16 Haziran 2012 Cumartesi

Yazarların həbsxanada növbəti tədbiri: Qurtuluş Günü




Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə iyunun 12-də Bakıda yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində yazarlarla məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis keçirildi. 

15 iyun - Qurtuluş Gününə təsdaüf edilən məclis YYSQ-nin XII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi keçirilirdi. Məclisi cəzaçəkmə müəssisəsinin tərbiyə işinin təşkili şöbəsinin rəsisi, ədliyyə mayoru Vuqar Qurbanov açdı, görüşün əsas məramı-məqsədi - 15 iyun - Qurtuluş Günü barədə məlumat verdi.

YYSQ sədri, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) məhkümlara tədbirin həsr olunduğu 15 iyun - Qurtuluş Günü barədə geniş geniş danışdı, son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi.
Söz alan istedadlı gənc şair, Prezident təqaüdçüsü Zaur Qəriboğlu oxucularla təmasın yaradıcı insanlara xüsusi təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudu. YYSQ üzvü Samir Cəfərov qurum tərəfindən hədiyyə olaraq gətirilmiş 200-ə yaxın kitabı nümayiş etdirdi. Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında şərait yaradacaqlarını söylədi.
Sonra Aydı Xan (Əbilov) www.kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümü - “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq..." adlı kulturoloji-innovativ layihə çərçivəsində elektron nəşrlər hazırlanır və şəbəkədə yayımlanır. Çıxışçı xüsusi vurğuladı ki, kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır...
Poeziya məclisi formasında davam edən məclisdə Zaur Qəriboğlu, eləcə də bədii yaradıcılıqla məşğul olan məhkumlar öz şeirlərini oxundu, ədəbiyyat ətrafında çıxışlar oldu, suallar cavablandırıldı...
YYSQ tərəfindən müəssisəyə hədiyyə gətirilmiş 200-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər ümumi kitabxanada sərgiləndi, tədbirin sonunda cəzaçəkmə müəssisəsinə bağışlanıldı... Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı fəaliyyətlər gücləndirilsin...
XII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsisinə maliyyə-texniki dəstək verirlər: Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, AzR Gənclər və İdman Nazirliyi, AzR Gənclər Təşkilatları Milli Şurası.


http://www.dayaq.org

Hiç yorum yok:

Yorum Gönder