyyat nümunələrinin yaranmasına zəmin yaratmadığı qeyd olunub. (Aqşin, Seymur Baycan ölkəmizdə gedən analoqu olmayan inkişafı görə bilməyir və öz əsərlərində əks elətdirməyi bacarmayırlar. Buna görə də onların 3 ay müddətinə kolxoza göndərilməsi qərara alınmışdır). Habelə AYO daxili çəkişmələrə son qoyulması, məqalə, esse və publikasiyalarda təşkilati maraqların qorunması qərara alınmış, Rafiq Tağıya şifahi xəbərdarlıq edilmişdir. Ona AYO-ya qarşı hücuma keçən, ədəbi yaradıcılıq sahəsində uğursuz jurnalistlərə cavab verməmək tapşırılmışdır.
http://adyazar.az
P.S. Bu məlumatdakı bəzi fikirlərə münasibətimi bildirmək istərdim.
1. "Ədəbi prosesin ümumi gedişi "öz içərisinə qapanmış kimi" qiymətləndirilib" - öz içinə qapanmaq (müvəqqəti durğunluq, daxili sabitlik) heç də neqativ hal deyil. Çəkişmələrdən, mübahisələrdən yorulan insanlarımız bir az da öz iç dünyası ilə təkbətək, üzbəüz qalsalar yaxşıdır ))), çünki yeni əsərlər məhz öz iç dünyana qapananda, yaranır. Mənasız çəkişmələrdə yaradıcı enerjini boşuna sovurmaqdansa, öz içinə qapanıb, kiçik bir hekayə yazmaq, məncə, daha səmərəlidir ))). Yazarlarımız arasında sıx ədəbi münasibətlər yox kimi görünür (gündəmdə olan 2-3 nəfəri nəzərə almıram),bəlkə budur onları bir-birindən uzaqlaşdırıb, öz içinə qapadan?
2. "Rafiq Tağıya...ədəbi yaradıcılıq sahəsində uğursuz jurnalistlərə cavab verməmək tapşırılmışdır" - guya Rafiq Tağı sizə qulaq asacaq? ))) "Filankəsə filan şey tapşırılmışdır" ifadəsindən sovetlər dövrünün kiflənmiş iyi gəldi. Sanki hansısa raykom katibi hansısa kolxoz sədrinə nəsə tapşırır))) Jurnalistə cavab vermək/verməmək və ya o cavabı hansı şəkildə vermək hər kəsin öz işidir. Müdaxilə etməyək.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder